Onun bu cəsarəti sayəsində 1951-ci ildən Ermənistandan soydaşlarımızın köçürülməsi tam dayandı...

Onun bu cəsarəti sayəsində 1951-ci ildən Ermənistandan soydaşlarımızın köçürülməsi tam dayandı..."Öz-özümə fikirləşdim ki, ay Allah bunlar bizi nə yerinə qoyublar?!."

"Mənim məsələm çox kəskinliklə müzakirə olundu. Büronun qərarında deyildi ki,... onun 1946 və 1949-cu illərdə rayonu düşmüş olduğu ağır vəziyyətdən çıxarmasını nəzərə alaraq partiya sıralarında və tutduğu vəzifədə saxlamaqla ona şiddətli töhmət verilsin və son xəbərdarlıq edilsin. Musayevə tapşırılsın ki, o köçürmə işində yol verdiyi yaramaz hallara son qoysun. Əks halda onun haqqında daha ciddi tədbirlər görüləcəkdir..."

Sovet dövründə Ermənistanda müxtəlif vəzifələrdə çalışmış, görkəmli ictimai-siyasi xadim Talıb Musayevin(sabiq deputat və ictimai-siyasi xadim Maksim Musayevin atası) 2008-ci ildə nəşr edilmiş "Ermənilər və faciələrimiz" kitabının sizlərə təqdim edəcəyimiz "Azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistandan deportasiya edilməsi nə vaxt, kimlərin köməyi ilə hazırlandı, həyata keçirildi və necə oldu ki, o, yarı yolda qaldı" başlıqlı bölməsində Rusiya imperiyasının xalqımıza qarşı apardığı bu amansız prosesin ilginc detalları açıqlanır. Müəllif Ermənistanda özünün iştirakçısı və şahidi olduğu bir sıra olayları nəql edir.

Beləliklə, aktuallığını nəzərə alaraq sözügedən materialı dəyərli Moderator.az oxucularının müzakirəsinə buraxırıq:

"1951-ci il daha məhsuldar oldu. Rayonda iqtisadiyyatın möhkəmləndirilməsi, köçənlərin geri qayıdıb yerləşdirilməsi Ermənistan rəhbərliyini bərk təşvişə saldı ki, Basarkeçər əhalisi köçməyəcək və nəticədə respublikada azərbaycanlıların köçürülməsi işi dayandırılacaq. Basarkeçərdə işlərin sabitləşməsi respublika rəhbərliyini narahat etməklə bərabər, Basarkeçərdəki soydaşlarımızın köçürülməsi planlaşdırılmış, 1951-ci il oktyabrın ortalarında Nazirlər Soveti sədrinin müavini Çarçuğulyan, köç komissiyasının sədri Muqafyan, avtomobil yolları naziri Aruşanyan və 6 nəfər digər əməkdaşlardan ibarət komissiya 150 yük maşını ilə rayona gəlib bölgənin gözü olan Şişqaya, Qaraiman, Nərimanlı və Qaraqoyun kəndlərindəki azərbaycanlıların köçürülməsini təklif etdilər. Mən soruşdum ki, haraya köçürürük. Çarçuğulyan dedi: "Stalinin yazdığı kimi, Kür-Araz zonasına. Köçənlər Kür-Araz zonasına yaxın hansı stansiyada tökülməyi xahiş etsələr, kömək mənasında o stansiyada da tökərik"...

Mən öz-özümə fikirləşdim ki, ay Allah bunlar bizi nə yerinə qoyublar?! Dedim: "Yoldaş Çarçuğulyan və Aruşanyan axı biz hər üçümüz MK-nın üzvüyük. Stalin öz məktubunda "könüllülük əsasında" yazıb. Biz camaatdan soruşaq, kim getmək istəyir- onları da köçürərik".

Çarçuğulyan belə cavab verdi: "Musayev, bu "könüllü" sözü heç bir mətbuatda yoxdur, heç kəs də bu barədə danışa bilmir. Bilənlər də bizik, bizim də deməyə ixtiyarımız yoxdur. Maşınlar hazırdır. 600 ailəni köçürməliyik"...

Mən camaatı köçürmək üçün gəlmiş komissiya üzvləri ilə apardığım mübahisəli söhbətdən sonra onlar İrəvana gedib səhər qayıdacaqlarını dedilər. Mən isə fürsətdən istifadə edib raykomun şöbə müdirləri Yunis Rzayevi, Tapdıq Əmiraslanovu, Qara Məmmədovu, Mirzə Şabanovu çağırıb təlimatlandırdım. Kəndləri onların arasında bölüb tapşırdım ki, hər kənddə mərd ağsaqqalları bir yerə toplayıb danışın, deyin ki, sabah İrəvandan kəndi köçürməyə gələn komissiya ilə Musayev buraya gələcəklər. Musayev çox sərt danışacaq ki, gərək köçəsiniz. Onda siz deyin ki, yoldaş İrəvandan gələnlər, bu Musayev öz vəzifəsindən ötrü bizdən nə istəyir. Biz niyə köçməliyik, axı Stalin yoldaş "könüllü" yazıb. Biz də köçmürük, siz Musayevə deyin, bizdən əl çəksin. Biz könüllü köçmürük. Əgər o, milis göstərsə, zor göstərsə, biz də zor göstərəcəyik...

