Cabbar Musayev kimdir? - Arvadına görə qardaşı ilə düşmən olan bəstəkar

Cabbar Musayev kimdir? - Arvadına görə qardaşı ilə düşmən olan bəstəkarLent.az "Bioqrafiya" rubrikasında həzin mahnıları könül oxşayan bəstəkar-müğənni Cabbar Musayevin həyatından bəhs edir.

- Cabbar Musayev harada və nə zaman anadan olub?

Cabbar Musayev 9 avqust 1959-cu ildə İmişli rayonunda anadan olub.

- Cabbar Musayev ailəlidir?

Bəli. Onun iki övladı var.

- Cabbar Musayev Niyaməddin Musayevlə qohumdur?

Niyaməddin Musayev Cabbar Musayevin doğma əmisidir. Cabbar Musayev yaradıcılığa onun "Röya " ansamblında sintezator ifaçısı kimi başlayıb.

- Cabbar Musayev müğənni Musa Musayevlə qardaşdır?

Bəli. Lakin qardaşlar uzun illərdir bir-birlərinə düşmən münasibət bəsləyir. Cabbar Musayevin anası Gülbikə xanım bu barədə belə deyib - Dörd oğlum var idi, biri rəhmətə getdi. Birini də oğulluqdan çıxardıb verdim Təranə Qumrala. Qızım olmayıb. Özümün də yetmiş iki yaşım var. Üç övladımdan razıyam, bir Musadan narazıyam. On səkkiz ildir narazılıq qəlbimi para-para edir. Musa on səkkiz ildir mənimlə əlaqə saxlamayıb. Bir iki dəfə onun-bunun telefonu ilə zəng eləmişəm. Onda da götürməyib. Sadəcə, istəmişəm ki, öyrənim sağdı, yoxsa ölüb. Bir də oğlum rəhmətə gedəndə gəlib. Belə heç vaxt əlaqəm olmayıb. Cabbarın azarı ürəyimə. Cabbar qızıl oğlandır. Allah hamıya belə övlad qismət etsin. Mənim balam da, balaları da mənə diqqətlidir.

- Cabbar Musayevlə Könül Kərimova sevgilidir? Bu barədə sosial şəbəkələrdə tez-tez xəbərlər yayılır...

Könül Kərimova bütün sənət uğurlarını Cabbar Musayevə borclu olduğunu dəfələrlə qeyd edib. Cabarla iş birliyinə başladıqdan sonra ulduzunun parladığını bildirən müğənni xanım Cabbarın ona hər zaman ən böyük arxa dayaq olduğunu, aralarındakı münasibətin sadəcə dostluq olduğunu deyib.

Cabbar Musayevin həyat yoldaşı "Cabbarı Könülə qısqanırsınızmı?" sualına "Yox, qısqanmıram, buna səbəb yoxdur, bu duetin əssasında sənət birliyi var, başqa heç nə. Cabbar qısqanmaq üçün mənə əsas verməyib. Mən onu başa düşməsəm, yoxsa 35 il necə bir yerdə yaşaya bilərdik? Onların birləşməsinə mən vəsilə olmuşam.Cabbarın Könüllə duetinin uğurlu alınacağını bilirdim. Könül Kərimova ilə bacı kimiyik" - deyə cavab verib.

- Cabbar Musayevlə Musa Musayev niyə küsülüdür?

Bu suala tərəflər müxtəlif şəkildə cavab verirlər. Musa Musayevin xanımı Təranə Qumral belə deyib: "Musa Cabbarı silib atıb. Danışırlar ki, guya Musa Cabbarla mənə görə küsülüdür, düşməndir. Yalan söhbətdir, Musa Cabbarla lap çoxdan küsülüdür. Heç onda mən yox idim. Bir ana bətnində iki düşmən saxlayırmış. Çox səbəblər var e, açıb-ağartmaq olmur. Amma söhbət məndən getmir".

