Minimum əməkhaqqı artırılır - 600 manat olacaq?

Minimum əməkhaqqı artırılır - 600 manat olacaq?Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır və bu təkliflər noyabrın 1-ə qədər təqdim olunacaq. Hökumətdə müzakirə edildikdən sonra minimum əməkhaqqının artırılması ilə bağlı qərar qəbul ediləcəyi gözlənilir. Qeyd edək ki, minimum əməkhaqqında ən son artım 2023-cü ildə olub və 345 manat müəyyən edilib. İndi çoxlarını bir sual düşündürür: Minimum əməkhaqqı nə qədər artırılmalıdır ki, inflyasiya rəqəmləri insanlara daha az təsir etsin?

Dünyada necədir?

Bu sahədə dünyada mövcud olan rəqəmlər də maraqlıdır. Məsələn, Rusiyada minimum əməkhaqqı 2024-cü ildə aylıq təxminən 19 242 rubl - 250 dollar, Türkiyədə 10 350 TL - 380 dollar, Braziliyada 1 302 Braziliya realı - 265 dollar, Meksikada 6 223 peso - təxminən 350 ABŞ dolları, Çində isə 2 590 yuan- 365 dollar təşkil edir.

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, müşahidə edilən qiymət artımları fonunda minimum əməkhaqqının artırılması vacibdir: "Çox böyük ehtimal ki, artım 2025-ci ilin əvvəlinə təsadüf edəcək. 2024-cü ildə minimum əməkhaqqının artırılması ehtimalları çox aşağıdır, hətta demək olar ki, yox səviyyəsindədir. İndiki şərtlər daxilində ehtimallar ondan ibarətdir ki, hökumət minimum əməkhaqqını təxminən 10-15 faiz aralığında artıra bilər. Çünki 2024-cü ildə bu proses baş vermədi. Amma olmalı idi. 2023-cü ildə rəsmi rəqəmlərlə ifadə olunan inflyasiya əhalinin alıcılıq qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədib. Bu il də inflyasiya davam edir. İki illik müqayisədə o nəticəyə gələ bilərik ki, rəsmi rəqəmlərlə 12-13 faiz artım baş verəcək".

"İstehlak səbətinin strukturu dəyişdirilməlidir"

R.Həsənovun fikrincə, minimum əməkhaqqı və istehlak səbəti uyğunlaşdırılmalıdır: "Hiss edilən inflyasiya minimum əməkhaqqı ilə çalışan şəxslərin alıcılıq qabiliyyətində özünü daha çox büruzə verir. Çünki onlar daha çox gündəlik ərzaq məhsulları istehlak edirlər. Bu məhsulların qiymətləri daha yüksək faizlərlə artır. Düşünürəm ki, Azərbaycanda istehlak səbətinin strukturu dəyişdirilməlidir. Yeni dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Azərbaycanda əmək bazarı iştirakçılarının əhəmiyyətli hissəsi minimum əməkhaqqı alır".

600 manata çatdırılmalıdır

Ekspert minimum əməkhaqqı ilə bağlı vahid qaydaların olmadığını bildirir: "Minimum əməkhaqqı daha çox ehtiyaclar və hökumətlərin sosial siyasətinin səviyyəsindən asılı olaraq müəyyən edilir. Türkiyədə və bir çox ölkələrdə inflyasiya daha sürətli olduğu zaman rüblük və yarımillik əsaslarla minimum əməkhaqqının artırılmasına başlanılıb. Bu, həmçinin vətəndaşların alıcılıq gücünün qorunması məqsədilə də həyata keçirilir. Bəzən sosial siyasət cəhətdən daha yüksək indeksləşdirmə aparırlar. Amma ölkəmizdə bununla bağlı konkret qayda yoxdur. Reqlament olması çox vacibdir. İnkişaf etmiş ölkələrdə minimum əməkhaqqının orta aylıq əməkhaqqının 65 faiz səviyyəsində olması geniş yayılıb. Amma ölkəmizdə bu göstərici təxminən 35 faiz ətrafındadır".

R.Həsənov bildirdi ki, bütün tələbləri nəzərə aldıqda minimum əməkhaqqı 600 manata çatdırılmalıdır: "Bir çalışan orta hesabla 2,2 şəxsə baxır. Ona görə minimum əməkhaqqının 2,2 insanı qarşılaması həcmində olması lazımdır. Bu isə 560-600 manat arasında rəqəm deməkdir. Həmçinin, hökumətin nəzərdə tutduğu hədəf də minimum əməkhaqqını orta aylıq əməkhaqqının 60 faizinə çatdırmaqdır. Bu gün orta aylıq əməkhaqqı 1000 manata yaxınlaşır. Buna əsasən də hesablamalar apardıqda minimum əməkhaqqının 600 manat ətrafında olması vacibdir. Minimum əməkhaqqı artırsa, orta və uzunmüddətli dövrdə əmək bazarında əməkhaqqı səviyyəsinin yüksəlməsi müşahidə olunur".

