Məşhur avtoritet "Piter Elçin"in qardaşları Masallıda necə qətlə yetirildi?

Kriminal avtoritet "Piter Elçin" ləqəbli Elçin Maşallah oğlu İsmayılovun qardaşının qətli ilə bağlı yeni təfərrüat məlum olub. Sonxeber.az bildirir ki, bu barədə musavat.com-a İsmayılovların qohumları məlumat verib.

Əvvəlcə onu qeyd edək ki, "Piter Elçin"in 1979-cu il təvəllüdlü qardaşı Fariz İsmayılov ötən il dekabrın 21-də Masallı rayonunun Türkoba kəndi yaxınlığında öz avtomobilində qətlə yetirilib.

4 qardaş olan İsmayılovlardan artıq ikisi kriminal aləmdəki hesablaşmaların qurbanı olub. Qardaşlardan yalnız "Piter Elçin" kriminal aləmdə söz sahibi olsa da, hesablaşmaların qurbanları onun qardaşları olub.

Belə ki, ilk olaraq onun qardaşlarından Marif ötən ilin iyununda Sant-Peterburqun əsasən azərbaycanlıların nəzarətində olan Sofiysk meyvə-tərəvəz bazarında güllələnərək qətlə yetirilmişdi. 6 ay keçməmiş isə Fariz İsmayılov güllələndi. "Piter Elçin"dən başqa sağ qalan digər qardaş isə xəstəlikdən əziyyət çəkir və hazırda doğulduğu Lənkəran rayon Boladi kəndində yaşayır.

"Piter Elçin"in yaxın ətrafından məlumatda bildirilir ki, kriminal avtoritetin qardaşları qisas məqsədi ilə qətlə yetirilib.

Fariz İsmayılov

"Qətlə yetirilən hər iki qardaş ticarətlə məşğul olub. Onların kriminal aləmlə əlaqəsinin olmadığı məlum idi. Maarif meyvə-tərəvəz bazarında öldürüldü. Fariz isə 2012-ci ildən Azərbaycanda idi. Hər ikisi öz işləri ilə məşğul idi. Fariz Lənkəranda özünün və qardaşlarının ailəsinə baxırdı. Bu qətlləri isə "Piter Elçin"lə düşmənçiliyi olan şəxslər sifariş verib. Ona yaxın düşə bilməyənlər qardaşlarını öldürdülər. Bu qətli törədənlər də, sifariş verənlər də bilir ki, Maarif və Fariz kriminal aləmdən uzaq insanlar idi", - deyə məlumatda qeyd edilir.

Sonuncu qətlin təfərrüatlarına gəlincə. Qeyd edək ki, qətli törətdiyini deyən Lənkəran sakini, 1993-cü il təvəllüdlü Murad Quluzadə könüllü olaraq polisə təslim olub. O, cinayəti törətdiyi İsrail istehsalı olan "UZİ" markalı avtomat tapançanı və 7 ədəd gülləni polisə təhvil verib. Hadisə yerindən isə 25 ədəd giliz tapılıb.

Cinayətin törədildiyi yer Fariz İsmayılovun yaşadığı kənddən bir neçə kilometr aralıda yerləşir.

Baş verən hadisə haqda danışan İsmayılovların qohumları bildirib ki, qətli törədən Murad Quluzadə tək olmayıb. Belə ki, Fariz İsmayılovu "VAZ 21-06" markalı avtomobillə izləyən Murad Quluzadənin yanına bir nəfər də olub.

İsmayılovların yaxınları bu məlumatları izlədikləri videogörüntülərə əsasən dediklərini bildirirlər. Qətlin törədildiyi mağazanın nəzarət kameraları cinayət hadisəsini anbaan lentə alıb.

