Təcili! Okeanın o tayından dollar xəbərdarlığı: "Manat...."

Təcili! Okeanın o tayından dollar xəbərdarlığı: "Manat...."FED uçot dərəcəsini daha da artıracaq

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyatlar Departamenti (FED) ötən il dolların uçot dərəcəsini 2 dəfə artıraraq 0.75 faizə çatdırdı. Təbii ki, dolların uçot dərəcəsinin artması bütün dünya valyutaları arasında məzənnə fərqinin yaranmasına səbəb oldu. FED-in uçot dərəcəsini artırması manatın da ciddi şəkildə ucuzlaşmasına rəvac verdi. Ancaq ABŞ uçot dərəcəsini sırf manatın ucuzlaşaması üçün artırmır.Məlumdur ki, ABŞ son illərin ən böyük iqtisadi çöküşü ilə üz-üzə qaldı.

Bu gün ABŞ-ın xarici borcları əvvəlki illərə nisbətdə xeyli artıb.ABŞ iqtisadiyyatı ciddi inflyasiya təhdidilə üz-üzədir. Hətta beynəlxalq araşdırmaçılar deyir ki, ABŞ dolların uçot dərəcəsini sürətli şəkildə artırmasa, inflyasiyadan xilas ola bilməyəcək. FED rəhbərliyi də 2017-ci ildə dolların uçot dərəcəsini gözləniləndən daha surətli şəkildə artıracaqlarını istisna etmirlər. FED-in"Richmond" şöbəsinin sədri Cefri Laker ( Jeffrey Lacker), bankın bu il faiz nisbətini bazarların gözlədiyindən daha sürətlə artırmaq məcburiyyətində qalacağını bildirib. Bu da dolların daha sürətlə bahalaşacağı anlamına gəlir. Laker bundan başqa, ABŞ iqtisadiyyatının 2017-ci ildə 2 faiz ətrafında böyüyəcəyini və inflyasiyanın 2 faizə çatacağı proqnozunu verib. Bütün bu deyilənləri nəzərə alsaq dünya yeni dollar təhlükəsilə üz-üzə qalacaq.Təbii ki, ABŞ öz iqtisadiyyatını qorumaq üçün bu addımı atacaq və dolların uçot dərəcəsini artıracaq.İqtisadçılar bildirirlər ki, FED uçot dərəcəsini 2017-ci ildə ən azı 4 dəfə artıraraq 0.75-dən 2 faizə çatdıracaq.Bu isə o deməkdir ki, bütün dünya valyutaları kəskin ucuzlaşacaq.Bu ucuzlaşma təkcə milli valyutalarda deyil, qiymətli kağızlar bazarına da ciddi təsir edəcək.Çünki, bu gün dünyada baş tutan bütün hərraclar dollar ekvivalentilə aparılır.Əslində ABŞ-ın vəziyyətdən çıxmaq üçün yeganə yolu da elə dollarla bağlıdır.Belə ki, zamanında ABŞ-ın apardığı siyasət nəticəsində dünyanın alternativsiz valyutasına çevrilən dolların hesabına bu gün ABŞ demək olar ki, bütün dünyanı təhdid altında saxlamağı bacarır.Azərbaycan da bunda öz "payını" artıqlaması ilə alıb.

Doğrudur, dolların uçot dərəcəsinin artırılması Azərbaycan manatına birbaşa təsiri çox azdır. Ancaq dolların uçot dərəcəsinin artması Azərbaycan milli valyutasının ucuzlaşmasında və təzyiq altında qalmasında əhəmiyyətli roll oynayır. İstisna deyil ki, FED uçot dərəcəsini ilk dəfə artıranda manat 35 faizli devalvasiyaya uğradı. Hal-hazırda da manata qarşı ciddi təzyiqlər var və bunlarda biri və ən önəmlisi də elə FED-in verəcəyi qərarlardır. Ancaq FED-in dekabr ayında verdiyi artım qərarı manatın kəskin ucuzlaşmasına səbəb olmadı. Bu gün məhz buna görə də bəzi hökumətyönlü ekspertlər deyir ki, FED-in vercəyəi hər hansı bir qərar manata təsir etmir.Ancaq məsələ əslində tamamilə fərqlidir. Manat ona görə FED-in artım qərarına reaksiya vermədi ki, öz real dəyərində deyil və hökumət manatın məzənnəsini inzibati qayda da təyin edir. Bu da manatın bazarda real qiymətlərlə mübadiləsinin qarşısını alır.Bu isə o deməkdir ki, FED bu gün uçot dərəcəsini sıfır faizə qədər endirsə də manat ucuzlaşmağa davam edəcək.Sadəcə bu ucuzlaşma nisbətən aşağı surətlə gedəcək. Çünki, manat FED-in təzyiqindən xilas olacaq. Təbii ki, FED-in bu qərarı verməsi elə sıfıra bərabərdir.FED gözlənilən artım qərarını verməyə məcburdur.Çünki, yuxarıda da qeyd etdiyimiz kimi, ABŞ iqtisadiyyatının dirçəlməsi üçün dollardan başqa yolu qalmayıb.ABŞ da bu "kozırdan" maksimum dərəcədə yararlanmağa çalışacaq.

