"Qız övladlarını özlərinə yük hesab edən valideynlərə Azərbaycan qanunvericiliyi çərçivəsində güzəşt edilməməlidir" - DEPUTAT

"Qız övladlarını özlərinə yük hesab edən valideynlərə Azərbaycan qanunvericiliyi çərçivəsində güzəşt edilməməlidir" - DEPUTATHazırda dünyanı narahat edən aktual problemlərdən biri də erkən nikahlardır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununa, həmçinin 1989-cu il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyaya görə, tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Bu gün təəssüf ki, bu gün bəzi valideynlər maddi vəziyyətin aşağı olmasını bəhanə edərək qızlarını təhsildən yayındırıb, erkən yaşda nikah qurmağa məcbur edirlər.

Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib ki, toxunulan mövzu aktual olmaqla yanaşı, təəssüf ki, həm də acı həqiqətdir:

"Hesab edirəm ki, maddi durumu əsas gətirib qız övladlarını təhsildən kənarda saxlayan valideynlər haqlı deyillər. Sual meydana çıxır: qızlarını erkən nigaha məcbur edən valideynlər bəs cehiz almaq üçün maliyyə vəsaitini necə tapırlar? Yəni burada məntiq yoxdur, yanaşma da kökündən yalnışdır. Zənn edirəm ki, maariflənmə işini gücləndirməliyik. Qız övladlarını özlərinə yük hesab edən bu tip valideynlərə Azərbaycan qanunvericiliyi çərçivəsində güzəşt edilməməli, eyni zamanda ən müxtəlif platformalarda bu cür hallara qarşı təsirli tədbirləri həyata keçirməliyik. Əlbətdə ki, öz imkanları çərçivəsində bu qeyri-insani hərəkətlərə qarşı prinsipial mövqe tutmalı və öz töhfəsini verməlidir.

Olduqca ibrətamiz bir məsələni xatırlatmaq istərdim. 1901 - ci ildə Zeynəlabdin Tağıyevin təşəbbüsü ilə Qızlar məktəbi yaradıldı. Zeynəlabdin Tağıyevdən məktəbin yaranmasının səbəbini soruşduqda o, çox tutarlı cavab verib: "Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə". Bu həqiqətən də belədir".

Uşaqların tərbiyəsi ilə məşğul olmaqda daha çox yük anaların üzərinə düşür. Unutmayaq ki, fidanlarımızın həm tərbiyəsi, həm də təhsilinin ağırlığı anaların üzərinə düşür. Valideynlər bütün bu meyarları nəzərə alaraq qız övladlarını təhsildən yayınmasına imkan verməməli və erkən nigaha imkan verməməli, və gələcəyin övladlarını yüksək səviyyədə formalaşdıracaq qızlarının qayğısına qalmalıdırlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 415   Tarix: 30 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Badamlı" müştərilərini belə aldadır….

"Şikayətim "Badamlı" sularındandır". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımında Alpay Allahverdiyev adlı istifadəçi giley edir. Narazı vətəndaş daha sonra yazır: "4 aydır… hər ay demək olar ki, 6 ədəd 18 litrli

29 oktyabr
.

Bakıda müəllimlər məktəbi bağlayıb getdi - Video

Yeni Suraxanı qəsəbəsində yerləşən 89 saylı orta məktəbdə qəribə hadisə yaşanıb. Axşam saatlarında dərs başa çatdıqdan sonra müəllimlər tələsik məktəbi tərk ediblər. Məktəbin qapıları bağlandığından bəzi şagirdlər gec saatlara qədər içəridə qalıblar. xəbər verir ki, bu barədə " "a hadisəni

29 oktyabr
.

9.7 milyon manatlıq "SoyuzAqroKontrakt" MMC qaydaları pozdu - MƏHKƏMƏYƏ VERİLDİ / SƏBƏB

Soyuz Aqro Kontrakt MMC barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub. -ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb. İş Abşeron rayon Məhkəməsinin hakimi Şəfəq Məmmədovun icraatındadır . Bildirək ki, nizamnam

29 oktyabr
.

"Qız övladlarını özlərinə yük hesab edən valideynlərə Azərbaycan qanunvericiliyi çərçivəsində güzəşt edilməməlidir" - DEPUTAT

Hazırda dünyanı narahat edən aktual problemlərdən biri də erkən nikahlardır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununa, həmçini

30 oktyabr
.

Bakıda qeyri-adi "piyada": Tülkü yol keçir

Bakının iri prospektlərinin birində tülkü peyda olub. Onun görüntüsünü əks etdirən videonu -in "qaynar xətti"nə sürücülərdən biri göndərib. Tülkü Babək prospektində yolu keçmək istəyərkən kameraya düşüb. Həmin görüntüləri təqdim edirik:

29 oktyabr
.

Abşeronda yağış suları evlərə dolub - Video

Yağış suları Abşeron rayonu, Digah qəsəbəsində də problemlərə yol açıb. "Qafqazinfo" xəbər verir ki, zirzəmilərə, evlərə dolan su sakinləri çıxılmaz vəziyyətdə qoyub. Sakinlər deyirlər ki, problemlə əlaqədar şagirdlər də məktəbə getməkdə çətinlik çəkirlər. İri Şəhərlərin Birləşmiş Su Təchizat

28 oktyabr
.

Sabah yağış yağacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhə

29 oktyabr
.

Ötən gün Bakıda baş verən qəzanın ANBAAN VİDEOSU

Ötən gün paytaxtın Heydər Əliyev prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, "Lexus", "Toyota Prado", "Ford Tranzit", "Toyota Prius", "Hyundai Accent" və "Mercedes-Benz" markalı avtomobillər toqquşub. Hadisə nəticəsind

29 oktyabr
.

Bakıda tələbə qızları izləyən manyak PEYDA OLUB

Bakıda tələbə qızların şəkillərini çəkərək sosial şəbəkələrdə yayan manyak peyda olub. xəbər verir ki, əsasən 61 nömrəli marşrutun dayanacağında rast gəlinən bu şəxs qızların arxasınca düşür, sosial şəbəkə vasitəsilə onları şantaj edir. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətini

28 oktyabr