Məktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?

Məktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarının keyfiyyəti baxımından mühüm əhəmiyyət daşıyır. Belə iddiaların araşdırılması zamanı müəllif hüquqlarının qorunması, məsul qurumların nəzarət mexanizmləri və gələcəkdə oxşar halların qarşısının alınması məsələləri də diqqət mərkəzinə gəlir.

Bəs, məktəb dərsliklərində plagiatın aşkarlanması üçün hansı yoxlama mexanizmləri tətbiq olunur, bu prosesə hansı qurumlar nəzarət edir və dərsliklərin elmi keyfiyyətini artırmaq, müəllif hüquqlarının pozulmasının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Məktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması zaman-zaman müşahidə olunan məsələlərdəndir.

"Bəzi hallarda müəlliflər başqa müəlliflərin fikirlərindən istinad göstərmədən istifadə edir və ya beynəlxalq dərsliklərdə yer alan məlumatları öz əsərlərinə daxil edirlər. Düşünürəm ki, bu məlumatlar müvafiq istinadlar və ədəbiyyat siyahısı göstərilməklə təqdim olunarsa, daha məntiqli və məqsədəuyğun olar. Bu halda mənbələrə düzgün istinad edilməsi plagiat riskini aradan qaldırmağa kömək edər. Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş dərsliklərin hazırlanması qaydalarına mütləq riayət olunmalıdır. Dərsliklərdə təqdim edilən məlumatlar dəqiq, yığcam və elmi cəhətdən əsaslandırılmış olmalıdır. Dərslik siyasəti ilə bağlı müvafiq qurumlar müəlliflərlə işləməli, onların məsuliyyətini artırmalı və dərsliklərin hazırlanması prosesinə daha ciddi yanaşılmasını təmin etməlidirlər".

Ekspert bildirib ki, mənbələrin və istinadların düzgün göstərilməsi, eləcə də təqdim olunan məlumatların həqiqiliyinin yoxlanılması xüsusi əhəmiyyət daşıyır:

"Plagiat hallarının və elmi əsası olmayan iddiaların dərsliklərdə yer almasının qarşısı alınmalı, belə hallarla bağlı müvafiq tədbirlər görülməlidir. Müəlliflərin bu cür pozuntulara yol verdiyi təsdiqlənərsə, onların dərsliklərin hazırlanması prosesində iştirakına yenidən baxıla, zərurət olduqda başqa müəlliflər cəlb edilə və müqavilə şərtlərinə uyğun tədbirlər görülə bilər. Dərsliklərin keyfiyyətinin artırılması üçün yalnız mövcud müəlliflərlə kifayətlənməmək, prosesə müxtəlif mütəxəssisləri də cəlb etmək lazımdır. Dərsliklər hazırlanarkən ekspertlərin rəyləri, valideynlərin təklifləri və müvafiq sahələr üzrə gənc alimlərin fikirləri nəzərə alınmalıdır. Bu yanaşma dərsliklərdə yarana biləcək problemləri əvvəlcədən müəyyənləşdirməyə, onların aradan qaldırılmasına və tədris materiallarının keyfiyyətinin yüksəldilməsinə kömək edə bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 179   Tarix: 26 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?

Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını

26 oktyabr
.

Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı

26 oktyabr
.

Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR

Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır

25 oktyabr
.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi

26 oktyabr
.

Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA

İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs

25 oktyabr
.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26 oktyabr
.

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə

26 oktyabr
.

Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?

21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan

26 oktyabr
.

"Mən səhər yeməyində təbii şor istəyirəm, süd yağının əvəzedicilərini yox!" - qida eksperti Elşən Cəfərovdan AQTA-ya ÇAĞIRIŞ

Qida eksperti və "JAFAROVAZ" YouTube kanalının müəllifi Elşən Cəfərov süd məhsullarının etiketlənməsi, bitki yağlarından istifadə və istehlakçıların düzgün məlumatlandırılması məsələsi ilə bağlı -a danışıb. Onun fikrincə, məhsulun qablaşdırılması istehlakçıda yanlış təsəvvür yaratmamalı, tərkibind

26 oktyabr