Mənbə: cəbhə info


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2900   Tarix: 11 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO

Şahmat üzrə Avropa Çempionu olan qadın qrosmeysterimiz Ülviyyə Fətəliyevaya mahnı həsr edilib. bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir. Qeyd edək ki, Avropada şahmat azarkeşləri tərəfindən hazırlanan musiqi "Euphonious Tribute" adlandırılıb və sosia

6 may
.

Milli-mənəvi dəyərlərə zidd addım atanlar ağır CƏZALANDIRILMALIDIR! - ARAŞDIRMA

Bu gün sosial şəbəkələrdə, xüsusilə "TikTok" platformasında özünə "fenomen" adı verən şəxslər milli-mənəvi dəyərlərə zidd paylaşımlar və kampaniyalar aparırlar. Sözsüz ki, onların bu platformadan qazandıqları maliyyədən danışmağa dəyməz. Bunu görən gənc kütlə isə sosial şəbəkələrd

6 may
.

Masazırda obyekt sahibi ağacları "soyqırımına" məruz qoyub (VİDEO)

Abşeron rayonunun Masazır kəndində tikilən obyektin sahibi yol kənarındakı ağacların "soyqırımı"nı həyata keçirib. xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb. Yayılan görüntülərdə obyektin tikintisi zamanı binanın qarşısında ağaclar müşahidə edilsə də, bir müddət sonra çəkilmi

6 may
.

Leysan olacaq, dolu yağacaq

Mayın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək

6 may
.

6-cı sinifdə məktəbdən çıxarılan qız 17 yaşında nişanlandı

Xaçmaz rayonunda erkən nikahın qeydə alınması ilə bağlı məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisənin rayonun Qusarçay kəndində qeydə alındığı bildirilir. Məlumatda bir neçə ildir məktəbdən yayınan 17 yaşlı qızın 37 yaşlı oğlanla toyunun olduğu qeyd olunur. Xaçmaz rayonunun Arif Məmmədo

6 may
.

Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. 5-i axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Azərbaycanı

5 may
.

Asiya İnkişaf Bankı Azərbaycanın COP29-a ev sahibliyi etməsi faktını alqışlayır

Asiya İnkişaf Bankı (ADB) üzv ölkə Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsindən çox məmnundur və dəstəyini bildirərək ölkənin rəhbərliyinə müraciət edib. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiy

4 may
.

Şəhid anası: "Soruşdum ki, balamın bütün əzaları yerindədir?" - VİDEO

Baku TV-də jurnalist Afaq Hüseynovanın təqdimatında Vətən müharibəsi şəhidi Abbas Əliyev haqqında reportaj efirə gedib. Azərbaycan Ordusunun əsgəri olan Abbas Əliyev Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, 2020-ci ilin noyabrın 2-də Xocavənd döyüşləri zamanı şəhi

5 may
.

GAZBIR rəhbəri: Türkiyə Avropa ilə LNG ticarəti üçün Azərbaycan və Rusiya qazından istifadə edə bilər

Türkiyə Böyük Millət Məclisində (TBMM) bir sıra qanunvericilik aktlarına qəbul edilmiş dəyişikliklər ölkənin Avropaya, xüsusən də qonşu ölkələrə maye qaz ixracının həcmini artırmağa imkan verəcək. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Təbii Qaz Paylayıcılar Birliyini

5 may