Elektrikli maşınları kabelsiz şarj edə biləcəyik
Elektrikli avtomobillərin şarj prosesini daha rahat və dəqiq etmək üçün yeni texnoloji həll təqdim olunub.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Osaka Universiteti, Tokai Rika şirkəti və Kaliforniya Universitetinin San-Dieqo kampusundan olan mütəxəssislər avtomobillərin simsiz enerji doldurma platformasında düzgün mövqelənməsinə imkan verən sistem hazırlayıblar.
Yeni texnologiya sayəsində sürücülər avtomobili hər hansı kabelə qoşmadan, xüsusi şarj platformasının üzərində saxlamaqla enerji yığa biləcəklər. Bunun üçün nəqliyyat vasitəsinin platformada düzgün yerləşməsi vacibdir. Çünki cəmi bir neçə santimetrlik fərq belə enerji ötürülməsinin effektivliyinə mənfi təsir göstərə bilər.
Tədqiqatçılar bu çətinliyi aradan qaldırmaq üçün ultra genişzolaqlı radio rabitəsindən (UWB) yararlanıblar. Avtomobilin alt hissəsində yerləşdirilən dörd qurğu platformanın ətrafındakı antenalarla əlaqə quraraq maşının yerini və istiqamətini müəyyənləşdirir. Sistem eyni zamanda sürücüyə avtomobili hansı tərəfə və nə qədər hərəkət etdirməli olduğunu bildirir.
Laboratoriya sınaqlarının nəticələrinə əsasən, sistemin mövqeni müəyyənləşdirmə zamanı orta xətası 2,32 millimetr, istiqaməti təyin etmə xətası isə 0,25 dərəcə təşkil edib.
Yeni texnologiyanın elektrikli avtomobillərdə kabelsiz şarj prosesini daha dəqiq, əlçatan və rahat hala gətirəcəyi gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 118 Tarix: 29 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEvin divarlarındakı qara ləkələr - Gizli ölüm riski
Qış aylarında bir çox evin divarlarında, xüsusilə pəncərə kənarlarında, hamam otaqlarında və mebel arxalarında qara ləkələr əmələ gəlir. Bəziləri bunu adi nəmişlik hesab edərək əhəmiyyət vermir, digərləri isə ləkələrin üzərini boya ilə örtməklə problemin həll olunduğunu düşünür. Halbuki divarlarda yarana
22 noyabrSoyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
Soyuducunun plastik səthinə hopmuş və xarab olmuş qidalardan yaranan ağır qoxuları kimyəvi vasitələr olmadan tamamilə aradan qaldırmaq üçün quru qəhvə çöküntüsündən istifadə etmək mümkündür. Limon niyə qalıcı həll deyil? Soyuducuya limon dilimləri qoymaq qoxunun əsas mənbəyini məhv etmir, sadəcə müvəqqət
28 noyabrYumurtaların üzərindəki rəqəmlər nə deməkdir? İlk rəqəmə diqqət edin
Marketlərdən alınan yumurtaların qabığına vurulan kodlar məhsulun hansı şəraitdə istehsal edildiyi barədə mühüm məlumat verir. xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, kodun ilk rəqəmi toyuğun yetişdirilmə üsulunu göstərir:. 0 ilə başlayanlar: Orqani
28 noyabrMikrodalğalı soba xərçəng yaradır?
Mikrodalğalı sobada qızdırılan yemək zərərlidirmi? - Çoxlarının qorxduğu məsələ. Bir çox evdə və iş yerində yeməkləri qızdırmaq üçün mikrodalğalı sobadan istifadə olunur. Bu cihaz vaxta qənaət etsə də, onun sağlamlığa təsiri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəziləri mikrodalğalı sobada qızdırıla
22 noyabrDəvələrin uzun müddət susuz yaşaya bilməsinin sirri
Dəvələrin səhrada uzun müddət susuz yaşaya bilməsi hər zaman insanlarda maraq doğurub. Uzun illərdir geniş yayılmış bir inanca görə, bu heyvanlar suyu hörgüclərində saxlayırlar. Lakin elmi məlumatlar göstərir ki, dəvənin hörgücündə su deyil, tamamilə başqa maddə toplanır. Dəvələrin səhranın ağır şəraitin
29 noyabrQəhvənin tərkibindəki maddənin bağırsaq iltihabına qarşı təsiri araşdırılıb
Qəhvə və bəzi digər bitkilərin tərkibində olan kofein turşusunun bağırsaqlarda iltihabı azaltmaq və onların qoruyucu baryerini möhkəmləndirmək potensialı aşkar edilib. xəbər verir ki, bu barədə Çinin alimlərinin "Phytomedicine" jurnalında dərc olunan araşdırmasında bildirilib. Tədqiqatçıla
25 noyabrTelefon suya düşəndə bu 4 səhvi etməyin
Smartfonun suya düşməsi və ya üzərinə maye tökülməsi ciddi problemlərə səbəb ola bilər. Belə vəziyyətdə cihazı xilas etmək üçün istifadə edilən bəzi məşhur üsullar isə əksinə, zərəri daha da artıra bilər. Xüsusilə telefonu düyünün içinə qoymaq, fenlə qurutmaq və dərhal enerji mənbəyinə qoşmaq təhlükəl
22 noyabr