Damla polisə çağırılıb - Köməkçisi AÇIQLADI

Damla polisə çağırılıb - Köməkçisi AÇIQLADITürkiyədə qanunsuz mərc oyunlarına təşviq edənlərə qarşı əməliyyat keçirilməsi Azərbaycanda da oxşar vəziyyəti gündəmə gətirib. Türkiyədə olduğu kimi, Azərbaycanda da bəzi məşhur simalar "1Xbet", "Mostbet", "Pin-up", "10lineloto" kimi qanunsuz mərc və şans oyunları platformalarını reklam edirlər. Aktyor Azər Aydəmir, influenserlər Banu Al, Xatirə Yüzbəyova, Nərmin Xankişiyeva, Mehin Oqtaylı, Günel Hüseynova, eləcə də müğənnilər Damla, Elgün Hüseynov və Qumral kimi tanınmış şəxslər sosial media vasitəsilə bu cür oyunları təbliğ edirlər.

Qanunsuz mərc və şans oyunları şirkətləri vətəndaşları aldatmaqla yanaşı, vergidən yayınmaq və dövriyyələrini gizlətməklə dövlətə də ciddi ziyan vururlar. Azərbaycan hüquq-mühafizə orqanları qanunsuz mərc və şans oyunlarına qarşı mübarizə aparmaqdadır və həyata keçirilən əməliyyatlar nəticəsində belə fəaliyyətləri təşkil edən şəxslər saxlanılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məsələ ilə bağlı bildirib ki, internet resursları, eləcə də informasiya telekommunikasiya şəbəkələrindən istifadə etməklə qanunsuz olaraq qumar və mərc oyunları təşkil edən şəxslərlə bağlı polisə daxil olan hər bir müraciət araşdırılır: "Elə bunun sübutu kimi bir müddət əvvəl Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı həyata keçirdiyi genişmiqyaslı əməliyyatı qeyd etmək olar. Həmin tədbir zamanı sosial şəbəkələrdə kazino, qumar və mərc oyunları təşkil edən dəstənin başçıları da daxil olmaqla, bu qanunsuz əməlləri təşkil və təbliğ edən 30 nəfərə yaxın şəxs saxlanılıb".

Azərbaycan qanunlarına əsasən:

32.5. İdman mərc oyunlarının, lotereyaların reklamında aşağıdakılar qadağandır;

32.5.1. yetkinlik yaşına çatmayanlara müraciət olunması;

32.5.2. bu cür oyunlarda, lotereyalarda iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikrinin yaradılması;

32.5.3. oyunlarda və lotereyalarda qazanc əldə edilməsinə zəmanət verilməsi, idman yarışlarında tərəflərdən birinin uduş ehtimalının artması ilə bağlı məlumatın təqdim olunması;

32.5.4. oyunlarda və ya lotereyalarda iştirak etməyənlərin nüfuzdan salınması.

32.6. İdman mərc oyunlarının, lotereyaların reklamı telekommunikasiya, kütləvi informasiya, nəqliyyat vasitələrində, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə bilər. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.

32.7. Keçirilməsi "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş idman mərc oyunlarının və "Lotereyalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş lotereyaların reklamına yol verilmir.

Ekspertlər qeyd edirlər ki, bu kimi fəaliyyətlərin cəmiyyət üzərində təsiri təkcə iqtisadi deyil, həm də mənəvi baxımdan dağıdıcıdır. Xüsusilə gənc nəsil bu oyunların asılılığına düşərək, həm vaxtını, həm də pulunu itirir, ailə münasibətlərində və şəxsi həyatında problemlər yaşayır. Buna görə də qanunsuz mərc və qumar oyunlarının təbliğatına qatılan məşhur şəxslərin məsuliyyəti daha da artır. Cəmiyyət onlardan nümunəvi davranış gözləyir və belə fəaliyyətlərin əleyhinə çıxmalarını tələb edir.

Hüquq-mühafizə orqanları isə bu məsələyə qarşı daha sərt tədbirlər görməyi, həm qanunsuz platformaların fəaliyyətini dayandırmağı, həm də onların təbliğatçılarını məsuliyyətə cəlb etməyi planlaşdırır. Qanunsuz mərc və şans oyunları ilə mübarizədə cəmiyyətin bütün təbəqələrinin birgə hərəkəti vacibdir.

Xatırladaq ki, bir neçə il əvvəl də bir sıra məşhurların mərc oyunlarını təbliğ, reklam etdiyi barədə məlumatlar yayılmışdı. Onların arasında Damla, Sevil və Sevinc bacıları, Kamil Zeynallı, Afaq Aslan, Feyruz Məmmədov, Nadir Qafarzadə və digərlərinin adları çəkilirdi. Şikayətlər var idi ki, bu məşhurlarla bağlı niyə tədbirlər görülmür? Bəs indi hüquq-mühafizə orqanları adları hallanan məşhurlardan kimləri araşdırır?

Milli.Az xəbər verir ki, adı qanunsuz mərc oyunlarının reklamı ilə bağlı hallanan müğənni Damlanın prodüseri Şamil İbrahimov iddialara cavab olaraq "Yeni Müsavat"a açıqlamasında bildirib: "İndi yayılan məlumat yanlışdır. Bu məsələ 4 il əvvəl olub. Belə ki, pandemiya yeni başlamışdı, işsiz vaxtlarımız idi və müğənni Damla həmin mərc oyunları ilə bağlı videoya çəkilmişdi. Biz bilmirdik ki, bu məsələ qadağandır, qeyri-qanunidir. Buna görə müğənni Damlanı hüquq-mühafizə orqanlarına çağırdılar, Nərimanov Rayon Məhkəməsində iş qaldırıldı, cərimə kəsildi. Cəriməni ödədik, bildirdik ki, bir də belə olmayacaq və bir daha təkrarlamadıq. Onu da qeyd edim ki, Nərimanov Rayon Məhkəməsində Nadir Qafarzadə, Sevinc-Sevil bacıları və digər mərc oyunları ilə bağlı paylaşımlar edənlər də vardı. Yəni mətbuatda indi yayılan məlumatlar 4 il əvvəlki məlumatlardır".