Cabbar Musayevin anası Gülbikə xanım bildirib ki, Təranə Qumral evli ola-ola onun oğlu Musanı yoldan çıxarıb. O zaman Musa da öz xalası qızı ilə evli imiş. Cütlüyün nikahı Musa ilə ailəsi arasında dərin nifaq yaradıb. Cabbar Musayev qardaşı ilə bağlı çox sərt açıqlamalar verib:

"Anasını, qardaşını, bacısını qohum əqrəbasını Azərbaycanda bütün kişilərin tanıdığı qadına dəyişən kişinin boyunu yerə soxum. Təranəni tanıyan kişilərin siyahısında mən yoxam. Onunla tanışlığım ümumiyyətlə olmayıb. O, sadəcə, bizim "Durna teli" ansamblında oxumağa başlayırdı. Biz də gördük ki, yaman gündə oxuyur, onu rədd elədik, getdi. O da Musadan yapışdı. Elə həmin gündən, iyirmi ildir ki, nə əmim, nə anam, nə də ki mən onunla danışırıq. Onun kimilərini zibillikdə axtarmaq lazımdır."

Musa Musayev isə qardaşı haqqında çox şey bildiyini, o məlumatı açıqlayarsa Cabbarın daha insan içinə çıxmağa üzü olmayacağını deyib. Onun sözlərinə görə, qardaşı həmişə onun ailəsinə nifaq salıb və dağılmasını istəyir:

"Mən Cabbarı gənc yaşlarımdan danışdırmıram. Hər zaman onunla küsülü qalmışam. Lakin bunu yalnız ailəmiz bilirdi. Heç vaxt bu sirri açmaq istəmirdim. O, iki il öncə televiziyada küsülü olduğumuzu təsdiq etdi və bildirdi ki, Təranəyə görə küsmüşük. Bu insan ailə dağıtmaqla məşğuldur. Mənim də ailəmi dağıtmaq istəyirdi, amma Təranənin ağlına qurban olum. Onun ağlı nəticəsində ailəmiz dağılmadı. Nazənini öyrədərək dəfələrlə ailəmdə dava saldılar. Bu yaxınlarda elə bir açıqlama verəcəm ki, bütün xalq onun kim olduğunu biləcək, üzündəki maskanı çıxardacam. Xalq məni qınasa da, illərlə saxladığım sirləri açıqlayacam".

- Cabbar Musayev müğənni Dənizdən nə üçün 10 min manat təzminat alıb?

Cabbar Musayev Dəniz Əsədovadan məhkəməyə şikayət edib. Çünki, Dəniz Əsədova Cabbar Musayevlə Nigar Qasımzadənin sevgili olmasını bildirib, həmçinin sosial şəbəkə səhifələrində onların ünvanına çoxsaylı təhqirlər səsləndirib. O, məhkəmədəki ifadəsində Cabbar Musayevin yanına tələbə kimi getdiyini, lakin Nigarın onu qısqandığını və hər şeyin bundan sonra başladığını deyib: "Onlarla "İlkin Music" səsyazma studiyasında tanış olmuşam. Həmin studiyada 13 500 manat verərək çalışmışam və 1500 manatı isə Cabbar Musayevə müəllim kimi məni öyrətməsi müqabilində vermişəm. Bir gün C. Musayev gəlib mənə Nigar Qasımzadənin həyatındakı qadın olduğunu və qısqanclıqla bağlı münaqişələr yaşandığı üçün N.Qasımzadənin də mənlə birgə studiyada oturacağını dedi".

Cabbar Musayev və Nigar Qasımzadə Dəniz Əsədovadan xüsusi ittiham qaydasında məhkəməyə şikayət ediblər. Məhkəmədə D.Əsədovanın həmkarları barəsində səsləndirdiyi təhqir və söyüşlər əsas götürülüb. Məhkəmə Dənizin Cabbara 10 min manat ödəməsi barədə qərar çıxarıb.

- Cabbar Musayev hansı sənətkarlarla küsülüdür?

Dənizdən başqa o Elxan Şirinovla da soyuq münasibətdədir. Könül Kərimova ilə duet ortaqlığına başlayanda isə o müğəninin keçmiş tərəfdaşı Məhəbbət Kazımovla düşmənə çevrildi. Məhəbbət Kazımovun "Könül atdan düşüb eşşəyə mindi" sözünün qabağında Cabbar Musayev "Könül ata çatanacan, eşşəyə minmişdi" polemikası uzun müddət maqazin gündəmini zəbt etmişdi.

