Təcili! Banklarda dollar satışı bərpa edilir:2 manatı keçməməsi üçün

Təcili! Banklarda dollar satışı bərpa edilir:2 manatı keçməməsi üçün"Manatın bu il də ucuzlaşması gözləniləndir. Dünyada gedən proseslər milli valyutaya təsirsiz ötüşməyəcək. FED uçot dərəcəsini gözləntilər çərçivəsində, yəni 3 dəfə artırsa, dünyada dolların məzənnəsi artacaq. Əlbəttə, bu amil milli valyutanın daha da dəyərdən düşməsinə səbəb olacaq. Bununla yanaşı ölkə iqtisadiyyatında neftin qiymətinin nə qədər olacağı da önəm kəsb edəcək. Bu iki amil 2017-ci ildə ölkə iqtisadiyyatını tənzimləyəcək".

Bu sözləri Natiq Cəfərli deyib. Bəzi proseslər onu göstərir ki, hökumət manatın kəskin dəyərdən düşməsini istəmir.

İqtisadçı isə belə hesab edir ki, hökumət ilin ilk yarısında manatın dəyərdən düşməsinin qarşısını almaq üçün cəhdlər edəcək: "Bunun üçün də ötən gün Mərkəzi Banka əlavə vəsaitlərin verilməsi haqda prezident fərmanı olub. İndiki şəraitdə başqa çıxış yolu da yox idi. Bazarda tək oyunçu Neft Fondu idi. Artıq Mərkəzi Bankın da hərraclarda iştirakı üçün bir imkan yaranıb. Atılan addım da mahiyyət etibarı ilə manatın dəyərdən düşməsinin qarşısının alınmasına hesablanıb. Düşünürəm ki, hökumət ən azı ilini birinci yarısında dolların məzənnəsinin manatla müqayisədə 2 manatı keçməsinə imkan verməyəcək. Çünki bank sektorunda kifayət qədər problemlər var. 2 manat həddi aşılarsa, manatın məzənnəsinin psxioloji problemləri yarana bilər".

İqtisadçı-ekspert Mərkəzi Bankın aqrar istiqrazlarının bir hissəsinin Dövlət Neft Şirkətinə verilməsinə münasibət bildirərək qeyd edib ki, daha sonrakı addımlar effektli olarsa, bu il müsbət nəticə əldə etmək olar: "İstiqrazların bir hissəsinin Dövlət neft Şirkətinə verilməsi bu sahədə atılan müsbət addımlardan biri kimi dəyərləndirilməlidir. Digər sahələrdə də ciddi addım və islahtalar olmazsa, bu qərar effektivliyini itirər".

İqtisadçının sözlərinə görə, ilin ikinci yarısında isə vəziyyət daha çox dünyada baş verən hadisələrdən asılı olacaq. Neftin qiymətində kəskin ucuzlaşma olarsa, ilin ikinci yarısında manat sürətlə dəyərdən düşəcək: " "Qara bazar"ın formalaşması istənilən ölkənin maliyyə bazarı üçün bir ayıb hesab edilir. Keçirilən hərraclardan sonra hökumət başa düşüb ki, "qara bazar"la mübarizə mümkünsüzdür. Çox güman ki, yaxın müddətdə bank sistemində valyuta satışının bərpası məsələsi gündəmə gələcək. Ötən gün keçirilən hərracda dəfələrlə çox valyuta bazara çıxarılıb. Bununla bağlı rəsmi açıqlamalar verilməsə də ehtimal olunur ki, çıxarılan valyutanın məbləği yüksək olub. Düşünürəm ki, banklar valyuta satışını yenidən bərpa edərlərsə, bu, "qara bazar"ın fəaliyyətini zəiflədə bilər".

Mənbə: Cebhe.info


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3838   Tarix: 11 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əhalinin banklara nə qədər kredit borcu var?

2024-cü il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 24629,1 milyon manat təşkil edib, onun 20615,8 milyon manatı uzunmüddətli kreditlər olub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Qeyd edilib ki, 2024-cü i

15 aprel
.

Kirayə evə görə vergini kim ödəməlidir?

Son zamanlar çoxmənzilli binalarda yaşayanlardan mənzilin özlərinə aid olub-olmaması tez-tez soruşulur. Mənzildə kirayə qalanlar isə daha bir suala cavab verməli olurlar: Mənzilin sahibi ilə müqavilə varmı? . Müqavilə isə vergi öhdəliyini ortaya çıxarır. Bəs bu vergini kim ödəməlidir? Ev sahibi, yoxs

18 aprel
.

Zeytun yağı niyə BAHALAŞIB?

Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,5

8 mart
.

Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 1,35 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 42 % çoxdur. Hesabat dövründə Gürcüstanda

28 aprel
.

Azərbaycan neftinin qiyməti 92 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,9 % azalaraq 92,26 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərini

11 aprel
.

Dörd nəfərdən üçünün banka borcu var: Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA

Kreditlərin illik faiz dərəcələrinin yüksək olması məsələsi zaman zaman gündəmə gəlir. Hazırda Azərbaycanda bir çox banklar yüksək faizlə kredit verir. Bunun səbəbi nədir?. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib. İqtisadçı kredit faizlərinin yüksək olma səbəblərinə aydınlıq gətirib:

15 aprel
.

Azərbaycanda dollar bahalaşa bilər?

Dollar dünya bazarında yenidən möhkəmlənir. Son 1 ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır. Dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlam

15 aprel
.

Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun aktivləri 48 milyard 909,9 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 0,5% və 241,3 milyon manat azdır. Bu ilin əvvəlində yerli bankların cəmi aktivləri 49 milyard 151,2 milyon manata bərabər olub. Bu dövrd

20 aprel
.

Şokoladın qiyməti dəyişəcək? - VİDEO

Şokolad qiymətlərində kəskin artım gözlənilir. Çünki şokoladın əsas inqrediyenti olan kakaonun dünya bazarlarında dəyəri tarixdə ilk dəfə olaraq bir ton üçün 10 min dollar həddini keçərək rekorda imza atıb. İqtisadçı Eldəniz Əmirov bildirib ki, kakaonun qiymətinin dünya bazarlarında artması təbii şokoladları

29 mart