"Fariz evdən çıxıb qonşu kənddəki mağazanın qarşısında maşınını saxlayıb. Marketə siqaret və kontur almaq üçün girib. Arxadan gələn "06" Farizdən bir az aralıda dayanıb. Həmin maşında olanlardan biri - üzü saqqallı olan da Farizin arxasınca marketə girib. O, da marketdən alış-veriş edib, Farizdən sonra çıxıb. Fariz maşına oturmaq istəyəndə arxadan gələn Murad Quluzadə ona atəş açmağa başlayıb. Fariz ilk güllələrdə özünü itirməyib. Maşının qapısını itələyərək, ona təpik atıb. Bir az büdrəyən Murad yenə də ona atəş açmağa davam edib. Güllələrdən biri Farizin başına dəyib. Elə oradaca keçinib"- deyə Fariz İsmayılovun yaxınları deyir.

Video görüntülərdən məlum olub ki, qətlin törədilməsində iştirakında şübhəli bilinən digər - saqqallı şəxs isə marketdən çıxdıqdan sonra soyuqqanlı şəkildə Fariz İsmayılovun avtomobilinə yaxınlaşıb. Maşının içinə boylanan şəxs daha sonra iti addımlarla hadisə yerindən uzaqlaşıb. Qətli törədən Murad isə gəldikləri maşına minərək hadisə yerini tərk edib.

İsmayılovların yaxınları marketin nəzarət kameralarından çıxarılmış ikinci şübəhli - saqqalı şəxsin fotosunu da təqdim ediblər.

Cinayətin qabaqcadan bir qrup şəxs tərəfindən planlaşdırıldığını iddia edən Fariz İsmayılovun yaxınları bunu belə izah edir: "Polis tərəfindən aparılan ilkin araşdırmalar zamanı məlum oldu ki, bu şəxslərin gəldiyi avtomobil 1 ay əvvəl Masallının Bədəlan kənd sakinindən alınıb. Bu şəxsləri bizim kənddən heç kim tanımır. Onlar Farizin bizim kənddən kənarda izləyiblər. Onların bizim kəndə girməsi, kimisə izləməsi mümkün deyil. Son bir ay ərzində həmin maşını bizim kənddə heç kim görməyib. Onlar kəndin çıxışında Farizi izləyiblər. Onun tək olmasından istifadə edib, onu arxadan vurublar. "06"da olan digər şəxsin kim olması isə hələ ki, məlum deyil. Qabaqcadan planlaşdırılmış bu işi birlikdə törətdikləri məlumdur. Mağazadan çıxan saqqalı şəxs Farizin öldüyünə əmin olduqdan sonra oranı tərk edir ".

Bədənində 9-10 güllə olan Farizin ölümünə əsas səbəb baş nahiyəsindən aldığı xəsarət olub. Fariz İsmayılovun yaxınlarının bildirdiyinə görə, Farizə atılan 25 güllədən 13-15-i ona dəyib: "Güllələrin bir neçəsi qollarını və ayaqlarını sıyıraraq keçib. Fariz onu maşının qapısı ilə itələyib və təpik vurub. Bu zaman qatil Farizə atəş aça bilməyib. Amma çoxsaylı güllələrdən biri onun başına dəydiyindən oradaca dünyasını dəyişib".

Qətli törətdiyini etiraf edən Murad Quluzadə ilə bağlı bəzi yeni məqamlar da üzə çıxıb.
Məlum olub ki, Murad Quluzadə bir neçə il əvvəl Moskvada qətlə yetirilən kriminal avtoritet Amil Lənkəranskinin əmisi oğludur.

Amil Rövşən Lənkəranskinin yaxın adamlarından biri idi. Onun qətlində "Piter Elçin"in adı hallanır. Kriminal qruplaşmalar arasında qanlı hesablaşmaların cavabı olaraq Amilin ölümünə görə əvvəlcə Maarif İsmayılov, ardınca isə Fariz İsmayılov qətlə yetirildi. Hər iki qətlin qan davası olduğu qeyd edilir.

Əldə etdiyimiz məlumata görə Murad Quluzadənin atası Əfqan Quluzadə qətlə yetirilən Rövşən Lənkəranskinin ən yaxın adamlarından birinin sürücüsüdür.

Qeyd edək ki, Fariz İsmayılovun qətli ilə bağlı Cinayət Məcəlləsinin 120 "qəsdən adamöldürmə" və 228-ci (odlu silah saxlama) maddələri ilə cinayət işi başlanıb.
Məşhur avtoritet "Piter Elçin"in qardaşları Masallıda necə qətlə yetirildi?Məşhur avtoritet "Piter Elçin"in qardaşları Masallıda necə qətlə yetirildi?Məşhur avtoritet "Piter Elçin"in qardaşları Masallıda necə qətlə yetirildi?


