""Bayatı-şiraz"-dan danışmaq sənin başın üçün deyil, hamısı məni yamsılayır" - Tacir Şahmalıoğlu əsəbləşdi

""Bayatı-şiraz"-dan danışmaq sənin başın üçün deyil, hamısı məni yamsılayır" - Tacir Şahmalıoğlu əsəbləşdi"Müğənnilik, xanəndəlik tam başqadır, şou-biznes əhli, şou-biznes müğənnisi isə tam başqa. Şou-biznesdə olan müğənnilərin, ifaçıların hər birinə ayrı-ayrılıqda hörmətim, sevgim var. Onlar da bilirlər ki, mən nə musiqiçisinin, nə də müğənnisinin xətrinə dəyən adam deyiləm. Sadəcə olaraq mən düz danışmağı xoşlayıram. Pis kişi də sayılsam düz danışacam. Kimsə məndən inciməsin, reallıq başqadır. Musiqi dəryadır. Hər kəs yanında bir, yarım vedrə su götürə bilər, amma musiqinin dərinliyinə getmək də hər adama xas olan bir əlamət deyil. Gərək adamda Allah vergisi olsun. Bizim musiqimizdə musiqi ədəbiyyatı, nəzəriyyəsi, səhnə mədəniyyəti var. Bunlar dərslik kimi keçirilir. Kiminsə ürəyi oxumaq istəyir, oxuyan olmaq istəyir. Halbuki onların bu sadaladıqlarımdan xəbəri yoxdur, amma oxuyan olmaq istəyirlər. Əllərinə mikrofon alıb, şou-biznesə keçid edirlər. Hökmən deyil ki, sənin 1, 2 oktava səsin olsun, yox. Amma Allah vergisi deyilən bir şey də var ki, o oxuyanda səsi başqasının ruhuna girə bilir. Çünki o qədər gözəl səsi var ki".

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni, sevilən sənətkar Tacir Şahmalıoğlu deyib.

O daha sonra əlavə edib:

"Bu gün hamı oxuyan olmaq istəyir. Sanki bir xəstəlikdir yaranıb. Bu cür müğənnilər, xanəndələr üstünlük təşkil edir. Bir muğamı əzbərləyib oxumaq olar. Amma bunun üçün gərək sənin savadın ola. Harmoniya deyilən bir şey var. Xanəndənin söz bölməyi var. Sözlərdə, cümlələrdə nöqtə var, vergül var, sual var.. Bunları bölmək lazımdır. Yaqub əmini misal çəkim. O savadsız adam olub. Amma Yaqub əminin səsi Allah vergisi olub. O savadsızlıqla əruz vəznini elə gözəl bölüb ki.. Adama ləzzət edib. Bunun özü bir hünərdir. Bir neçə yerdən qırıq müğənnilər yaranır. Musiqi nəzəriyyəsini, harmoniyanı, notu bilmirlər. Onlar sadəcə sıradan bir müğənni kimi fəaliyyət göstərə bilərlər.. Amma yaradıcı qüvvə ola bilməzlər.. Şou-biznesə atılan müğənnilərin bir tərəfləri qırıqdılar. Bir-iki nəfəri çıxmaq şərtilə elə də gözəl performans göstərən şəxslər yoxdur".

Tacir Şahmalıoğlu bildirib ki, "Bayatı şiraz" muğamını oxuyanlar bu gün onu yamsılayırlar. Sənətkar faktlarla danışıb.

