Azərbaycanlı iş adamının oğlu ağır qəza törətdi - ANBAAN VİDEO
Bir neçə gün əvvəl Rusiyanın Yekaterinburq şəhərində geniş ictimai rezonansa səbəb olan yol qəzası baş verib.
Sonxeber.az haqqın.az-a istinadən xəbər verir ki, noyabrın 14-də şəhər küçələrindən birində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qarşıdan gələn zolağa çıxan "Bentley" markalı avtomobil sola dönmək üzrə olan "Hyundai Solaris" markalı avtomobillə toqquşub. Zərbə nəticəsində "Hyundai" markalı avtomobilə ciddi ziyan dəyib, sürücüsü isə ağır yaralanıb. "Bentley" daha sonra idarəetməni itirərək yolun kənarındakı beton dirəyə çırpılıb və aşıb.
Məlum olub ki, "Bentley"i Yekaterinburqda bir neçə ticarət obyektinin sahibi, azərbaycanlı iş adamı Şamil İsayevin oğlu 22 yaşlı Emil İsayev idarə edib. Emil bloqçuluq fəaliyyəti ilə də məşğul olur. Qəza zamanı o, ağır bədən xəsarətləri alıb.
Bildirilir ki, gənc üç il əvvəl sürücülük vəsiqəsi alıb. Bu müddət ərzində o, dəfələrlə yol hərəkəti qaydalarını pozub. Yerli yol polisinin məlumatına görə, onun adına 194 ödənilməmiş cərimə var.
Fövqəladə hadisədən üç gün sonra "Hyundai" sürücüsünün xəstəxanada ölməsi ilə bağlı internetdə məlumat yayılsa da, sonradan rəsmi mənbələr bunu təkzib edib.
Onlayn ictimai səhifələrdə Emilin idarə etdiyi "Bentley" markalı avtomobilin əvvəllər Sverdlovsk vilayətində tanınmış kriminal avtoritet Marsel Qasanova məxsus olduğu da bildirilir. Mənbələrin bildirdiyinə görə, Həsənov avtomobili azərbaycanlı iş adamlarından birinin borcunun ödənilməsi kimi alıb. Emilin bu cinayət başçısı ilə dostluq münasibəti saxladığı iddia edilir.
Qeyd olunur ki, Marsel Həsənov əvvəllər quldurluq cinayətinə görə məhkum olunub. Sverdlovsk vilayətində cəza çəkərkən o, kriminal avtoritet statusu alıb.
2016-cı ildə azadlığa çıxandan sonra Həsənov bəzi mənbələrə görə kriminal aləmdən olan insanları ətrafına toplamağa başlayıb. 2019-cu ildən mütəmadi olaraq hüquq-mühafizə orqanlarının diqqətinə düşüb.
2022-ci ildə Yekaterinburqda "toplantı" zamanı Həsənov döyülüb. 2023-cü ildə polis onu saxlasa da, tezliklə buraxıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları həbsi "müntəzəm qabaqlayıcı əməliyyat tədbiri" adlandırıblar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1845 Tarix: 20 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq
Bakının Sabunçu rayonu, Yeni Ramana küçəsində təmir işləri aparılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bununla əlaqədar bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq
26 oktyabr"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb
Kriminal aləmdə "Piter Elçin" ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu öldürməkdə təqsirləndirilən Murad Quluzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən son iclasda qərar ela
26 oktyabrOnların pensiyası sabit əlavələrlə ARTIRILACAQ
"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı
25 oktyabrMəktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?
Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını
26 oktyabrDirektorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi
26 oktyabrÇıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Azərbaycanda çıxarışı olmayan evlər və torpaq sahələri mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından bir çox vətəndaş üçün aktual problem olaraq qalır. Sənədləşdirilməmiş əmlakın alqı-satqısı, vərəsəlik yolu ilə ötürülməsi və digər hüquqi əməliyyatlar zamanı çətinliklər yarana, mülkiyyət hüququnu
26 oktyabrBakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə
26 oktyabr