"Erməni xalqının nicat yolu məhz Azərbaycanla bağlayacağı sülh sazişindən keçir" - DEPUTAT

"Erməni xalqının nicat yolu məhz Azərbaycanla bağlayacağı sülh sazişindən keçir" - DEPUTAT"Antiteror tədbirləri ilə Şuşa əməliyyatları biləşdirən oxşarlıq Azərbaycan xalqının iradəsi, ruhu və bu əsasda tez bir zamanda torpaqları azad etmək istəyi idi. Sırf hərbi nöqteyi nəzərindən götürsək onlar bir qədər fərqli əməliyyatlardır. Şuşanın azad olunması zamanı istifadə olunan üsullar digər əməliyyatlardan tamamilə fərqli idi".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib.

Deputat qeyd edib ki, Şuşanın işğaldan azad olunma əməliyyatı zamanı oraya əsas istiqamətindən daxil olmaq imkanımız var idisə, biz fərqli istiqaməti seçərək sıldırım qayalardan keçib şəhərə daxil olduq:

"Antiterror tədbirləri zamanı isə situasiya bir az fərqli idi. Separatçı qüvvələr Azərbaycanın bir neçə istiqamətdən hücum edə biləcəyini güman etmirdilər. Çünki, onlar Qarabağda olan separatçı qüvvələrə arxayındı. Düşünürdülər ki, Rusiya Sülhməramlı qüvvələri olduğu təqdirdə Azərbaycan əməliyyatlara başlamayacaqdır. Ruslara arxayın olub, o dövrdə orada qalan ermənilər silahlanmağa başlamışdılar. Tez-tez atəşkəsi pozurdular. Onları mühafizə edən sülhməramlı kontingentin çətiri altında bəzi hallarda daha sərt şəkildə təxribatlara əl atırdılar. Artıq onlar mülki şəxslərə hücum edib, onlara qarşı silahlı təxribat törədirdilər. Burada məqsəd isə Azərbaycan və Rusiyanın arasında olan münasibəti pozmaqdı.
Təbii ki, Azərbaycan diplomatiyası bu məsələdə öz sözünü dedi. Şuşa gedən döyüşlərin nəticəsində azad oldusa,
Antiterror tədbitləti zamanı isə həm də diplomatiya qalib gəldi. Biz bu müharibədə, bu prosesdə digər dövlətlərin iştirak etmədiyini Ermənistana göstərdik".

Deputat vurğulayıb ki, Şuşa əməliyyatı ilə antiterror tədbirlərinin bir oxşar cəhəti də ermənilərdən fərqli olaraq, Azərbaycanın heç bir mülki şəxsə toxunmamasıdır:

"Halbuki, döyüşlərin getdiyi ərəfədə Şuşada bir neçə min erməni əsilli mülki şəxs yaşayırdı. Azərbaycanın dəqiq atışlar nəticəsində təkcə hərbi obyektlər və istehkamlar dağıdılırdı. Nəticə etibarı ilə də ermənilərin bir çarəsi qalır əraziləri tez bir zamanda sağlam şəkildə tərk etmək. Azərbaycan Antiteror tədbirləri və Şuşa əməliyyatı zamanı da Ermənistana müəyyən güzəştlər etdi. Belə ki, Qarabağdan və Xankəndidən onlara verilmiş himanitar yoldan istifadə etməklə Qarabağdan çıxmaq imkanının özü özlüyündə bir güzəşt isi. Qalmaq istəyənlər isə Azərbaycan vətəndaşlığını qəbul edərək Qarabağda yaşaya bilərdilər. Yenə də ermənilər "başbilənlərinin" tövsiyəsi əsasında Qarabağı tərk etmək qərarı aldılar və nəticə etibarı ilə də növbəti bir oyunun qurbanı oldular.

Azərbaycan üçün qurduqları tələyə yenə də özləri düşdülər. Çünki onlar fikirləşirdilər ki, bu əraziləri kütləvi şəkildə tərk etdikdən sonra Azərbaycanı etnik təmizləmədə günahlandıra biləcəklər. Amma Azərbaycan tərəfi nəinki humanitar yol açdı, həmçinin, həmin yolun tam təhlükəsizliyinə zəmanət verdi. Hətta onlar qida və digər vasitələrlə təmin edildi. Tibbi yardıma ehtiyacı olanlara növbətçi olan həkimlər köməklik etdi. Bütün bunlar sənədləşdirildi. Fotolar, videolar çəkildi. Müsahibələr götürüldü. Qarabağı tərk edən hər bir erməni barədə xüsusi informasiya toplanıldı. Bunların hamısı sənədləşdirilib arxivə verildi.

Sonrakı mərhələdə Ermənistan, Azərbaycanı Qarabağ əsilli ermənilərə qarşı guya genosid törətməkdə ittiham etdi. Lakin onların bütün əməlləri uğursuzluqla nəticələndi. Bu gün ermənilər başa düşür ki, Qarabağ mövzusu bağlanmşdır artıq. Bundan sonra gələcəyə baxmaq lazımdır. Erməni xalqının nicat yolu məhz Azərbaycanla bağlayacağı sülh sazişindən keçir. Onlar burda erməni xalqının gələcəyini fikirləşərək siyasət yürütməlidirlər. Yox əgər hansısa dairələrin və havadarların siyasəti ilə hərəkət etsələr onları yenə uğursuzluq gözləyir".

Nuray Nəzərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1324   Tarix: 07 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr