Dünyanın ən bahalı zibil torbasının dəyəri 780 milyon dollara çatdı

Dünyanın ən bahalı zibil torbasının dəyəri 780 milyon dollara çatdıDünyanın ən bahalı zibil torbasının dəyəri 780 milyon dollara çatıb. Söhbət təxminən 10 il əvvəl 39 yaşlı Ceyms Hovelsin tanışının atdığı və içində 8 000 "Bitcoin"lə sərt diskin olduğu zibil torbasından gedir. Hazırda cihaz Uelsin Nyuport şəhəri yaxınlığındakı zibilliyin dibində yatır.

Oxu.Az-ın məlumatına görə, bu barədə "LADbible" xəbər verib.

Bildirilir ki, Ceyms sərt diski tapmaq üçün təxminən 1,5 milyon ton zibilin içində eşələnməyə hazırdır. 2013-cü ildə bütün bunlar baş verəndə onun 8 000 "Bitcoin"i təxminən 4 milyon funt sterlinq dəyərində qiymətləndirilirdi, lakin indi məzənnə artıb və kriptovalyutanın dəyəri 600 milyon funt sterlinqdən (780 milyon dollar) çox olub.

Sərt disk tamamilə təsadüfən zibilliyə düşüb: Ceyms kompüterini yeniləyəndə onu masanın üstünə qoyub. Görünür, səhvən cihaz torbaya, sonra da zibilliyə düşüb.

Zərərçəkən dəfələrlə şəhər şurasına müraciət etsə də, onunla görüşmək istəmirlər. Şura bildirib ki, lisenziya icazəsinə əsasən, qazıntı işləri mümkün deyil. Hətta hər hansı təşkilat Ceymsə zibilin içində eşələnməyə icazə versə belə, bu ətraf mühitə böyük təsir göstərəcək.

O, bir neçə dəfə şuraya ictimai layihələrin maliyyələşdirilməsi üçün "Bitcoin"lərin faizini köçürməyi təklif etsə də, rədd cavabı alıb. Buna görə də o, şəhər şurasını məhkəməyə verib.

İş 2024-cü ilin dekabrında hakimə təqdim edilməlidir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1043   Tarix: 22 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İsmayıl Kartal yenidən "Fənərbaxça"nın baş məşqçisi oldu

İsmayıl Kartal yenidən "Fənərbaxça"nın baş məşqçisi təyin olunub. Türkiyə mediasına istinadla bildirir ki, mütəxəssis ümumilikdə 4-cü dəfə klubun baş məşqçisi təyin edilib. Bu barədə klubun televiziyası açıqlama yayıb. Qeyd edək ki, İsmayıl Kartal köməkçi məşqçi kimi "Fənərbaxça"

18 iyun
.

Böyük Britaniyada tarixi tapıntı - FOTO

Böyük Britaniyanın Çelmsford şəhərindəki "Nyu-Holl" məktəbinin ərazisində Tüdor dövrünə aid tunellər aşkar edilib. Bu tunellərin VII Henrinin itirilmiş Bolye sarayı ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Tapıntı artıq arxeoloqların diqqətini cəlb edib, çünki bu, İngiltərənin ən vacib XV

17 iyun
.

Niyə əsnəyirik? - Beyin haqqında bildiklərinizi dəyişəcək 3 elmi fakt

Bir çoxumuz əsnəməyi yorğunluq, yuxusuzluq və ya darıxmaqla əlaqələndiririk. Hətta uzun illər alimlər belə hesab edirdi ki, insan daha çox oksigen almaq üçün əsnəyir. Lakin müasir elmi araşdırmalar göstərir ki, bu fikir tam doğru deyil. Əslində, əsnəmənin səbəbləri daha mürəkkəbdir və beynin fəaliyyət

16 iyun
.

Telefonun batareya ömrünü necə artıraq?

Smartfonun batareya ömrünü daha da uzatmaq üçün onun performans profillərini tənzimləmək tövsiyə olunur. -a istinadən xəbər verir ki, bu barədə "MakeUseOf" portalı məlumat yayıb. Bildirilir ki, bir çox "Android" cihazında standart olaraq "normal" və ya "yüksək məhsuldarlıq"

14 iyun
.

Yaponlar niyə kökəlmir? - Kömək edən vərdişlər

Yaponların arıq qalmasının sirri möcüzəvi pəhrizdə deyil, sağlam həyat tərzini əks etdirən gündəlik vərdişlərdə gizlənir. Kiçik porsiyalarla qidalanmaq, balanslı rasiona üstünlük vermək, bol balıq və tərəvəz istehlak etmək, hər gün fiziki aktiv olmaq və şirniyyatdan ölçülü istifadə etmək onlara uzu

14 iyun
.

Səyahət öncəsi qidalanma QAYDALARI

Yola çıxmağa və ya təyyarəyə minməyə bir neçə saat qalmış qida seçiminə daha diqqətlə yanaşmaq, xüsusən də şirin xəmir məmulatları və kələmdən imtina etmək məsləhətdir. xəbər verir ki, bu barədə -ya mütəxəssis-nutrisioloq Marina Jiqulskaya məlumat verib. Ekspert səfər öncəsi qidalanma ilə bağlı aşağıdak

14 iyun
.

Fransada futbolçu danışılmış oyunlara görə saxlanıldı

Fransanın "Nitsa" klubunun və Fil Dişi Sahilinin millisinin futbolçusu Vahi dünya çempionatı başlamazdan əvvəl danışılmış oyunlarda iştirak etmək şübhəsi ilə Fransa polisi tərəfindən saxlanılıb. xarici KİV-ə istinadla bildirir ki, 23 yaşlı futbolçu mayın 17-də "Mets"ə qarşı keçirilə

18 iyun
.

Cəsarəti ilə diqqət çəkdi: İlanları belə tutdu - VİDEO

Türkiyənin Hatay vilayətində "İlançı Kemal" kimi tanınan Kemal Başer diyaliz xəstəsi olan bir ailənin evinə girməyə çalışan 2 qara ilanı zərərsizləşdirib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, o, uzun sürən mübarizədən sonra ilanların gizləndiyi yerdən çıxararaq onları tutmağ

16 iyun
.

Oyun başlamazdan əvvəl cadu etdilər? Dünya Çempionatında olay görüntü! - VİDEO

2026-cı il Dünya Çempionatının L qrupunda keçirilən Qana-Panama qarşılaşması təkcə nəticəsi ilə deyil, tribunalarda qeydə alınan görüntülərlə də gündəm olub. xarici mediaya istinadla xəbər verir ki, Kanadanın Toronto şəhərində baş tutan oyunda Qana Panamanı 90+5-ci dəqiqədə Caleb Yirenkyinin vurduğ

18 iyun