"Əlimə süpürgə alıb qapımı süpürərəm, ulduz göydə olur, onlar tərbiyəsizdirlər"

"Əlimə süpürgə alıb qapımı süpürərəm, ulduz göydə olur, onlar tərbiyəsizdirlər""Qonşularımla hər zaman gözəl münasibətim olub. Heç bir problemim olmayıb. İstər rayondakı qonşularımla, istərsə də Bakıdakı qonşularımla çox mehriban və səmimiyik. Ola bilər ki, bəzi məşhurların qonşuları ilə münasibəti yoxdur, bunu deyə bilmərəm. Amma mən çox mehribanam. Bayramlarda bir-birimizə kömək də edirik. Heç vaxt onlara qarşı ulduzluq etməmişəm. Birincisi ulduz göydə olar, yerdə yox. Hamımız insanıq. Heç kim cəhənnəmdə cənnət yaratmayıb. Belə şeylər məndən uzaqdır. Allahdan xəcalət çəkərəm ki, deyim ulduzam, məşhuram, kiməsə yuxarıdan aşağı baxım. Mən əlimə süpürgə götürüb qapımızın ağzını da süpürərəm. Bundan heç çəkinmərəm ki, kimsə mənə baxar, gülər. Bu mənə xoşdur. Özünü göylə aparmaq mənlik deyil"

Bunu Moderator.az-a açıqlamasında tanınmış aşıq Zülfiyyə İbadova deyib.

"Bəzən şahidi oluruq ki, külli-miqdarda pul verib, toylarına gətirdikləri o məşhur müğənnilər onlarla şəkil çəkdirmək istəyən şəxsləri itələyir, uzaq gəzir. Bir şəkildir də, çəkdirib gedəcək. Zərin tökülür? Ya dünya dağılır?! Görünür onlar elə tərbiyə görüblər. Bu tərbiyəsizliyin bir növüdür. Əgər səni sən edən bu xalqdırsa, kimliyindən asılı olmayaraq ixtiyarın yoxdur ki, kimisə itələyəsən, onunla kobud danışasan. Bu mənim aləmimdə mümkünsüzdür. Kim də elə edirsə özü bilsin, Allahı bilsin. Təkəbbürlü insanları Allah sevmir. Özləri bir düşünsünlər bu barədə. Sən dünən kim idin, bu gün kim olmusan?! Sənə Allah bu şansı veribsə bəlkə Alah səni sınayır?! Sən niyə Allahın xoşuna gəlməyən nələrisə edirsən ki?!" deyə aşıq bildirib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1360   Tarix: 27 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanlı musiqiçi dənizdə boğuldu

Azərbaycanlı gənc musiqiçi Məmmədbağır Misiroğlu dünyasını dəyişib. Axşam.az xəbər verir ki, klarnet ifaçısı dənizdə batıb. Bu haqda sənət adamları məlumat yayıb. Bildirilib ki, Məmmədbağır ötən gün vəfat edib. Qeyd edək ki, Məmmədbağır bir çox müğənninin ansamblında çalışıb

2 sentyabr 2021
.

Brilliant Dadaşovadan ÜZÜCÜ XƏBƏR

Xalq artisti Brilliant Dadaşova koronovirus infeksiyasına yoluxub. xəbər verir ki, bu haqda müğənni özü açıqlama verib. O bildirib ki, həkimlərin yazdığı müalicəni etməyib:. "Mənə resept yazdılar, götürüb atdım kənara. Atın həkimlərin yazdığı dərmanları kənara. Üç vərəq dərman yazan həkimləri evdə

7 sentyabr 2021
.

Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə -a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:. "Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur

16 sentyabr 2021
.

Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO

Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar

14 sentyabr 2021
.

Firəngiz Mütəllimova Yaşar Nuridən yazdı: "Kaş sağ olardın..." - FOTO

Bu gün Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Yaşar Nurinin anadan olmasının 70-ci ildönümüdür. xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə sevilən aktyorla bağlı paylaşım edib. F.Mütəllimova Xalq artistinin fotosunu yayımlayaraq bunları yazıb:. "Əvəzolunma

3 sentyabr 2021
.

Britni Spirs bu şəxslə nişanlandı - FOTO

Amerikalı məşhur ifaçı Britni Spirs 27 yaşlı fitnes məşqçisi Sem Asqari ilə nişanlandığını açıqlayıb. Pop janrın ən məşhur simalarından biri olan 39 yaşlı müğənni öz "Instagram" səhifəsində barmağında üzüklə video paylaşıb. Britni Spirs paylaşımında qeyd edib ki, baş verənlərə hələ də inan

13 sentyabr 2021
.

"Hər gün yalvarırdım..." - atasını itirən Aygün hər kəsi KÖVRƏLTDİ

Xəbər verdiyimiz kimi ötən gün müğənni Aygün Mahmudovanın atası koronavirusdan dünyasını dəyişib. -a istinadən xəbər verir ki, ağır itki yaşayan Aygün sosial media hesabında atası ilə fotolarını paylaşaraq izləyicilərini kövrəldib:. "Canım sənə qurban, ay ata, hara getdin?!Mən hər şeyimi Allah

8 sentyabr 2021
.

Onlar artıq bu kanalda olacaq

"Space" telekanalı bu mövsüm bir çox yeniliklər etməyi planlaşdırır. Axşam.az-a istinadən xəbər verir ki, bir çox yeni simalarla anlaşan kanal əvvəlki əməkdaşları ilə sağollaşıb. ATV-nin simaları olan İlkin Həsəni, Nicat Rəhimov və İlkin Misgərli bundan sonra "Space"də çalışacaq

7 sentyabr 2021
.

"Canımı yandırdın" məşhur xanəndə ölən atası haqqında - FOTO

Xəbər verdiyimiz kimi tanınmış xanəndə Tahir Nəbiyev dünyasını dəyişib. -a istinadən xəbər verir ki, xanəndənin qızı Kamilə Nəbiyeva sosial media hesabında atası haqqında paylaşım eib. O, "İnstagram" hesabında atasının fotosunu paylaşaraq: "Canımın içi, canımı yandırdın.Sənsiz mən bu dünyan

3 sentyabr 2021