Diqqət: bu 5 vərdiş xərçəngə yol açır

Diqqət: bu 5 vərdiş xərçəngə yol açırTütün, siqaret və spirtli içkilər, köklük, mineral çatışmazlığı (xüsusilə də sink çatışmazlığı) kimi faktorlar və radiasiyaya məruz qalmaq yemək borusu xərçəngi riskini artırır.
Ancaq alimlər bildirirlər ki, yemək borusu xərçənginin ən böyük səbəbi yanlış qidalanma vərdişləridir.

Bu təhlükəli xərçəngə yaxalanma riskini artıran 5 yanlış qidalanma vərdişini təqdim edir:
1. İçkiləri çox isti içmək
Qaynar çay, həddən artıq isti qəhvə və içki içilən digər içkilər yemək borusu xərçəngi riskini 2 dəfə artırır. Qaynar halda içilən içkilər yemək borusundaki hüceyrələrin məhv olmasına və xroniki yemək borusu iltihabına gətirib çıxarır.
İsti içkilər sonda həmin bölgədə xərçəngin yaranmasına səbəb ola bilər.
Ona görə də çayı, qəhvəni və digər içkiləri ilıq halda içməyə diqqət edin.
2. Konserva və hazır qidalardan istifadə etmək
Hisə verilmiş balıqlar, kolbosa, sosis, konservalar - hamısı Sağlamlığımızın düşmənləridir. Belə qidalarda yüksək miqdarda "benzapyren" maddəsi var. Bu da xərçəngə səbəb olan ən təhlükəli maddələrdən biridir.
Onu da qeyd edək ki, manqalda bişirilən ətdə ortaya çıxan "nitrozamin" adlı kimyəvi maddə də xərçəng səbəbidir.
Ən yaxşısı əti suda, buğda və ya sobada bişirməkdir.
3. Qidaları uyğun gigiyenik şəraitdə mühafizə etməmək
Nəmli və isti mühitdə saxlanılan taxıl, fındıq, fıstıq, qoz, əncir, ərik kimi məhsullarda yaranan bəzi mikroorqanizmlər toksin ifraz edir.
Bu toksinlər yemək borusu xərçənginə səbəb olur.
Buna görə də qidaları soyuducuda və sərin anbarlarda mühafizə etmək lazımdır. Yadda saxlamaq lazımdır ki, kiflənmiş qidaların üzərini təmizləyib istifadə etmək olmaz.
4. Meyvə tərəvəzi az yemək
Rasionda təzə meyvə və tərəvəzlər az olduqda da xərçəng xəstəliyi riski artır. Qida menyusunda meyvə tərəvəzə üstünlük verənlərin xərçəngə yaxalnma riski 2 dəfə azalır.
Xüsusuilə də sitrus meyvələri xərçəng riskini azlatmağa qadirdir.
Sağlam həyat üçün gündə 5 tərəvəz, 4 meyvə növündən faydalanmaq lazımdır.
Xüsusilə də pomidor, kök, ispanaq, sarımsaq, brokkoli, turp, kərəviz, gül kələm, kələm, ənginar, soğan və sitrus meyvələrini süfrənizdən əksik etməyin.
Əgər gün ərzində çox meyvə-tərəvəz yeyə bilməmisinizsə, şirəçəkəndən keçirib suyunu için.
5. Qidaları az çeynəmək
Yeməyi kiçik loxmalarla və yavaş-yavaş yemək mədənin həzm prosesini yaxşılaşdırır.
Yemək yeyərkən hər loxmanı ən az 40 dəfə çeynədiyinizdən əmin olun.
Yaxşı çeynəmədən udduğunuz qidalar yemək borusu xərçəngi riskini artırır.

mənbə: publika


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1436   Tarix: 23 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Payız soyuqdəyməsindən bunlarla qorunun

Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana

17 sentyabr 2021
.

Qatığı heç bir xörəyə, yeməyə qarışdırıb yemək olmaz - Səbəbi AÇIQLANDI

Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir. -a istinadən xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib. "Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verə

13 sentyabr 2021
.

Beyin üçün zərərli qidalar açıqlandı

Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl

17 sentyabr 2021
.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021
.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021
.

Niyə vaksin vurdurmazdan öncə insanlardan "COVID-19" analizi götürülmür? - AÇIQLAMA

İnsanlar arasında vaksin vurdurduqdan sonra yoluxanların sayı artmaqda davam edir. Bunu vaksinasiya ilə əlaqələndirənlər var. Düşünürlər ki, məhz vaksin vurdurduqları üçün virusa yoluxublar. Bəziləri isə vaksin vurdurduqda artıq koronavirus xəstəsi olduqlarını güman edirlər. Bəs niyə vaksin vurdurmazda

17 sentyabr 2021
.

"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman

9 sentyabr 2021
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

9 sentyabr 2021
.

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri

11 sentyabr 2021