Sezarı öldürən senatorların acınacaqlı sonluğu - TARİX

Sezarı öldürən senatorların acınacaqlı sonluğu - TARİXTarixin ən önəmli dövlət xadimi və sərkərdələrində olan Qay Yuli Sezar eramızdan əvvəl 44-cü ilin 15 martında öldürüldü. O, Senatda çıxış edən zaman təkbaşına hökmdar olmaq və respublikanı ləğv etmək planlarından narazı qalan senatorlar tərəfindən öldürüldü.

Lent.az Qay Yuli Sezarın ölümündə iştirak edən senatorların sonrakı taleyinə nəzər salır.

Qədim romalılar ayın ortasını təyin etmək üçün "idalar" (latınca idus, "bölmək") terminindən istifadə edirdilər. Mart 30 gündən ibarət olduğu üçün həmin ayın idası 15-i idi. Və Sezarın qətlindən bir gün sonra, martın 16-da Senatın iclası başladı, orada əsas məsələ bu idi: mərhum hökmdar tiran kimi tanınmalıdır, ya yox?

Cavab müsbət olarsa, Sezarın tərəfdarları onun ortaqlarına, qatilləri isə tiranla döyüşən qəhrəmanlara çevrilirdilər. Qərar yox olsa, qatillər cinayətkar hesab edilirdilər. Hətta baş verənləri unudaraq, ümumiyyətlə, heç bir qətl hadisəsi baş verməyibmiş kimi davranmağa çağıran senatorlar da var idi. Ancaq belə bir kompromis heç kimə uyğun deyildi.

Şiddətli mübahisələrdən sonra müəyyən fikir ortaqlığı yarandı: qatillər ictimaiyyət qarşısında qəhrəman kimi təqdim olunmayacaqları ilə razılaşırdılar və Sezar tərəfdarları isə mərhuma öz iradələri ilə deyil, tiranın qorxusundan xidmət etdiklərini etiraf edirdilər. Toplantı Sezarı hakimiyyəti qanunsuz zəbt etmiş tiran kimi qınamağa meylli idi. Sezarın yaxın silahdaşı Mark Antoni olmasaydı, hər şey belə də olacaqdı. Amma Mark Antoni bildirdi ki, Senat Sezarı tiran kimi tanımaqla onun bütün qərarlarını, o cümlədən xalq arasında çox məşhur olanları (Romada kirayə haqqının azaldılması, borcların silinməsi və s.) ləğv edəcək.

Sezarın təyin etdiyi bütün senatorlar (Senatın 900 üzvündən 500-ü) isə qərar qəbul olunacağı halda öz yerlərini qanunsuz tutduqları hesab olunacaqdı. Buna görə səsvermədən sonra Romanın ali qanunverici orqanı mərhum Sezarı tiran deyil, qanuni hökmdar kimi tanıdı. Əslində bununla, onun qatilləri dövlət cinayətkarlarına çevrilirdilər. Üstəlik, Roma plebeyləri (kasıb təbəqə) Sezara pərəstiş edirdi. Əhali onun qatillərini lənətləyir, Roma küçələrində onların üzərinə zibil, hətta daş atırdılar. Paytaxtda ölüm təhlükəsi ilə üz-üzə olduqlarını anlayan Sezarın qətlində iştirak edən senatorlar Romanı tərk etməyə tələsdilər. Senat onların qaçışına mane olmadı, çünki bununla onlar Romanın siyasi həyatından kənarda qalırdılar.

Özünü bir tiranın qatili hesab edən və Roma xalqının onun cəsarətini qiymətləndirməməsindən dəhşətli dərəcədə məyus olan Mark Yuniy Brut öz xahişi ilə Şimali Afrikadakı Kirenaika əyalətini idarə etməyə göndərilir. Digər yandan, sui-qəsdin əsas lideri Qay Kassi Lonqini Kritə göndərmək istəyirdilər. Lakin o, bu təyinatı sürgün hesab edərək bundan imtina edir. Lonqin əvvəllər qubernatoru olduğu Suriyaya gedir. Roma legionları orada yerləşdirilmişdi və legionlar ona sadiq idilər. Lonqin onların yanında özünü təhlükəsiz hiss edirdi. Senat Lonqinin Suriyada qalmasının Roma üçün təhlükəli olmadığını nəzərə alaraq onun pretorluğunu təsdiq edir.

Sezara qarşı sui-qəsdin ideoloji ilhamçısı, natiq Mark Tulliy Siseron idi. Brutla söhbətlərində o, Brutu inandırmışdı ki, romalılar Sezarın zülmündən əziyyət çəkirlər və xalq Roma Respublikasını xilas edəcək bir qəhrəman gözləyirlər. Siseron da Romadan ayrıldı, lakin çox uzağa getmədi və Kampaniyada yerləşən mülkünə köçdü. Hakimiyyətə gələn Mark Antoni onun yanına bir dəstə qatil göndərib onu edam edənə qədər Siseron öz mülkündə yaşadı. Siseronun kəsilmiş başı və hər iki əli Romaya aparılaraq forumun platformasında nümayiş etdirildi.

Qətldə iştirak edən digər senatorlar müxtəlif istiqamətlərə qaçdılar. Qatillərdən bəziləri İtaliyada qaldı. Onların taleyi acınacaqlı oldu. E.ə 43-cü ildə Mark Antoni, Oktavian Avqust və Mark Lepiddən ibarət ikinci triumvirat onları qanundan kənar şəxslər siyahısına daxil etdi. Keçmiş sui-qəsdçilərin əksəriyyəti yeni hakimiyyətin azadlıq vəd etdiyi öz qulları tərəfindən öldürüldüyü güman edilir. Brut və Kassiy Lonqin isə vuruşmağa çalışdılar və e.ə 42-ci ilin oktyabrında Filippi şəhəri yaxınlığında triumviratın qoşunları ilə vuruşdular. Onlar məğlub olduqdan sonra kollektiv şəkildə intihar etdilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1216   Tarix: 02 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma

ABŞ-nin Çikaqo Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu ölkədə ev pişiklərinin sayının əhalinin xoşbəxtlik səviyyəsi ilə əlaqəli olduğunu müəyyən edib. xəbər verir ki, bu barədə "PLOS One" jurnalında dərc olunan araşdırmada bildirilib. Alimlər 93 ölkənin ekoloji, sosial-iqtisad

4 oktyabr
.

Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə

11 oktyabr
.

Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR

Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara

11 oktyabr
.

Wi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər

Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni

11 oktyabr
.

Orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı

Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy

4 oktyabr
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

4 oktyabr
.

Limon alarkən ehtiyatlı olun

Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə

10 oktyabr
.

Gecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil

Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. -a istinadə

11 oktyabr
.

Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın

Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyən qədər yer boşaltmaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "CHIP.de"

4 oktyabr