"Bayatı şiraz"-ı bu gün oxuyurlar. Allah canlarına sağlıq versin. "Bayatı-şiraz"-ın möhürünü Tacir Şahmalıoğlu vurub. Bu gün də bu muğamı oxuyurlar, amma elə bir yenilik, performans göstərmirlər ki, deyim ki, bu da onların səpkisidir. Eynilə mənim oxuduğum, yaratdığım ideyanı, cümlələri əzbərləyib oxuyurlar. Qeyri-adi çalarları yoxdur. Bu muğamı muncuq kimi mən yaratmışam, möhürləmişəm. Həmin möhürü götürüb əzbərləyib oxuyurlar. Halal xoşları olsun, mən bir söz demirəm. Qoy oxusunlar. Amma qeyri-adi bir şey göstərə bilmirlər. Heç göstərə də bilməyəcəklər. Çünki yaradıcı müğənninin yaranması üçün onun hökmən Allah vergisi olmalıdır, sonra da mən dediyim o musiqi nəzəriyyəsinə, ədəbiyyatına yiyələnməlidirlər. Bunları bilməyən müğənni yaradıcı ola bilməz, bu qeyri-mümkündür. Famil Məcidli deyilən bir şəxs var. Heç mən onu tanımıram, bilmirəm nə sənətin sahibidir? Çıxıb "Bayatı şiraz" haqqında ağzına gələni danışıb. Guya bunun musiqidən anlayışı var. Özbək qızının oxuduğu "Bayatı şiraz" muğamını şərh edib. Orada da bir neçə kəlmə mənim ünvanıma lazımsız sözlər işlədib. Deyib ki, "Bayatı Şiraz"-ı oxumaq üçün niyə Tacir Şahmalıoğlundan icazə alınmalıdır? Sonra da deyib ki, "Bayatı şiraz"-ı oxumaq hər insanın başı üçün deyil! Mən onsuz da bu haqda canlı yayım edəcəyəm. Sizin vasitənizlə o adama demək istəyirəm ki, əslində sənin başın üçün deyil ki, "Bayatı şiraz"-dan danışırsan, mənim oxuduğuma sən qiymət verirsən! Elə ilk mənim başım üçün idi ki, 11 yaşımda oxuduğum "Bayatı şiraz" 50 ildir ki, ürəklərdə xalqımız tərəfindən qorunub saxlanılır. Dövlətimiz tərəfindən də "Qızıl Fond"-a salınıb. Dahi şəxsiyyətlər var ki, ona qulaq asıb, feyziyab olublar. Mən heç vaxt deyə bilmərəm ki, "Bayatı şiraz" muğamını yaratmışam! Xeyr, bu özəl muğamdır, bunu musiqimizin baniləri yaradıblar. Mən "Bayatı şiraz" muğamı üstündə improvizə edib cümlələr, ifa tərzi yaratmışam. Yeni səs çıxartmışam ortalığa. Bütün ürəklərdə, qəlblərdə bu musiqi yaşayır. Mən yaratdığım musiqini məndən icazə alıb oxumalıdırlar da! Burada nə var ki?! Dövlət tərəfindən bu muğamda improvizənin müəllifi kimi sertifikatını almışam! Özbək qızı da birbaşa Özbəkistandan həyat yoldaşı ilə birgə məndən icazə istəyiblər, mən də demişəm ki, oxuyursan oxu! Bunun icazəsiz məndən alındı, çünki məndən alınmalı idi. Buna da paxıllıq edirlər (gülür). Bizim xalqımızın bəzi nümayəndələri öz yaxşılarımıza dəyər vermir. Biz primitivə keçmişik. Artıq dərin sözlər, mənalı ifadələrə qiymət vermirlər. Mən bu muğamın möhürünü vurmuşam da. Məndən sonra oxuyanlar məni yamsılayanlardır. Necə lazımdırsa mən oxumuşam. Mənim ideyamı da əzbərləyib oxuyurlar, o da məndən o yana keçmir. Bu musiqi də, bu çalarlar da bizimdir. Özbək qızına, başqalarına dəyər verənə qədər elə mənə dəyər verin də! Əgər belə dəyər verməyi bacarırsızsa məndən niyə əsirgəyirsiz?!! Bəlkə də məndən sonra nə vaxtsa improvizə edənlər olacaq, amma hələ ki, yoxdur!", - deyə illərin sənətkarı deyib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1517   Tarix: 15 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bayhan dinini dəyişməsi iddiasına cavab verdi: "Hz.İsanı hələ də sevirəm"

Türkiyəli tanınmış ifaçı Bayhanın dinini dəyişdirdiyi ilə bağlı iddialar gündəmə gəlib. -ın "Hürriyet"ə istinadən xəbərinə görə, müğənni bununla bağlı açıqlama verib. Almaniyadakı uşaqlıq illərindən danışan müğənni onu rahibələrin böyütdüyünü bildirib. "Bilirsiniz, mənim uşaqlığım Almaniyad

17 oktyabr
.

Atilla Taşdan ürəkdağlayan fəryad - (Video)

Türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş son mənzilə yola salınıb. xəbər verir ki, Mersinin Erdemli rayonunda istirahət kompleksinin 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirən Sezen Taş Mezitli qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları göz yaşlarına hakim ol

10 oktyabr
.

Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü

Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb

10 oktyabr
.

Şəhriyardan Oksana ilə bağlı suala reaksiya

Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb. O, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:. "Oğluma çalışıram yaxşı ata olum. Yanında olmağa çalışıram. Anas

24 oktyabr
.

Cim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?

Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır. xəbər verir ki, "People" jurnalı məlumat yayıb. Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib. Qey

4 oktyabr
.

ABŞ-də kuryerlik edən Fərid Məmmədovdan CANLI İFA

Uzun illərdir ABŞ-də yaşayaraq kuryerlik edən müğənni Fərid Məmmədov yeni görüntüləri ilə diqqət çəkib. xəbər verir ki, o məşhur müğənni Meray Kerinin "My all" mahnısını ifa edib. Sənətçi sözügedən ifanı canlı səsləndirərək sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Fərid Məmmədov 2013-cü ild

23 oktyabr
.

Ayan Babakişiyeva: "Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm"

Müğənni Ayan Babakişiyeva "Sevilən səhər" verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki,sənətçi sevgi anlayışına fərqli yanaşdığını bildirib. O, bəzən sevdiyin insanın yaxşılığı üçün ondan uzaqlaşmağın vacib olduğunu deyib:. "Bəzən sevmək hər zama

10 oktyabr
.

"Qızımı belə böyütməməli idim"

Əməkdar artist Sənubər İsgəndərli qızı ilə münasibətindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "2+1" adlı yutub layihəsində danışıb. O, yeganə övladını həddindən artıq qoruduğunu və bunun düzgün olmadığını düşündüyünü bildirib:. "İndi başa düşürəm ki, onu çox qorumuşam

24 oktyabr
.

"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO

Müğənni Xatun Əliyeva canlı yayım zamanı həmkarı Namiq Qaraçuxurlu ilə münasibətləri barədə danışıb. xəbər verir ki, sənətçi meyxana ustadı ilə uzun müddətdir əlaqə saxlamadığını və danışmadığını bildirib. Xatun buna səbəb kimi Aygün Kazımova ilə bağlı məsələni göstərib. "Aygün Kazımovaya görə danışmıram

3 oktyabr