- Cabbar Musayev mahnı satır?

Bəli. Müğənninin hər bir mahnısı hitə çevrilir. Mahnılarının orta qiyməti 5000 manatdır.

- Cabbar Musayev başqa kiminlə duet oxuyub?

Onun Xalq artisti Nazpəri Dostəliyeva ilə işbirliyi çox uğurlu alınmışdı.

- Cabbar Musayev toylara gedir?

Bəli. Onun öz ansamblı var. Könül Kərimova ilə duetləri davam edir.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2696   Tarix: 28 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanlı musiqiçi dənizdə boğuldu

Azərbaycanlı gənc musiqiçi Məmmədbağır Misiroğlu dünyasını dəyişib. Axşam.az xəbər verir ki, klarnet ifaçısı dənizdə batıb. Bu haqda sənət adamları məlumat yayıb. Bildirilib ki, Məmmədbağır ötən gün vəfat edib. Qeyd edək ki, Məmmədbağır bir çox müğənninin ansamblında çalışıb

2 sentyabr 2021
.

Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə -a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:. "Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur

16 sentyabr 2021
.

Onlar artıq bu kanalda olacaq

"Space" telekanalı bu mövsüm bir çox yeniliklər etməyi planlaşdırır. Axşam.az-a istinadən xəbər verir ki, bir çox yeni simalarla anlaşan kanal əvvəlki əməkdaşları ilə sağollaşıb. ATV-nin simaları olan İlkin Həsəni, Nicat Rəhimov və İlkin Misgərli bundan sonra "Space"də çalışacaq

7 sentyabr 2021
.

Koronavirusa yoluxan Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub - YENİLƏNİB

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub. Bu barədə -a onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib. "Həkimlər sənətçinin vəziyyətini stabil saxlamaq və ağırlaşmasının qarşısını almaq məqsədilə süni tənəffüs aparatına qoşulduğunu bildiriblər", - dey

9 sentyabr 2021
.

Britni Spirs bu şəxslə nişanlandı - FOTO

Amerikalı məşhur ifaçı Britni Spirs 27 yaşlı fitnes məşqçisi Sem Asqari ilə nişanlandığını açıqlayıb. Pop janrın ən məşhur simalarından biri olan 39 yaşlı müğənni öz "Instagram" səhifəsində barmağında üzüklə video paylaşıb. Britni Spirs paylaşımında qeyd edib ki, baş verənlərə hələ də inan

13 sentyabr 2021
.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021
.

Aygün Kazımova koronavirusa yoluxub

Xalq artisti Aygün Kazımova koronavirusa yoluxub. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında məlumat verib. Müğənni xəstəliyi ağır keçirdiyini bildirib:. "Mən də bir çoxlarınız kimi koronavirusa yoluxdum. Son 3 günü ağır keçirdim. Hərarətim 37-38,5 idi. Bədənim ço

8 sentyabr 2021
.

Könül Xasıyeva bundan sonra bu işlə məşğul olacaq

Xalq artisti Könül Xasıyeva bundan sonra pedaqoq kimi fəaliyyət göstərəcək. xəbər verir ki, xanəndə olmaq istəyənlər Xasıyevanın onlayn dərslərinə qoşulacaq:. "Oktyabrın 1-dən onlayn muğam dərslərinə başlayıram. Yaş fərqi olmadan, tələbəm olmaq istəyənlərə dərs açıqdır. Dərslərin həftədə neçə dəfə

10 sentyabr 2021
.

Bu Əməkdar artisti TANIDINIZ? - 37 il əvvəl...

Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkədə uşaqlıq fotosunu paylaşıb. -ın məlumatına görə, müğənni paylaşımına "Birinci sinifə gedəcəkdim deyə anam uzun saçlarımı bu formada kəsdirdi. 1994-cü il", - şərhini qeyd edib. İfaçının 37 il öncə çəkilmiş şəkli maraqla qarşılanıb

2 sentyabr 2021