"Nağıoğlu" MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

"Nağıoğlu" MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham"Nağıoğlu" şirkət Ağcəbədi rayonunda yerləşən 2 hektar sahəsi olan "Şahmalı" qum-çınqıl yatağından qanunsuz istifadə edir.

Bu barədə Qaynarinfo-ya Tovuz rayonunda yaşayan sahibkar Arif Alıyev bildirib.

Onun sözlərinə görə, ötən il aprelin 5-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti "Şahmalı" qum-çınqıl yatağını hərraca çıxarıb.
Arif Alıyev deyir ki, o da yatağı almaq üçün həmin hərraca qatılmaq istəyib. "Hətta iştirakçı kimi qeydiyyata alındım. Lakin sonradan mənə məlum oldu ki, "Şahmalı" qum-çınqıl yatağının yerləşdiyi ərazi kənd təsərrüfatı təyinatlıdır. Ona görə də qeydiyyata alınsam da, hərracda iştirakdan imtina etdim. Çünki yatağı istismar etmək üçün onun yerləşidiyi ərazinin təyinatı dəyişdirilməliydi. Bu isə uzun prosesdir. Hərracda iştirakçılardan biri də "Nağıoğlu" MMC idi və yataq bu şirkətə satıldı", - deyə sahibkar əlavə edib.

O bildirib ki, "Nağıoğlu" MMC yatağı alandan dərhal sonra istismara başlayıb. Bu isə qanunsuzdur. "Digər tərəfdən, baş verənlər haqsız rəqabət mühitinin formalaşmasını şərtləndirir. Yəni, yatağın yerləşdiyi ərazi kənd təsərrüfatı təyinatlı olmasaydı, mən də hərracda iştirak edib qalib gələ bilərdim", - Arif Alıyev vurğulayıb.

Sahibkar məsələ ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edib. Qurumdan gələn cavab məktubunda isə bildirilib ki, faydalı qazıntı yataqları ilə bağlı nəzarət funksiyasını yerinə yetirən Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən "Nağıoğlu" MMC-yə torpağın təyinatı dəyişdirildikdən sonra işə başlamağa icazə veriləcək. Hal-hazırda isə orada hər hansı iş aparılmır.

Arif Alıyev isə iddia edir ki, cavab məktubunda qeyd edilənlər həqiqəti əks etdirmir: "Əminliklə deyirəm ki, hərracdan dərhal sonra "Nağıoğlu" MMC yatağı istismar etməyə başlayıb. Ona görə əminəm ki, bununla bağlı videogörüntü var.

Onu da qeyd edim ki, "Nağıoğlu" MMC qanunsuz qum-çınqıl hasilatı ilə məşğul olduğuna görə bir dəfə cəzalandırılıb. Baş Prokuroluqda faktla bağlı cinayət işi başlanıb və araşdırmalar zamanı məlum olub ki, şirkət dövlətə 700 000 min manat zərər vurub. Həmin zərər bu gün də dövlətin nəfinə ödənilməkdədir. "Nağıoğlu" MMC indi də eyni qanunsuzluğa yol verir".

Sahibkar deyib ki, əgər kənd təsəsrrüfatı təyinatlı torpaq sahəsində qum-çınqıl hasilatını həyata keçirmək qanuni idisə, o zaman 05 aprel 2023-cü ildə keçirilən hərracın nəticələri ləğv edilməli, yenidən hərrac təşkil olunmalı və onun da iştirakım təmin edilməli idi. Əks təqdirdə baş verənlər haqsız rəqabət mühitinin formalaşmasına xidmət etməkdən başqa bir şey deyil.

Arif Alıyevin iddiaları ilə bağlı Nağıoğlu şirkətinin mövqeyini öyrənmək mümkün olmayıb.
"Nağıoğlu" MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham"Nağıoğlu" MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham"Nağıoğlu" MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham"Nağıoğlu" MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 719   Tarix: 03 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr