Aparıcı Azər məktəbin irəli sürdüyü ittihamlara cavab verdi: "Yalan deyirlər, müəllim məni..." – VİDEO

Aparıcı Azər məktəbin irəli sürdüyü ittihamlara cavab verdi: "Yalan deyirlər, müəllim məni..." – VİDEOATV telekanalında yayımlanan "Yoxlama" verilişinin aparıcısı Azər Zahid Xətai rayonu, Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbin rəhbərliyinin ona qarşı irəli sürdüyü ittihamlara cavab verib.

Məktəb rəhbərliyinin yaydığı məlumata görə, 06 yanvar 2017-ci il tarixində saat 14:30 radələrində məktəbə üçüncü növbədə təhsil alan şagirdlərin qəbulu zamanı 12(on iki) nəfərdən artıq idmançı görünüşlü şəxslər, o cümlədən "Yoxlama" adlanan verilişin aparıcısı Azər adlı birisi, onun yanında özünü bütün sahələr üzrə ekspert kimi təqdim edən hündürboylu ağ sifətli 27-28 yaşlı gənc oğlan, ATV gödəkçəsi geymiş 5 "əməkdaş" və təhlükəsizliyə aid uniforma geymiş daha 5 gənc məktəb rəhbərliyinə xəbər vermədən, qapıçını itəliyərək məktəbə daxil olub, təqribən bir saat müddətində məktəbdə böyük ajiotaj yaradıb, məktəbin müxtəlif ərazilərində, həmçinin icazəsiz siniflərə daxil olaraq tədris prosesini kobudcasına pozaraq çəkilişlər aparıblar. Onlar məktəb rəhbərliyinin dəfələrlə müraciətinə əhəmiyyət verməmiş, özlərini sözün həqiqi mənasında qoçu kimi aparıblar. Bu qoçu dəstəsinin üzvləri tərəfindən müəllimlərə və məktəbin texniki personalına qarşı kobudluqlar edilib, ələ salma tipli suallar verilib, qeyri-etik ifadələrlərlə onların hissiyyatına toxunublar. Heç bir xəbərdarlıq etmədən həmin gənc oğlanlar qız şagirdlər üçün nəzərdə tutulan ayaqyoluna daxil olaraq çəkiliş aparıblar. Bütün bunlar ciddi narahatlıq yaradıb, həmin "çəkiliş qrupu"nun törətdiyi qalmaqal şagirdlər, müəllimlər və valideynlər arasında vahiməyə səbəb olub. Bu hadisədə ən acınacaqlı hal ondan ibarət olub ki, ATV kanalının əməkdaşlarından biri məktəbin 6e sinif şagirdini kobudcasına itələyərək yıxıb və ona xəsarət yetirib. Məlumat üçün bildiririk ki, hazırda məktəbin dörddə-üç hissəsində Təhsil Nazirliyi tətəfindən əsaslı tikinti işləri aparıldığından məktəb üçnövbəli rejimdə işləyir".

Aparıcı Azər Zahid yayılan məlumatların tamamilə reallıqdan uzaq olduğunu bildirdi. Onun sözlərinə görə, əgər məktəb rəhbərliyi hansısa neqativ halların yaşandığını iddia edirsə, məktəbdə çəkiliş aparan təhlükəsizlik kameralarının görüntülərini təqdim edə bilərlər:

"Bizim özümüzün əlimizdə məktəbdə baş verən bütün proseslərin kadrları var. Bizim uşaqlarla, yaxud başqa personalla nə işimiz var? Şamaxıda bizə əl qaldırıb kameralarımızı qıranda biz əlimizi də tərpətmədik. Biz gedib təhsil olacağında uşaq itələyərik? Bizim işimiz iaşə məkanındakı sanitar qaydalardır. Onlar özləri günahkardırlar. Mənə müxtəlif yollarla (qohum-əqraba və ya tanışlarla) yaxınlaşmaq, görüşmək istəyirlər. Mən isə qəbul etmədiyim üçün belə addım atırlar. Hətta orada mənə özünü təqdim etməyən müəllimlərdən biri "bambılı" dedi. Mən isə ona "sizin şagirdlərə necə bir dərs anlatdığınız buradan məlumdur" dedim. Ayaqyolunu çəkərkən müəllimlərdən biri bizə qarşı əl-qol hərəkətləri etdi".

Aparıcı onu da qeyd etdi ki, məktəblə bağlı bütün qeydə alınan hamısı çərşənbə axşamı efirə veriləcək: "Axı məktəbdə hər birimizin yaxınları təhsil alır. Kadrlarda da var, elektrik "şiti"nın qapağı açıq idi. Birdən hansısa bir şagirdi cərəyan vursaydı, necə olacaqdı? Mətbəxi açmadılar. Deyirlər ki, bu yanlışları ictimailəşdirmək olmaz. Mən də deyirəm ki, qardaş bura qapalı səhmdar cəmiyyət deyil ki… Ayaqyolu pis qoxuyurdu. Bütün bu yanlışları aradan qaldırmaq əvəzinə bizə qarşı təbliğatlar aparırlar".

Mənbə: a24.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3490   Tarix: 09 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021