"COP29-un Bakıda keçirilməsi dünya ölkələrinin Azərbaycana böyük etimadının göstəricisidir" - Pərvanə Vəliyeva

"COP29-un Bakıda keçirilməsi dünya ölkələrinin Azərbaycana böyük etimadının göstəricisidir" - Pərvanə Vəliyeva"Bu il noyabrın 11-dən 22-dək ən mötəbər tədbirlərdən biri - Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda keçiriləcək. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib. COP29-un Bakıda keçirilməsi dünya ölkələrinin Azərbaycana böyük etimadının göstəricisidir".

Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.

Deputat qeyd edib ki, dünya ictimaiyyətinin Azərbaycanda keçiriləcək COP29-dan əsas gözləntisi iqlim dəyişikliyi ilə mübarizə üçün yeni maliyyə hədəfinin müəyyən olunmasıdır:

"Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün qərarlar, qətnamələr qəbul edirlər. COP-un ilk toplantısı 1995-ci ildə Berlində keçirilib. Ondan əvvəl milli hökumətlər 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasını qəbul edərək gələcəkdə onun daha fəal tədbirlərin həyata keçirilməsi üçün əsas olacağını təsdiq ediblər. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası - atmosferdə istixana qazlarının konsentrasiyalarını sabitləşdirməklə "insanların iqlim sisteminə təhlükəli müdaxiləsi" ilə mübarizə aparmaq üçün ölkələr arasında beynəlxalq müqavilədir. Bu müqavilə Rio-de-Janeyroda keçirilən BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransında (UNCED) 154 dövlət tərəfindən imzalanıb. Müqavilə 21 mart 1994-cü ildə qüvvəyə minib. Azərbaycan da bu konvensiyaya qoşulub. Müddət keçdikcə iqlim dəyişmələrinin fəsadlarının qarşısının almasına daha ciddi addımlar atılmasına ehtiyac duyulduğu qənaətinə gəlindi və 2015-ci ildə Fransanın paytaxtı Paris şəhərində dünya dövlətləri bu məqsədlə yenidən toplaşdı. İqlim dəyişmələri ilə mübarizə istiqamətində öz səylərini gücləndirmək üçün Paris sazişi imzaladılar. Paris sazişi 196 ölkə tərəfindən müzakirə edilib. 2023-cü ilin fevralına olan məlumata görə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UN FCCC) 195 üzvü sazişin tərəfdarıdır. Paris sazişinin uzunmüddətli temperatur hədəfi orta qlobal temperatur artımını sənayedən əvvəlki səviyyədən 2 °C (3.6 °F) çox aşağı saxlamaq və üstünlük verilən artımı - 1.5 °C-ə qədər (2.7 °F) məhdudlaşdırmaqdır.

Bu gün iqlim dəyişmələrinin fəsadların yumuşaldılması, o cümlədən iqlim dəyişmələrini adaptasiya ilə bağlı fəaliyyət planlarını (NAP) bütün ölkələri hazırlayır. Hər bir ölkənin 2025-ci ilə qədər milli adaptatsiya planları olmalıdır. Bakı COP-u bu baxımdan əhəmiyyətli rola malikdir. Paris sazişinin dövlətlər tərəfindən müəyyənləşdirilməyən, konsensus əldə olunmayan iqlim maliyyəsi mexanizmi Azərbaycanda məhz Bakı COP-u zamanı müəyyənləşdiriləcək. Hazırkı vəziyyətdə dünya ictimaiyyəti COP29-dan iddialı hədəflər gözləyir. Azərbaycan danışıqları aparan əsas tərəfdir. Danışıqlar artıq uzun müddətdir ki, davam edir. Bu istiqamətdə yeni kollektiv kəmiyyət hədəfinin (NCQG) müəyyən olunması gözlənilir. Hazırkı iqlim maliyyəsi ildə yüz milyard dollar vəsaitin verilməsini tələb edir, ancaq qlobal ictimaiyyət, beynəlxalq təşkilatların hesablamaları hazırkı fəsadlarla mübarizədə bunu çox az hesab edir".

Pərvanə Vəliyeva vurğulayıb ki, Azərbaycan bir fəaliyyət planı ortaya qoyub və o cümlədən 14 təşəbbüs irəli sürüb.

"Bunların hər biri qlobal təşəbbüsdür. Ən mübahisəli məsələ isə iqlim maliyyəsinin artırılmasıdır. Çünki BMT-nin belə bir mexanizmi var ki, inkişaf etmiş ölkələr bura maliyyə səfərbər etməlidir. Bu isə çox çətin və məsuliyyətli məsələdir. COP29-da bu hədəfə nail olunacağına inanırıq.

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1663   Tarix: 02 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr