Adam döyməyə görə şəxsi hansı cəza gözləyir? - AÇIQLAMA
Hər gün şiddətin müxtəlif formaları ilə bağlı gündəmi alt-üst edən xəbərlərlə rastlaşırıq. Qohumlar, dostlar, tanışlar tərəfindən vəs. olan fiziki şiddətlər günü-gündən çoxalır. Bəs, bu cür halların qarşısını maksimum dərəcədə almağın hansı yolları var. Ümumiyyətlə belə insanlar üçün qanunda hansı cəza üsulları nəzərdə tutulub?
Sözügedən mövzu ilə bağlı Sonxeber.az-a Hüquqşünas Ramil Əfəndi danışdı.
O, zərbənin dərəcələrinə görə qanunlara əsasən şiddəti göstərən hər bir şəxsin məsuliyyətə cəlb oluna biləcəyini bildirdi:
"Hər hansı bir məslə ilə bağlı fiziki şiddət təbii ki, yolverilməz və qəbuledilməzdir. İstər yaxın qohumluq münasibətlərində olan şəxslər, istərsə də dost, tanış və ya yad şəxslər olsun, onların hamısının bir-birinə qarşı fiziki təzyiqlər etməsi Azərbaycan Respublikasının Qanunvericiliyi ilə inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. Qeyd edim ki, əgər yaxın qohumluq münasibətlərində belə tip şiddət və ya basqı varsa bunun adı məişət zorakılığıdır. Azərbaycan Respublikasının məişət zorakılğının qarşısının alınmasında qanun tələbləri birmənalı şəkildə yaxın qohumluq münasibətlərində olan,əvvəllər olmuş və ya heç bir qohumluq münasibətləri olmayan amma fərdi münasibətlərdə olan tərəflərin bir-birlərinə qarşı istənilən şiddətini məişət zorakılığı adı altında hüquqi şəkildə qoruyur və nəticə etibarı ilə bu şəxslər dövlət tərəfindən araşdırmalara məruz qalır.
Qeyd edim ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində 158-ci maddəyə əsasən məişət zəmnində hər hansı bir asılılığın yaradılması və bundan sui-istifadə edilmə, yəni dolayısı ilə desək, şəxsin məişət zorakılığına məruz qalması (burada fiziki şiddətdən söhbət getmir) 100 manatdan 300 manata qədər miqadarda inzibati cəriməyə məhkum olunur. Əgər tərəflər arasında hər hansı bir fiziki şiddət olarsa o zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci döymə maddəsinə əsasən araşdırılan hərəkətdir. Buna görə şəxs 300 matdan , 500 manata qədər və eyni zamanda 2 ay müddətə qədər inzibati qaydada həbs olunma tənbehinə, inzibati qaydada məsuliyyətə cəlb oluna bilir. Bir vacib qeydi edim ki, burada "döymə" dedikdə az ağır və ağır olmayan xəsarətlər törədiımədikdə, yüngül olduqda əməl inzibati məsuliyyət adı altında araşdırılır. Bundan başqa qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının cinayət Məcəlləsinin 126 və 127-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərərvurma (126)və qəsdən sağlamlığa az ağır zərərvurma (127) nəticəsində xəsarətin ağırlığından olaraq şəxsin cinayətə cəlb olunması da mümkündür. Azərbaycan Respublilasının 126-cı maddəsinə əsasən sağlamlığa ağır zərərvurma yetirdikdə 3 ildən 8 ilə kimi, qəsdən sağlamlığa az ağır zərər vurduqda isə 2 ilə qədər müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş