"Atamın maşınını satıb borc ödədim"
"Pandemiyada çox geri düşdüm, çox şeyimi itirdim, demək olar ki, müflis oldum. Ötən aya qədər çox əziyyət çəkdim" .
"Qafqazinfo" xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruzova sosial şəbəkədə yazıb.
O, biznesindəki uğursuzluqlardan və borclarından danışıb:
"Pis günümdə özümü yaxşı göstərə bilməzdim. Çünki atam kimi təbii, səmimi, real bir insanam. Çox əziyyət çəkdim, hamı deyirdi Allahın sınağıdır. Gücüm, taqətim qalmamışdı. Tək qalmışdım, bütün ailənin yükü üzərimdə idi. Ağlınıza gəlməyəcək qədər borclandım. Sentyabrda bir möcüzə baş verdi. Mənə İrandan təklif gəldi və adıma aid olan salon brendimi satın almaq istədilər. Salonumun şəbəkələrini açmaq istədilər. Məbləği yazmayacağam, amma razılaşdım.
6 ay boyunca hər ay bu məbləğ mənə gələcək. Bununla bütün borclarımı bağlayacağam. Əvvəlki həyatıma daha güclü formada qayıdacağam. Hər ay bütün xəyallarımı gerçəkləşdirəcəyəm. İnanıram ki, atam məni görür. Atamın maşınını belə satıb borca vermişdim, təkcə maşının nömrəsi qalmışdı, onu ölsəm də satmaram. Həmin avtomobili atama mən hədiyyə etmişdim.
Çalışın düşməyin. Mənim kimi saf olub pullarınızı dağıtmayın. Əlinizdəki pulları qoruyun ki, mənim başıma gələnlər sizin başınıza gəlməsin. Çünki pulun varsa, şöhrətin var. Hamı başına dolanır, düşəndə isə batırsan. Əlvida pis günlər, xoş gəldin yaxşı həyat. Müqavilə işləri bitəndən sonra bu maşınla bütün ailə üzvlərimiz atamı ziyarətə gedəcəyik".
Qeyd edək ki, Ramiz Novruz 2022-ci ildə uzun sürən xərçəng xəstəliyindən vəfat edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
25 milyonluq malikanəsi əlindən alına bilər
Hollivud ulduzu Ceyson Steytem İngiltərənin cənubunda yerləşən malikanəsindəki qonaq evini itirmək təhlükəsi ilə üzləşib. Axşam.az xəbər verir ki, aktyor və sevgilisi Rouzi Hantinqton-Uaytli Nyü-Forest Milli Parkının rəhbərliyi tərəfindən tikinti qaydalarını pozmaqda ittiham olunublar. Bu barədə "Th
17 oktyabrAfətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - VİDEO
Sosial media platformalarında yeni ailə quran jurnalist-aparıcı Afət Rahilqızı ilə meyxanaçının yaş fərqi müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşım zamanı videolara "Gəlinin 56, bəyin 30 yaşı var" başlığının yazılması cütlüyün narazılığı ilə qarşılanıb. Cütlük onların yaşlarının xüsus
4 oktyabrMərhum atasını bu sözlərlə yad etdi
Müğənni Elmira Ələkbərzadə (Emma) mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi atasını doğum günündə yad edib. O, bu gün Çingiz Ələkbərzadənin 90 yaşının tamam olduğunu bildirib. "17 oktyabr. Bu gün atamın 90 yaşı tamam olur… Cənnətdəki ad günü
17 oktyabrAna olduqdan 9 ay sonra öldü
Müğənni Castin Biberin keçmiş sevgilisi, model Sahara Ray narkotik maddənin həddindən artıq dozada qəbul edilməsindən ölüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 34 yaşlı Sahara Ray oktyabrın 16-sı böyük dozada narkotik maddə qəbu
20 oktyabrAtilla Taşdan ürəkdağlayan fəryad - (Video)
Türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş son mənzilə yola salınıb. xəbər verir ki, Mersinin Erdemli rayonunda istirahət kompleksinin 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirən Sezen Taş Mezitli qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları göz yaşlarına hakim ol
10 oktyabr