"Əsgərləri yaxşı yedirdin" - prezident hərbi hissədə - FOTOLAR

"Əsgərləri yaxşı yedirdin" - prezident hərbi hissədə - FOTOLAR"Əvvəllər əsgərlər yemək bişirirdilər. O da dadlı deyildi"

Azərbaycan prezidenti İlham Əliyevin Naxçıvana ötən gün baş tutan səfəri zamanı Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışı baş tutub. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əsgər yataqxanasında yaradılan şəraitlə tanış olub.

Kompleksdə 1000 yerlik 2, 500 yerlik 1 və 250 yerlik 2 yemək salonu var. Ümumilikdə, burada eyni vaxtda 3000 hərbçi qidalana bilər. Prezident burada qida məhsullarına baxıb, aşpazlarla söhbət edib. dövlət başçısı əsgərlərə yaxşı qulluq etməyi tapşırıb.

Sonxeber.az istipress-ə istinadən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və aşpazlarla prezident arasındakı qısa dialoqu təqdim edir:

İlham Əliyev: Çox gözəl şərait yaradılıb.

Vasif Talıbov: Yaratdığınız şəraitə görə Sizə minnətdarlıq edirik. İşçilərin hamısı mülki vətəndaşlardır.

İ.Ə: Bəli, əvvəllər əsgərlər yemək bişirirdilər. O da dadlı deyildi. İndi isə iş yerləri yaradılıb, yerli vətəndaşlar, qadınlar üçün. Yaxşı yeməklər bişirirsiniz, əsgərlərə də yaxşı baxırsınız.

V.T: Sizin tapşırığınızdan sonra 6 minə yaxın mülki vətəndaş, gizir, müddətdən artıq xidmət edən hərbi qulluqçu işə qəbul olunub.

İ.Ə: Çox yaxşı. Bu, yeni iş yerlərinin yaradılmasıdır, xüsusilə qadınlar üçün. Əsgərlər də öz xidməti işləri ilə məşğul olacaqlar.

V.T: Yeməyin də keyfiyyəti yaxşılaşıb. İndi əvvəlki illərlə müqayisədə demək olar ki, tullantı yoxdur.

İ.Ə: İndi hamısını yeyirlər. Xoşlarına gəlir, ona görə. Sağ olun. Sizə uğurlar arzulayıram.

Aşpaz Gülarə Qurbanova: Cənab Ali Baş Komandan, Sizin gəlişinizə çox şadıq. Sizə öz minnətdarlığımızı bildiririk. Gün o gün olsun, belə hərbi hissələr Qarabağda, Laçında, Şuşada salınsın, biz də orada əsgərlərimizə qulluq edək. Sizə bir daha uzun ömür, cansağlığı arzulayıram.

İ.Ə: Çox sağ olun. Sizə də uğurlar arzulayıram. Əsgərlərə yaxşı baxın, onları yaxşı yedirdin ki, onlar daha da möhkəm olsunlar, Vətəni daha da yaxşı qorusunlar.

Aşpaz qadınlar: Minnətdarıq. Sizin sayənizdə belə gözəl şəraitdə yaşayırıq. Allah Sizin ömrünüzü uzun eləsin. Daim Azərbaycanın başının üstündə olasınız.

İ.Ə: Sağ olun.

"Əsgərləri yaxşı yedirdin" - prezident hərbi hissədə - FOTOLAR"Əsgərləri yaxşı yedirdin" - prezident hərbi hissədə - FOTOLAR"Əsgərləri yaxşı yedirdin" - prezident hərbi hissədə - FOTOLAR"Əsgərləri yaxşı yedirdin" - prezident hərbi hissədə - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1690   Tarix: 12 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Niyə burada evlər ucuz qiymətə kütləvi satışa çıxarılır? - Video

Son vaxtlar Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində evlər ucuz qiymətə kütləvi şəkildə satışa çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Xəzər TV bununla bağlı süjet hazırlayıb. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bu, makler evləri kimi tanınan həyət evlərinin daha ço

3 may
.

Rəis ifadəsi üçün Bakıya gətirilib - Gömrük İdarəsində əməliyyat

Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi tərəfindən əməliyyat keçirilib. Bakupost-a istinadən xəbər verir ki, əməliyyat yoxlaması zamanı gömrük əməkdaşlarının qeyri-qanuni əməlləri aşkar edilib. Aydın olub ki, Azərbaycanı tranzit ölkə kimi keçən TIR-lar Tovuz Gömrük İdarəsinin cavabde

3 may
.

Bakının hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar"

3 may
.

"Nağıoğlu" MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

"Nağıoğlu" şirkət Ağcəbədi rayonunda yerləşən 2 hektar sahəsi olan "Şahmalı" qum-çınqıl yatağından qanunsuz istifadə edir. Bu barədə Qaynarinfo-ya Tovuz rayonunda yaşayan sahibkar Arif Alıyev bildirib. Onun sözlərinə görə, ötən il aprelin 5-də İqtisadiyyat Nazirliyi yanında Əmla

3 may
.

Laçında püşkatmada vətəndaşa düşən ev başqasına verilib? - AÇIQLAMA

Laçında püşkatmada vətəndaşa düşən ev başqasına verilməsi ilə bağlı iddialar sosial şəbəkədə paylaşılıb. Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq. -ın sorğusunu cavablandıran Komitə rəsmisi İbrahim Mirzəyev bildirib ki, birinci mərhələ üzrə püşkatmada

3 may
.

'Nəvəm xəstədir, həkim deyir ki, bilmirəm dərdi nədir" - ŞİKAYƏT+VİDEO

Ucar sakini rayon xəstəxanasından şikayətçidir. Rayon sakini Samir Allahverdiyev 5 aylıq qız nəvəsi Dərya Əhmədovaya xəstəxanada düzgün diaqnoz qoyulmadığını deyir. xəbər verir ki, rayon sakini məsələ ilə bağlı "Apa TV"yə açıqlama verib. O bildirib ki, uşağı təyin Mərkəzi Xəstəxanasına aparıb

3 may
.

Kəlbəcərin 22%-i yaşıllıq olacaq - Baş Planın detalları

Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən "Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı" təsdiq edilib. xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Baş Planın detallarını açıqlayıb. Qeyd olunur ki, otuzillik erməni işğalı nəticəsində dağıdılan Kəlbəcər şəhərini

3 may
.

Bu şəxslər işə düzələrkən dövlətdən 4712 AZN ala bilər - RƏSMİ

Azərbaycanda yeni tətbiq edilən birdəfəlik ödənişlərdən biri də xüsusi kateqoriya şəxslərə işə düzələn zaman ödənilən vəsaitdir. xəbər verir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər ilk dəfə işə düzələn zaman birdəfəlik 4712 manat müavinət ala bilər. Valideynlərini itirmi

3 may
.

Cəbrayıl rayonunun Horovlu kəndi belə tikilir - VİDEO

Cəbrayılın Horovlu kəndində tikinti işləri davam edir. xəbər verir ki, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilanda Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb. Qeyd olunub ki, ilk mərhələdə 334 fərdi yaşayış evinin inşası həyata keçirilir

2 may