Dövlət müəssisələri ödəyəcək, bəs özəl sektor?

İqtisadçı Xalid Kərimli də minimum əməkhaqqının artırılması fikrini dəstəkləyir, lakin nəzərə alınmalı məqamlar da var: "Dövlət büdcəsində əməkhaqqı xərcləri doqquz milyard manatdır. Minimum əməkhaqqı elə olmalıdır ki, iqtisadiyyat bunu emal edə bilsin. Dövlət şirkətləri və müəssisələri bu məbləği qarşılaya bilər. Amma özəl sektorun imkanları daha aşağıdır. Minimum əməkhaqqı artırılanda bəzən işçilərin maaşı qalxmır. İşçiyə özəl sektor 600 manat verirsə, minimum əməkhaqqı artanda rəsmi hissə artır. Lakin faktiki aldığı məbləğ dəyişmir. Çünki maaş artdıqca işçi daha çox vergi ödəyir. Minimum əməkhaqqı məbləği təyin edilərkən özəl sektorun da o məbləği ödəmə qabiliyyəti nəzərə alınır".

X.Kərimli bu artımın digər sahələrə təsirindən də danışdı: "Minimum əməkhaqqı iş yerlərinin əməkhaqqı xərclərini artırır. Bu da həmin müəssisələrin məhsullarının qiymətinə təsir göstərir. Hər müəssisəyə fərqli cür təsir edə bilər. Minimum əməkhaqqının artması tarif cədvəlinə də müəyyən qədər təsir edir. Bu rəqəmi kəskin qaldırmaq olmaz. Çünki işsizliyə birbaşa təsir göstərir. Ya işsizlik, ya da gizli məşğulluq yarana bilər. Müəssisələrin əməkhaqqını verməyə gücü çatmadıqda məcbur işçi sayını daha da azaldacaqlar. Əgər artım baş verərsə, bu zaman 370-380 manat olmaq ehtimalı var. Amma indiki halda elə də böyük məbləğ olmadığı üçün təhlükəli deyil. Dövlət minimum əməkhaqqını artıranda əmək bazarında tarazlığı da dəyişir. Özü daha çox əməkhaqqı vermiş olur. Minimum əməkhaqqı qalxdıqda, bu, orta işçi qüvvəsinə təsir edir".

"Kaspi" qəzeti


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2122   Tarix: 27 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Avtomobil bazarında qiymətlər artacaq? - AÇIQLAMA

Avtomobil bazarında son dövrdə canlanma və tələbin artması qiymətlərin gələcək dinamikası ilə bağlı suallar yaradır. Eyni zamanda, avtomobil idxalının həcmi, yeni modellərin bazara daxil olması və valyuta məzənnəsi qiymətlərə təsir edən əsas amillər sırasındadır. 2025-ci ildə Azərbaycana minik avtomobil

10 sentyabr
.

Ötən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb

Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə

18 sentyabr
.

Azərbaycana İrlandiyadan pul köçürmələri 7 dəfədən çox artıb

Bu ilin I yarısında Azərbaycana xaricdən köçürülmüş 748,5 milyon ABŞ dolları vəsaitin 356,65 milyon ABŞ dolları Rusiyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 % çoxdur. Yanvar-iyun aylarında ölkəyə daxil olan pu

15 sentyabr
.

Azərbaycan qeyri-neft-qaz ixracını 18 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib. bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir

8 sentyabr
.

Çindən Azərbaycana turist axını 5 % artıb

2026-cı ilin avqust ayında Çindən Azərbaycana gələn turistlərin sayı 5 % artıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Teymur Süleymanzadə "China Southern Airlines" aviaşirkətinin Bakıdakı nümayəndəliyinin fəaliyyətə başlamasını

10 sentyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü

Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8

21 sentyabr
.

Azərbaycanda elektron satınalmaların dəyəri 2,3 milyard manatı ötüb

Azərbaycanda bu ilin yanvar-iyul aylarında keçirilmiş elektron satınalmaların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 0,3 % artaraq 4 596 olub. bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, elektron satınalmaların məbləğ

14 sentyabr
.

İranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?

İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər

11 sentyabr
.

Azərbaycanda mobil cihazların bazar payı avqustda 17 %-dən çox azalıb

Bu ilin avqust ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 51,81 % təşkil edib. "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, iyul ayına nisbətən 10,88 faiz bəndi və ya 17,4 %, 2025-ci ilin avqust ayını

2 sentyabr