"Bir-birimizə uyğun olmamışıq" - Çinarədən Əlibəyə
Müğənni Çinarə Məlikzadə keçmiş həyat yoldaşı, aktyor Əlibəy Məmmədli ilə münasibətlərindən söz açıb.
Sonxeber.az olay-a istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Rəngarəng" verilişində danışıb.
Çinarə bildirib ki, qarşı tərəfə olan hissləri bitib:
"Düşünürəm ki, yəqin ki onu o dönəmlər sevmişəm. Mən həyatımda bir dəfə sevmişəm və ailə qurmuşam. Ondan sonra sevməmişəm. Artıq hisslər də o məsələ də bitib. Təbii ki, bitib. Bağ zamanla qopur. Amma bitir… Mən realist insanam. Ayrılıq varsa, sevgi də bitir. Bu hisslər qala bilməz".
Ç.Məlikzadə Ə.Məmmədli ilə düşmən mövqeyində olmadığını söyləyib:
"Biz düşmən kimi ayrılmamışıq. Biz insan kimi evlənmişik, insan kimi də ayrılmışıq. Aramızda hörmət var. Düşmən münasibətimiz yoxdur. Boşanmağımızın səbəbi ikimizin də bəzi məsələlərdə səhvlərimizin olmağıdır. Demək ki, ikimizində günahı olub ki, ayrılmışıq. Alınmayıb. Bir-birimizə uyğun olmamışıq".
Qeyd edək ki, Ə.Məmmədli son müsahibəsində bildirib ki, iki il əvvəl ailə qurub və onun bu evlilikdən bir oğlan övladı dünyaya gəlib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
25 milyonluq malikanəsi əlindən alına bilər
Hollivud ulduzu Ceyson Steytem İngiltərənin cənubunda yerləşən malikanəsindəki qonaq evini itirmək təhlükəsi ilə üzləşib. Axşam.az xəbər verir ki, aktyor və sevgilisi Rouzi Hantinqton-Uaytli Nyü-Forest Milli Parkının rəhbərliyi tərəfindən tikinti qaydalarını pozmaqda ittiham olunublar. Bu barədə "Th
17 oktyabrAfətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - VİDEO
Sosial media platformalarında yeni ailə quran jurnalist-aparıcı Afət Rahilqızı ilə meyxanaçının yaş fərqi müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşım zamanı videolara "Gəlinin 56, bəyin 30 yaşı var" başlığının yazılması cütlüyün narazılığı ilə qarşılanıb. Cütlük onların yaşlarının xüsus
4 oktyabrMərhum atasını bu sözlərlə yad etdi
Müğənni Elmira Ələkbərzadə (Emma) mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi atasını doğum günündə yad edib. O, bu gün Çingiz Ələkbərzadənin 90 yaşının tamam olduğunu bildirib. "17 oktyabr. Bu gün atamın 90 yaşı tamam olur… Cənnətdəki ad günü
17 oktyabrAna olduqdan 9 ay sonra öldü
Müğənni Castin Biberin keçmiş sevgilisi, model Sahara Ray narkotik maddənin həddindən artıq dozada qəbul edilməsindən ölüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 34 yaşlı Sahara Ray oktyabrın 16-sı böyük dozada narkotik maddə qəbu
20 oktyabrAtilla Taşdan ürəkdağlayan fəryad - (Video)
Türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş son mənzilə yola salınıb. xəbər verir ki, Mersinin Erdemli rayonunda istirahət kompleksinin 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirən Sezen Taş Mezitli qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları göz yaşlarına hakim ol
10 oktyabr