Təcili: Mərkəzi Bankdan açıqlama: "Manatın məzənnəsi..."

Təcili: Mərkəzi Bankdan açıqlama: "Manatın məzənnəsi...""Tam üzən məzənnə" rejiminin əsas atributu odur ki, məzənnə tam olaraq bazar iştirakçıları tərəfindən müəyyən olunur. Cari ilin yanvarın 12-dən artıq valyuta hərracı yeni formatda keçirildi.

Yəni, hərracın mexanizmi dəyişdi və yeni format ondan ibarətdir ki, burada qiymətləri banklar müəyyən edir. Proses rəqabət üzrə, yəni, dolların alınması üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunur. Bu əsasda formalaşan ortaçəkili məzənnə də avtomatik olaraq rəsmi məzənnə kimi cəmiyyətə təqdim olunur".

Sonxeber.az bildirir ki, bu sözləri APA-ya açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Aftandil Babayev bildirib.

A.Babayev qeyd edib ki, bununla da məzənnə tam liberal əsasda formalaşır:

"Hərracların keçirilməsi bazarın tarazlaşmasına xidmət edir. Manatın ortaçəkili məzənnəsi həm hərracdakı, həm də elə həmin gün hərracdan kənar banklararası açıq bazarda aparılan əməliyyatların nəticəsi olaraq müəyyən olunur. Həmin məzənnə də rəsmi məzənnə kimi elan olunur.

Yəni, əgər hərrac nəticəsində manatın ortaçəkili məzənnəsi 1,8285 səviyyəsində müəyyən olunubsa, günün ikinci yarısında isə rəsmi məzənnə 1,8311 səviyyəsində elan edilirsə, bu o demək deyil ki, məzənnə inzibati yolla təyin edilir. Manatın ortaçəkili məzənnəsinə yalnız hərracdakı qiymət deyil, o cümlədən hərracdankənar əməliyyatların nəticələri təsir edir.

Bu gün formalaşan məzənnəyə hər hansı korreksiya olunmur. "Tam üzən məzənnə"yə keçid böyük sıçrayış olmadan başladı.Tam liberal məzənnə rejiminə keçən Rusiya və Qazaxıstanda dəyişim müvafiq olaraq 3% və 27%-dən yuxarı həddə baş verdi.

Azərbaycanda isə 3,4% dəyişim olub. Yeni şəraitə adaptasiya gözlədiyimizdən daha sakit və rəvan gedir. Bütövlükdə, bazara və məzənnənin dinamikasına nikbin baxıram", - deyə o əlavə edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 5460   Tarix: 19 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA

"Naxçıvan Bank" ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır. Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,

20 aprel
.

İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir

Ağstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb. Qaynarinfo xəbər verir ki, təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib. Təchizatçının kimliyinə gəlincə, bu, "Aut

19 mart
.

Şokoladın qiyməti dəyişəcək? - VİDEO

Şokolad qiymətlərində kəskin artım gözlənilir. Çünki şokoladın əsas inqrediyenti olan kakaonun dünya bazarlarında dəyəri tarixdə ilk dəfə olaraq bir ton üçün 10 min dollar həddini keçərək rekorda imza atıb. İqtisadçı Eldəniz Əmirov bildirib ki, kakaonun qiymətinin dünya bazarlarında artması təbii şokoladları

29 mart
.

Kirayə evə görə vergini kim ödəməlidir?

Son zamanlar çoxmənzilli binalarda yaşayanlardan mənzilin özlərinə aid olub-olmaması tez-tez soruşulur. Mənzildə kirayə qalanlar isə daha bir suala cavab verməli olurlar: Mənzilin sahibi ilə müqavilə varmı? . Müqavilə isə vergi öhdəliyini ortaya çıxarır. Bəs bu vergini kim ödəməlidir? Ev sahibi, yoxs

18 aprel
.

Bu işçilərə kompensasiya veriləcək

Gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması üçün xərclər və birdəfəlik kompensasiya ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilə

17 aprel
.

Bu məhsullar bahalaşıb

2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi 2023-cü ilin mart ayına nisbətən 100,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,9 faiz, qeyri-qida məhsulları üzrə 101,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,2 faiz təşkil edib. Bu barədə -a Dövlət Statistik

9 aprel
.

İnvestorların DİQQƏTİNƏ: Türkiyədən gələn məhsullar ucuzlaşa bilər? - AÇIQLAMA

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir. Türkiyədən gələn məhsullar ucuzlaşa bilər? . Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, Türkiyədən gələn heç bir məhsul ucuzlaşmayacaq:. "Azərbaycanla Türkiyə arasınd

23 aprel
.

Vətəndaş pulunu niyə banka qoymur?-AÇIQLAMA

Bəzi vətəndaşlar pulu bankda yox, "yastıq altında" saxlayırlar. Vətəndaş niyə görə banka pul qoymaqdan çəkinir?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. İqtisadçı inflyasiyanın sürətli olması vətəndaşın bankda vəsait saxlamaqdansa, əmlak bazarına üz tutmasına gətirib çıxardığın

16 aprel
.

Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - İDDİA + RƏSMİ CAVAB

Vətəndaşlar ölkədə fəaliyyət göstərən "İST Petrol" yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətsiz olduğunu və benzinə su qatıldığını iddia edirlər. Ölkə.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. . Belə ki, videogörüntülərdə "İST Petrol" yanacaqdoldurm

11 aprel