Qeyd etdiyim yoldaşlar elə gecə ikən kəndə getdilər. Orada münasib ağsaqqallar, ziyalılar, mexanizatorlar, malabaxanlarla mən dediyim məzmunda geniş söhbət aparıb adamları hazırlaşdırdılar. İrəvandan gələnlər səhər tezdən gəlib çıxdılar, kəndlərə yola düşdük. Kəndlərdə adamlarla əvvəl mülayim, sonra isə sərt, hədə-qorxu ilə danışdıq. Avtomobil yolları naziri Simovan Aruşanyan Laçın rayonunun Minkənd kəndindən idi. Azərbaycan dilini çox yaxşı bilirdi. O da mənim kimi hədə-qorxu ilə danışırdı. Bizim belə hədə-qorxulu çıxışlarımıza baxmayaraq, azərbaycanlılar bizimlə razılaşmayıb cavab verdilər ki, "Stalin yoldaş könüllü köçməyi nəzərdə tutub, biz də könüllü köçmərik, zorla da köçmərik. Dəvədən böyük fil var. Yoldaş Musayev, ay raykom, ay komissiya, yoldaş Stalin deyəndən sonra siz nəçisiniz ki, zor göstərəsəniz? Biz də zor göstərərik. Çoxdan çox, azdan az qırılsın. Xahiş edirik, köç söhbətini bağlayın. Sizi acıladıq, bağışılayın, indi də bizə qonaq olun, bir kabab yeyin..."

Kimdə kabab yemək halı qalmışdı ki? Kor-peşman bu qaydada 4 kənddə olduq. Dördündə də günümüz belə keçdi. Gələnlər də başa düşdülər ki, bu kəndlər təşkil olunub. Ertəsi gün dedilər ki, başqa kəndlərə gedək. Əlbəttə, kəndlər də bir-birində baş verənləri izləyirdi. Sabah da 3 kəndi gəzdik, onlar da eyni münasibət göstərdilər. Bir sözlə, məsələ çox gərginləşdi. 150 yük maşını rayon mərkəzində boş dayandıqdan sonra dördüncü gün geri qayıtdı. Komissiya isə mənə qarşı düşmən əhval ruhiyyə ilə geri döndü. Qayıdarkən komissiyanın sədri Mudafyan dedi: "Musayev, bizi rayondan peşman qaytardın, biz də səni bürodan peşman qaytararıq..."

İki gündən sonra 6 nəfərdən ibarət komissiya gəldi. Komissiya üzvləri 4 gün rayonda oturub mənim azərbaycanlıların köçürülməsi işində yol verdiyim antipartiya hərəkətlərimi, səhv və nöqsanlarımı yoxlayıb, MK-nın və Kirovakan dairə komitəsini bürosuna çıxardılar. Mənim məsələm çox kəskinliklə müzakirə olundu. Büronun qərarında deyildi ki, Musayev 27 noyabr 1947-ci il tarixdə azərbaycanlıların Azərbaycana köçürülməsi məsələsi müzakirə edilərkən bu məsələyə qarşı antipartiya çıxışları etməsinə görə ona edilən xəbərdarlıqlardan nəticə çıxarmayaraq özünün rayonda işləmədiyi 1949-cu ildə köçürülmüş adamları da 1950-ci ildə geri qaytarıb. Qayıdanlardan H. Həsənovu, Ş. İbrahimovu kənd sovet sədri təyin edib. Qanlı, Kərkibaş kəndlərindən köçənləri geri qaytarıb, onların kolxozunu bərpa edib. Birinci növbədə Azərbaycana köçürülməsi nəzərdə tutulan Babacan kənd camaatının köçməsinə yol verməyib, o kənddəki azərbaycanlılar rayonun ən məhsuldar kolxozlarından olan, xaricdən gətirilən ermənilərin yerləşdirilməsi nəzərdə tutulan Qaraiman kəndində yerləşdirmiş, 1946-1947-ci illərdə xaricdən gələn ermənilərdən rayona göndərilmiş 40 ailəni azərbaycanlılarla yanaşı yaşamaq üçün Qaraiman, Nərimanlı, Şişqaya kəndlərində yerləşdirmək əvəzinə, ermənilərin yaşadığı ən az məhsuldar olan Qırxbulaq, Basarkeçər, Gödəkqulaq kəndlərində yerləşdirmişdir. 600 ailəni köçürmək üçün rayona göndərilmiş 150 yük maşınını 3 gün rayonda boş saxlayaraq dövlətə böyük məbləğdə ziyan vurmuşdur. Musayev yol verdiyi bu kimi kobud səhv və nöqsanlara görə partiya və işdən kənar edilməyə layiqdir. Ancaq onun 1946 və 1949-cu illərdə rayonu düşmüş olduğu ağır vəziyyətdən çıxarmasını nəzərə alaraq partiya sıralarında və tutduğu vəzifədə saxlamaqla ona şiddətli töhmət verilsin və son xəbərdarlıq edilsin. Musayevə tapşırılsın ki, o köçürmə işində yol verdiyi yaramaz hallara son qoysun. Əks halda onun haqqında daha ciddi tədbirlər görüləcəkdir".

Maşınların üç gün boş saxlanıb mötəbər komissiya ilə birlikdə boş geri qaytarılması xəbəri az vaxtda bütün respublikaya yayılmışdı. Deyirdilər, Musayev sübut edib ki, köçürmə könüllüdür. Ona görə də onu partiyada və işdə saxlayıblar. Elə 1951-ci ildən sonra könüllü köçən olmadı. Zorla köçürmək istəyənlərə qarşı da müqavimət göstərildi. Beləliklə, Ermənistandan azərbaycanlıların köçürülməsi 1951-ci ildən tam dayandı...


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1509   Tarix: 25 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr