"Deyirdi ki, "4 təkərlə" səni Qarabağı gəzdirəcəyəm" - Video
Əməkdar artist Rafael İsgəndərov "Günə bax" verilişində qonaq olub.
Axşam.az xəbər verir ki, proqramda aktyorun şəhid dostu Müşviq Abbasovun səs yazısı təqdim olunub. O, dostu ilə bağlı xatirələrini bölüşüb:
"Bizim Müşviqlə planlarımız çox idi. Özü deyirdi ki, "4 təkərlə" səni bütün Qarabağı gəzdirəcəyəm. Qismət olmadı. Oraya getdim, amma özü ilə yox. Sonuncu dəfə Ballıqaya istiqamətində getmişdik. Çadır qurmuşduq. Mənə hər şeyi danışırdı müharibə ilə bağlı. Planım da bu idi ki, ondan bunları öyrənim. Nə vaxtsa Qarabağla bağlı film çəkiləndə tarixi faktlar əsasında ondan istifadə edərdim. Əfsus olsun ki, bunu edə bilmədim. Alınan torpaqlarımızda çadır qurub qala bilmədik. Çox maraqlı olardı ki, onunla gedim".
Qeyd edək ki, M.Abbasov 44 günlük Vətən müharibəsində iki oğlu - Şamil və İntiqam ilə birlikdə könüllü olaraq döyüşlərə qatılıb. O, Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlər qazanıb və 6 oktyabr 2020-ci ildə rayonun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin sərəncamları ilə M.Abbasov ölümündən sonra "Vətən uğrunda", "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1873 Tarix: 08 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq
Bakının Sabunçu rayonu, Yeni Ramana küçəsində təmir işləri aparılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bununla əlaqədar bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq
26 oktyabr"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb
Kriminal aləmdə "Piter Elçin" ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu öldürməkdə təqsirləndirilən Murad Quluzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən son iclasda qərar ela
26 oktyabrOnların pensiyası sabit əlavələrlə ARTIRILACAQ
"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı
25 oktyabrMəktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?
Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını
26 oktyabrDirektorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi
26 oktyabrÇıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Azərbaycanda çıxarışı olmayan evlər və torpaq sahələri mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından bir çox vətəndaş üçün aktual problem olaraq qalır. Sənədləşdirilməmiş əmlakın alqı-satqısı, vərəsəlik yolu ilə ötürülməsi və digər hüquqi əməliyyatlar zamanı çətinliklər yarana, mülkiyyət hüququnu
26 oktyabrBakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə
26 oktyabr