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2669   Tarix: 21 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qətliam kimi qəza! Maşınla vurduğu üç nəfər həyatını itirdi - VİDEO

Uşakın Eşme rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində 80 yaşlı Mehmet Karaman, 83 yaşlı Ramazan Dulay və 75 yaşlı Ayşe Dulay həyatını itirib. türk mediasına istinadən xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Eşme-Uşak magistralının Ahmetler kəndi yaxınlığında qeydə alınıb. Eşme istiqamətində

12 dekabr
.

Göygöldə avtomobil aşıb: Ölən var

Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan KIA markalı minik maşını yolu keçmək istəyən 1965-ci il təvəllüdlü M.Mamedovu vurub

14 dekabr
.

Həbsxanının önündə həyat yoldaşının azadlığa çıxmasını gözləyən qadının rəqsi gündəm olub - VİDEO

Marmara Həbsxanası bu dəfə tanınmış məhbusları ilə deyil, həbsdən çıxmasını gözlədiyi həyat yoldaşı üçün rəqs edən bir qadının videosu ilə gündəmə gəlib. türk mediasına istinadən xəbər verir ki, Silivridə yerləşən həbsxananın qarşısında çəkilən görüntülərdə gənc qadın Ragga Oktayın "Yeniden"

15 dekabr
.

İki qardaşın öldüyü silahlı dava üzrə ilk məhkəmə keçirilib - VİDEO

Kocaelinin İzmit rayonunda bir kafedə baş verən silahlı insident nəticəsində Hasan və Ahmet Akın qardaşlarının həyatını itirdiyi hadisə ilə bağlı cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib. türk mediasına istinadən xəbər verir ki, Kocaeli 3-cü Ağır Cəza Məhkəməsində keçirilən prosesdə həbsdə ola

12 dekabr
.

Tiktoker Nahid Nəsirov saxlanıldı

Tiktoker Nahid Nəsirov saxlanılıb. "Teleqraf" xəbər verir ki, onun barəsində hüquq-mühafizə orqanlarına şikayətlər edilib. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məsuliyyətə cəlb olunub. Fakt üzrə araşdırma aparılır

13 dekabr
.

Kürdəmirdə canavarlar kəndə hücumu etdi (FOTO)

Kürdəmirdə canavarlar təsərrüfata hücum edib, 10 baş xırdabuynuzlu heyvan tələf olub. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ərşəli kəndində qeydə alınıb. Belə ki, yırtıcılar kənd sakini Qurbanov Nofəl Mirzəağa oğlunun təsərrüfatına hücum çəkib. Nəticədə fermerə məxsus 10 ba

15 dekabr
.

Qonşusuna hirslənib, acısını qaynanasından çıxartdı

Ümraniyədə bir yaşayış binasında baş verən hadisə qonşulara qorxu dolu anlar yaşatdı. türk mediasına istinadən xəbər verir ki, iddiaya görə, maddə istifadə etdiyi iddia olunan bir şəxs, yaşayış binasında qonşusu ilə yaşadığı mübahisənin davaya çevrilməsi nəticəsində birlikdə yaşadığı şəxslərə hücum edib

15 dekabr
.

Parkda bədbəxt hadisə: Gənc oğlan üstündə daşıdığı çörək bıçağının üzərinə yıxılaraq xəsarət alıb - VİDEO

Türkiyənin Çorum şəhərində parkda dostu ilə zarafat etdiyi zaman əlindəki çörək bıçağının üzərinə yıxılan gənc xəsarət alıb. türk mediasına istinadən xəbər verir ki, hadisə Gülabibey məhəlləsi, Bağcılar prospektində yerləşən uşaq parkında baş verib. Əldə olunan məlumata görə, 18 yaşlı F.A. parkda dost

15 dekabr
.

Bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq

Azərbaycanda dekabrın 15-də avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var

14 dekabr