Rafiq Quliyev yenidən qanunsuz tikintiyə icazə verdi….-VİDEO
Bakının Xətai rayonu, Sadıqcan küçəsindən keçən su kəmərinin üzərində obyekt tikildiyi bildirilir.
Məlumata görə təhlükəli vəziyyət yaradan tikili eyni zamanda piyada səkisini də zəbt edib.
Məsələni araşdırmaq üçün saytımız tərəfindən Xətai Rayon İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatına sorğu ünvanlanıb.
Xatırlatma: Xətai Bakıda qeyri-qanuni tikililərə görə ən çox adı hallanan rayondur. RİH əməkdaşları isə mətbuata açıqlamalarında tikililərin mülkiyyət sənədlərinin olduğunu bildirirlər. Qeyd olunur ki, COP29 ərəfəsində obyektlərdə təmir-bərpa işləri həyata keçirilir. Vətəndaşlar isə qeyd edirlər ki, sahibkarlar yaranmış vəziyyətdən sui-istifadə edirlər, səkiləri, dayanacaqları zəbt edirlər, rayon rəhbərliyi isə tədbir görmür. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də RİH-in "qanunidir" dediyi bəzi obyektlərlə bağlı "qanunsuzdur" cavabını verir.
Qeyd: 2024-cü ilin iyul ayında Bakı Şəhər İcra Hakimiyyətində paytaxt Rayon İcra Hakimiyyətlərinin və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə keçirilən geniş müşavirədə Xətai RİH başçısı Rafiq Quliyevə ciddi xəbərdarlıq edilmişdi. Buna səbəb qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud hasarların vəziyyətinin qeyri-qənaətbəxş olması idi. Avqustun 21-də növbəti dəfə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxt Rayonları İcra Hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə bundan əvvəl Xətai RİH ilə birgə xəbərdarlıq alan Binəqədi və Yasamal rayonlarında pozitiv dəyişikliklərin müşahidə edildiyi bildirilsə də, Xətainin adı çəkilməyib. R.Quliyev 1997-ci ildən RİH-də çalışır. Həmin illərdə o, ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri vəzifələrində çalışıb. 21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək başçının müavini, 2013-cü il dekabrından 12 noyabr 2019-cu il tarixədək başçının 1-ci müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli müvafiq Sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinin başçısı təyin olunub./pravda.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1220 Tarix: 04 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Hacı Mazan"ın polkovnik oğlu işdən çıxarıldı
"Hacı Mazan" kimi tanınan məşhur və qalmaqallı iş adamı Ramazan Zeynalovun oğlu, polkovnik Bayram Ramazanov vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, Bayram Ramazanov 2021-ci ildən etibarən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ağsu rayonunda yerləşən 3 saylı rayonlararası qeydiyyat-imtaha
23 dekabrBakıdan bu rayona gəmi ilə gedə biləcəyik - 2026-da...
2026-cı ildə Xəzəryanı şəhərləri birləşdirəcək dəniz kruizlərinin təşkili planlaşdırılır. Belə ki, bu marşrut üzrə səfərlər edəcək Rusiyaya məxsus "Nikolay Jarkov" adlı teploxodun növbəti ildən naviqasiyaya başlaması nəzərdə tutulur. Turizm ekspertləri hesab edirlər ki, bu layihə Azərbaycand
22 dekabrAzərbaycanda sabiq vəzifəli şəxs həbsdə öldü
Tovuz Peşə Liseyinin korrupsiyada təqsirli bilinən sabiq direktoru Tanrıverdi Tanrıverdiyev həbsdə dünyasını dəyişib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə bu səbəbdən yeni qərar qəbul edib. Qərara əsasən, onunla bağlı son müraciətə xitam verilib. Ərizədə ölüm səbəbi uzunmüddətl
23 dekabrSabah hava yağmursuz olacaq
Azərbaycanda dekabrın 23-də havanın yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şər
22 dekabrŞəhid qızı olan məhkəmə hakimi qəzada həlak oldu
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. -a istinadən xəbər verir ki, hadisə Novxanı-Pirşağı avtomobil yolunda baş verib. İlkin məlumata əsasən, A. Rzayevanın olduğu "Nissan" markalı avtomobil digər nəqliyyat vasitəsi il
22 dekabrDəhşətli qəzanın şahidi olan bələdçilər də təqdimata qatıldı - Fotolar
Xəbər verdiyimiz kimi, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ötən il dekabrın 25-də Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası buraxılıb. "Qafqazinfo"nun məlumatına görə, təqdimat mərasimində qəzada sağ qalan bələdçilər - Aydan Rəhimli və Zülfüqar Əsədo
23 dekabrDəniz Əsədova azadlığa buraxıldı
Müğənni Dəniz Əsədova Amnistiya aktı ilə azadlığa buraxılıb. O, bu gün 4 saylı cəzaçəkmə müəssisədindən azadlığa buraxılıb. Qeyd edək ki, Dəniz Əsədova bundan əvvəl dələduzluqda və bir neçə nəfərə qarşı təhqir və böhtan səbəbindən xüsusi ittiham qaydasına məhkum edilib. O, vəkil Asim Abbasovu təhqi
22 dekabr"Yola çıxanda gördüm ki, canavar qadını tutub..." - Video
"Bir də gördük ki, qadınların qışqırıq səsi gəldi. Tez durub səs gələn yerə qaçdıq. Gördüm ki, atam canavarı boğur". "Qafqazinfo" xəbər verir ki, bunu dekabrın 20-si Şəkinin Bideyiz kəndində canavar hücumuna məruz qalan 5 nəfərdən biri - Fariz Lətifov "Baku TV"yə açıqlamasınd
22 dekabr