Oğlu avtosalona hücum edən icra başçısına yoxlama göndərildi - Masallıda hər şey ortaya çıxacaq

Oğlu avtosalona hücum edən icra başçısına yoxlama göndərildi - Masallıda hər şey ortaya çıxacaqHesablama Palatasının bu il üçün ilk Kollegiya iclası keçirilib.

AZXEBER.COM xəbər verir ki, Kollegiya iclasında bir sıra məsələlər müzakirə olunub.

Həmin məsələlər arasında dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən Masallı Rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsindən Goranboy Mərkəzi Rayon Xəstəxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair hesabatlar yer alıb.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

Kollegiyada Hesablama Palatasının 2017-ci il üçün İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqramlar təsdiq olunub.

Qeyd edək ki, ötən il də Masallı Rayonunun İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla və rayondakı məmur özbaşınalığı ilə bağlı mətbuatda çoxlu sayda tənqidi məlumatlar yayımlanıb.

Bundan başqa icra başçısının oğlu ilə bağlı da mətbuatda informasiyalar yayımlanıb. İnformasiyalardan biri də Rafil Hüseynovun oğlunun "qoçuları" ilə birlikdə Bakıdakı avtosalonların birinə hücum etməsi ilə bağlıdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3938   Tarix: 11 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakı ilə bağlı HAVA XƏBƏRDARLIĞI - Mayın 5-i axşamdan 7-si səhərədək...

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, 5-i axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ölk

3 may
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 5-i axşam bəzi yerlərd

3 may
.

Xırdalanda direktor "fond pulu" tələb etdi, bağça nəzarətə götürüldü - YENİLƏNİB + VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb. xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazıs

3 may
.

Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər - VİDEO

Laçın rayonunun Sus kəndinə Böyük Qayıdış üçün son tamamlama işləri aparılır. 25 hektar ərazini əhatə edən Sus kəndində hər bir evin 12 sot həyətyanı sahəsi var. Burada ümumilikdə 59 ev tikilib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov bildirib ki, bu evlərin 13-ü ik

4 may
.

Jukov: "Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək"

Asiya İnkişaf Bankı (ADB) ümid edir ki, Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülh sazişi əldə olunacaq, çünki bu, regiona kifayət qədər əhəmiyyətli olan iqtisadi dəhlizlər açmağa kömək edəcək. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə Asiya İnkişa

4 may
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

4 may
.

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? - VİDEO

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətlərində yenilik edilib. Tarif Şurası tərəfindən elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətləri üzrə ödənişlərin məbləğləri müəyyənləşdirilib. -ın məlumatına görə, iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, istər elektrik, istərsə də qazpaylayıc

4 may
.

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

Yeni təhsil proqramlarının (ixtisasların) açılması qaydaları təsdiqlənib. report-a istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib. Qaydalar "Təhsil haqqında" qanununun 29.0.37-1-ci maddəsinə əsasən hazırlanıb və ali, orta ixtisas və peşə təhsil

4 may
.

SON DƏQİQƏ! Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: mayın 5-6-da...

Hazırda Günəş aktivliyi yüksək səviyyədədir. Baş verən M9.1(R2 güclü) alışması bu ilin M sinif alışmaları arasında ən güclüsü olub. Digər aktiv oblastların sürətlə sahələrini və vəziyyətini dəyişməsi müşahidə olunub. Baş verən tac kütlə atılmaları kiçik sürətə malik olduğundan mayın 9-da Yer yaxınlığında

4 may