"Bağçaların say artımı, həmçinin, alternativ metodların tətbiqi ilə bağlı yeni və təxirəsalınmaz addımlar atılmalıdır" - Təhsil eksperti

"Bağçaların say artımı, həmçinin, alternativ metodların tətbiqi ilə bağlı yeni və təxirəsalınmaz addımlar atılmalıdır" - Təhsil ekspertiMəktəbəqdər təlim və tərbiyə hər uşaq üçün önəmlidir. Amma günümüzdə valideyinlərin çox hissəsi uşaqlarını ürəkrahatlığı ilə bağçalara yola sala bilmirlər. Gündəmdə bağçalarla bağlı müxtəlif zamanlarda, fərqli problemlərə rast gəlinir. Sanki bağçaların sayı çoxalsa da, keyfiyyəti azalır. Təbii ki, istisnalar da var. Amma məhz bu tip bağçalar üçün hansısa tədbirlər görülürmü?

Mövzu ilə bağlı Sonxeber.az-a təhsil eksperti Elmin Nuri danışdı.

Ekspert açıqlmasında bağçaların sayının çox olmasının deyil, az olmasının daha çox problemlərə yol açdığını qeyd edib:

"Azərbaycanda məktəbəqədər təhsil müəssisələri, bağça sayının artırılması və bunun hər hansı problemə səbəb olacağı ilə bağlı fikirlərlə qəti razı deyiləm. Çünki bizdə təəssüf ki, bağçaların sayı onlara olan tələbatdan 4 dəfə azdır. Azərbaycanda hər 4 bağçayaşlı uşaqdan yalnız biri bu imkandan yararlanır. Digər üçü isə sırf bağça sayının çatışmazlığı üzündən bu hüququndan məhruz edilir. Təəssüf ki, bağça sayının azlığı və mövcud bağçalardakı şagird sıxlığı özü-özlüyündə bir sıra problemlərə yol açır ki, bunların da başında nəzarət mexanizmi ilə bağlı yananan boşluqlar dayanır. Konkret olaraq onu bildirmək istəyirəm ki, bizdə bağçalarda bağlı ən ciddi narahatlığın əsas səbəbi onların say çoxluğu deyil, əksinə saylarının azlığı səbəbindən yaranan sıxlıqdır. Məsələn, 150 azyaşlının getməli olduğu bağçada 200-230 nəfər yerləşdirilirsə burada təbii ki, bir neçə istiqamətdə ciddi boşluqlar yaranacaq: nəzarət mexanizmində, təlim-tərbiyə və metodiki işin keyfiyyətində, qidalanmada, uşaqların sağlamlıqlarının qorunmasında... Odur ki, bağçaların say artımı, həmçinin, alternativ metodların tətbiqi ilə bağlı yeni və təxirəsalınmaz addımlar atılmalıdır. Özəl bağçaların sayı təəssüf ki, deyilənlərin əksinə olaraq o qədər də çox deyil. Hazırda 2023-cü ilin rəqəmlərinə əsasən ölkədə qeydiyyatdan keçmiş cəmi 133 özəl bağça və ya özəl bağça kompleksi var. Onların da təbii ki, hər birinin çoxsaylı filalı yoxdur. Bizdə özəl bağçalarla bağlı stimullaşdırıcı addımların atılması hava-su kimi vacib məsələdir. Çünki özəl bağçalar kiçik sahibkarlıq müəssisələri kimi daha kompakt şəkildə fəaliyyət göstərə bilərlər. Eləcə də icma əsaslı və modul tipli bağça formatlarının da fəaliyyəti başladılmalıdır. Bizdə təəssüf ki, bu iki metod demək olar ki, işlək deyil. Yəni, sayı onsuz da çox olmayan bağçalarda nəzarət mexanizmini tətbiq etmək o qədər də çətin deyil. Yetər ki, müəssisəninm rəhbər, tərbiyəçi və metodist heyəti özü işinin öhdəsindən lazımınca gələ bilsin".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1791   Tarix: 08 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr