İcra hakimiyyətləri hansı tarixindən ləğv olunacaq? - AÇIQLAMA
Son illərdə Azərbaycanda mühüm islahatlar baş tutur. Aparılan islahatlar içərisində ən çox aktuallığını qoruyan məhz icra hakimiyyətlərinin ləğvi ilə bağlı olan məsələlərdir.
Bəs, icra hakimiyyətlərinin ləğv olunması və prezident nümayəndəlikləri ilə əvəz edilməsi ilə bağlı hansı addımlar atılır?
Mövzu ilə bağlı Sonxeber.az-a politoloq Elçin Xalidbəyli danışdı.
O, açıqlamasında bildirir ki, icra hakimiyyətləri ilə bağlı sisteminin dəyişdiriləcəyi gözlənilir:
"Azərbaycanda son vaxtlar müəyyən siyasi, iqtisadi eyni zamanda struktur islahatları aparılır. Hətta, bəzi nazirliklər paralel olanlara birləşdirilir. Bununla da dövlət idarəçilik sisteminin daha çevik və operativ funksiyonallığını təmin etmək məqsədi güdülür. Bu istiqamətdə də müəyyən uğurların olduğu inkarolunmaz reallıqdır. İcra hakimiyyətləri ilə bağlı məsələnin gündəmdə oluğu barədə məlumatlar var. Ancaq, bu barədə hələki, rəsmi qərarla bağlı açıqlama verilməyib. Lakin, belə ehtimallar var ki, ölkədə prezidentin nümayəndələrinin təyin olunması sistemi ön plana keçiriləcək və icra hakimiyyətləri sisteminin dəyişdiriləcəyi gözlənilir. Bildiyimiz kimi icra hakimiyyətləri təxminən sovet dövründən qalma bir strukturlaşma modelidir. Yaxın gələcəkdə bu məsələ də öz həllini tapa biliər. Yəni, fərqli yanaşma ortaya qoyula bilər. Böyük ehtimalla azərbaycan konstituasiyasında da bununla bağlı müəyyən dəyişikliklər edilərək Azərbaycanın dövlət idarəçilik sisteminin daha mükəmməlləşdirilməsi istiqamətində önəmli addımlar atıla bilər. Ümumiyyətlə, Azərbaycan dövləti son vaxtlar aparılan islahatlarla yeni dövrə keçid mərhələsini uğurla addımlamaqda davam edir. Bu isə Azərbaycanın beynəlxalq məkanda aparıcı dövlətlər sırasına qatılması ilə bağlı göstərdiyi cəhdlərin gələcəkdə uğur verməsinə təsir göstərəcək faktorlardan sayılır. Azərbaycan yeni dünya düzənində aparıcı dövlətlərdən biri olmaq iddiasındadır. Bu baxımdan da Azərbaycan dövlətinin apardığı islahatlat təqdrəlayiq və olduqca önəmli xarakter daşıyır".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?