Adı hallanan aktyor Azər Aydəmir Bizim.media-ya açıqlamasında heç vaxt bu cür reklam etmədiyini və etmək fikri olmadığını qeyd edib: "Mən elə bir şey etməmişəm, adım orada səhvən hallanıb. Orada bir- iki həmkarımın və Xatirə Yüzbəyovanın da adı var. Mən inanmıram ki, o da belə bir şey etsin. Mənə elə gəlir ki, bu ümumi məlumat səhvidir. Vaxt keçəcək biləcəyik. Yəqin adları qarışdırdıqları üçün üzr istəyərlər"./"Yeni Müsavat"


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 760   Tarix: 22 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Sürdüyüm maşından artığını sürə bilmirsən, evimdən artıq evdə oturmursan"

Müğənnilər Şəbnəm Tovuzlu və Nigar Camal arasında yaşanan qalmaqal yenidən pik həddə çıxıb. istinadən xəbər verir ki, "Gün ortası" verilişində qonaq olan Tovuzlu həmkarı Nigarın atmacalarına sərt şəkildə qarşılıq verib. Sinəsinə döyən müğənni ona meydan oxuyub. Etdikləri ilə öyünən Tovuzl

21 noyabr
.

Özcan Deniz və Mert Yazıcıoğlunun illər öncəki görünüşü görənləri təəccübləndirib - FOTO

Özcan Dəniz sosial media hesabında "Kızıl Goncalar" serialındakı rol yoldaşı Mert Yazıcıoğlu ilə illər əvvəl çəkilmiş şəklini paylaşıb. xarici mediaya istindən xəbər verir ki, 2013-cü ildə yayımlanan "Karagül" serialında birlikdə çəkilən ikilinin fotosu izləyənləri keçmişə apardı

21 noyabr
.

Müşfiq Şahverdiyev hakim qarşısında - Qərar verildi

Aktyor, ssenarist Müşfiq Şahverdiyev məhkum olunub. -a istinadən bildirir ki, -nun aktyora yaxın mənbələrdən əldə etdiyi məlumata görə, "Cinemazadeh" şirkətinin rəhbəri Cəfər Axunzadə komediya aktyorunu məhkəməyə verib. Belə ki, həmin şəxs Müşfiq Şahverdiyevin Cinayət Məcəlləsinin 147- (Böhtan

19 noyabr
.

"Hürrəm Sultan" ekranlara qayıdır!

Bir zamana damğasını vuran, izlənmə rekordları qıran "Muhteşem Yüzyıl" serialında Hürrəm Sultan obrazı ilə yadda qalan Məryəm Üzərli ekranlara qayıdır. türk mediasına istinadən xəbər verir ki, məşhur aktrisa uzun fasilədən sonra "Şakir Paşa Ailəsi" serialında rol alıb. Mövsümün ə

19 noyabr
.

"Mənim gəlinim oğluma qulluq etməlidir" - VİDEO

Aparıcı Xoşqəm Hidayətqızı arzusunu dilə gətirib. xəbər verir ki, sosial şəbəkə hesabından canlı yayım açan teleaparıcı görmək istədiyi gəlindən danışıb. Oğluna yaraşdırdığı xanımı təsvir edən Xoşqədəm onun gözəlliyini önəmi olmadığını deyib:. "Üz gözəlliyini neynirəm? "Doğramac" yeyəcəyə

17 noyabr
.

Nəfəsin oğluna təhlükəli xəstəliyin diaqnozu qoyuldu: "Özümə gələ bilmirəm" - VİDEO

Müğənni Nəfəsin oğluna həkimlər "osteoporoz" diaqnoz qoyublar. xəbər verir ki, bu barədə o, "Rəngarəng" verilişində danışıb. "Sümük əriməsi" adalan diaqnozundan xəbər tutan müğənni özünə gələ bilmir

17 noyabr
.

"Bu ətri mənə Cennifer Lopez göndərib"

Müğənni Mətanət Əsədova açıqlaması ilə diqqət çəkib. OLAY-a istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Bir gün" verilişində vurduğu bahalı və lüks ətrindən danışıb. Mətanət deyib ki, həmin ətri ona dünya pop səhnəsinin ulduzu Cennifer Lopez göndərib: . "Bu ətri verim hamı vursun

18 noyabr
.

Xəyyam müğənniləri toydan uzaqlaşdırır?

Əməkdar artist Xəyyam Nisanov bəzi həmkarlarının onunla bağlı dediklərinə cavab verib. Axşam.az xəbər verir ki, bir çox müğənni Xəyyamın onları toydan uzaqlaşdırdığını iddia edib. Sənətçi "Özəl" proqramında aparıcı Kazım Sübhanın "Deyirlər, Xəyyam toyda monopoliya yaradıb" sözlərin

18 noyabr
.

"Ərim toy süfrəsindəki kişmişi, fındığı da yeyir"

"Bəzi şadlıq sarayında işləyənlərə halaldır. Uşalqarıma kiçik toy edəndə vedrə, qazanla gəlmişdim ki, nə qalsa aparacağam. Gördüm ki, nə qalıbsa, ofisiantlar aparıb mətbəxə. Ofisiant evə aparsa, halal xoşu. Amma administratorlar yığır vedrəyə ki, sabah məclisdə qoysunlar masaya". axşam.az-

22 noyabr