Rusiya-Ukrayna, Fələstin-İsrail müharibələri Azərbaycanın atəşkəs çağırışına cavab verəcəkmi ? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycan COP29 üçün dünyaya atəşkəs çağırışı edəcək.
Bəs görəsən dünyada müharibə vəziyyətində olan ölkələr – Rusiya-Ukrayna və Fələstin-İsrail bu çağırışa cavab verəcəklərmi ?
Mövzu ilə bağlı Sonxeber.az -a açıqlama verən hərbi ekspert Səxavət Məmməd bildirib ki, müharibə vəziyyətində olan ölkələrin Azərbaycanın atəşkəs çağırışına cavab verməsi gözlənilən hal deyil:
"Azərbaycanın bu addımı atması təqdirəlaiqdir. Çünki Azərbaycan özü də müharibədən çıxıb və sülh müqaviləsi istəyir. Azərbaycan bunu həm ev sahibi kimi, həm də özünün də bu məsələ ilə bağlı problemi olan bir ölkə kimi edəcək. Amma istər Rusiya-Ukrayna müharibəsi, istər Fələstin-İsrail müharibəsi düşünmürəm ki, Azərbaycanın çağırışı ilə dayansın. Təbii ki, Azərbaycan tərəfi öz çağırışlarını edəcək, amma onların bu çağırışa cavab vermələri gözlənilən deyil.
Fələstin-İsrail müharibəsi ilə bağlı çox sayda ölkələr atəşkəs çağırışları edib, amma bu çağırışların heç birinə cavab verilməyib. BMT -nin qoyduğu heç bir tələb yerinə yetirilməyib, etdiyi çağırışlara məhəl qoyulmayıb.
Rusiya-Ukrayna məsələsinə gəldikdə isə, bir müddət öncə atəşkəsin əldə olunması ilə bağlı danışıqlar gedirdi, amma Ukrayna tərəfinin Rusiya ərazisinə daxil olması ilə Rusiya bəyənnat verdi ki, Ukrayna ilə heç vaxt danışıq olmayacaq.
Yəni görünən odur ki, Azərbaycan öz üzərinə düşən öhdəliyi yerinə yetirəcək. Amma buna müsbət cavabların veriləcəyini gözləmək doğru deyil".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1787 Tarix: 21 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrOnlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabr