Vaxtı keçmiş malları endirimlə müştəriyə "SIRIYIRLAR" - Qarşısını necə ALAQ?

Vaxtı keçmiş malları endirimlə müştəriyə "SIRIYIRLAR" - Qarşısını necə ALAQ?Bu gün market və mağazalarda vaxtı keçmiş mallar endirimli qiymətlərlə satışa çıxarılır. Bu mallar istər qida məhsulları, istərsə də geyim və aksesuarlar ola bilər. Lakin alıcıların psixologiyası bir istiqamətə köklənib. Qiyməti ucuz və endirimdə olan məhsul müştərini cəlb edir. Bu problemi "ikinci əl" malları stılan mağazalarda qeyd etmişdik. Lakin alıcı bu gün bir məsələni düşünmür. Vaxtı keçmiş məhsullar və geyimlər insan orqanizmində ciddi fəsadlara səbəb olur. Hər bir məhsulun öz buraxılış və bitmə tarixi var. Sonsuz məhsul deyə bir anlayış yoxdur.

Bəs problemin qarşısını necə alaq? Məsələ ilə bağlı Sonxeber.az-a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, istehsalçılar mallarını sonsuz etmək istəyirlər:

"Tütün və tütün məmulatı haqqında" qanun qəbul olunanda, mən radikal mövqe tutdum. Dedim ki, tütün məmulatlarının üzərində həm buraxılış, həm də bitmə tarixi qoyulmalıdır. Lakin bir tarixin qoyulmasına nail ola bildik. Bu gün istehsalçı istəyir ki, mallar sonsuz olsun. Duz və spirtli içki məmulatları demək olar ki, sonsuzdur. Bunların hamısı yanlışdır. Deputatları başa salmaq üçün məcbur dedim ki, bir Allah yaradan şeylər sonsuz ola bilər. İnsanın əli ilə nə yaradılırsa onların hamısı sonludur. Belə məsələlər var. Spirtli içkilərin müəyyən saxlanma qaydaları var. Araqlar bir ildən artıq müddətə qala bilməz. Şərabların qalma müddəti isə 6 aydır. Konyaklarda isə bu müddət 3 ildir.

Ekspertin sözlərinə görə, istehsalçılar birmənalı şəkildə istehlakçı hüquqlarını qoruyan təşkilatları susdurmağa çalışırlar. Bu istehlakçı hüquqlarının pozulması deməkdir və yolverilməzdir:

"Vaxtı keçmiş malların, xüsusilə ərzaq mallarının satışı qadağandır. Dövlət bu işə qarışarsa, kiçik bir mala görə market 1500 manata qədər cərimə oluna bilər. Bir çox malların yararlılıq vaxtı var və insanlar bunu bilmir. Ayaqqabıların və onların altlığının yararlılıq müddəti var. Avtomobil şinlərinin müddəti var və alanda nə vaxt buraxıldığı deyilməlidir. Hətta ayaqqabını geyinməsək və saxlasaq, bir müddət sonra onun altının çürüdüyünü görə bilərik. Lakin bunun üzərində heç biri yazılmır və həmin informasiyalar istehlakçılardan gizlədilir. Xüsusən sənaye malları ilə bağlı böyük problemlər yaşanır. Yararlılıq vaxtı barədə informasiyalar olmur və istehlakçı aldadılır. Ölkədə mükəmməl istehlakçı siyasəti formalaşarsa, qanunlar dəyişilərsə, bunların qarşısını almaq olar".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1555   Tarix: 10 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr