Deputat dövlət büdcəsindən Lerik rayonunun yol infrastrukturunun yaxşılaşdırılması üçün də vəsaitin ayrılmasını xahiş edib

Deputat dövlət büdcəsindən Lerik rayonunun yol infrastrukturunun yaxşılaşdırılması üçün də vəsaitin ayrılmasını xahiş edib"Biz bu gün müstəqillik tariximizin ən böyük büdcə layihəsini müzakirə edirik.
Azərbaycan Respublikasının 2025-ci il üçün dövlət büdcəsinin gəlirləri 38316,0 milyon manat, xərcləri isə 41367,6 milyon manat proqnozlaşdırılır".

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Vasif Qafarov deyib.

Deputat qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılan transfert (14481,0 milyon manat) çıxılmaqla, dövlət büdcəsinin gəlirləri son 5 ildə 2 dəfəyə qədər artaraq, 2020-ci ildəki 12,5 milyard manatdan 23,8 milyard manata çatıb:

"Eyni zamanda, qeyri-neft-qaz sektorundan daxilolmaların ümumi dövlət büdcəsi gəlirlərindəki payı 2020-ci ildəki 43,3 faizdən (10,7 mlyard manat) 2025-ci ildə 51,0 faizə qədər yüksəlib, 19543,0 milyon manata çatıb. Bu uğurlar ölkədə iqtisadi dayanıqlığı artırır və uzunmüddətli dövr üçün iqtisadi artımı təmin edir. Bütün bunlar təqdirəlayiq hal kimi qiymətləndirilməlidir".

Deputat büdcə haqqında səslənən bütün müsbət fikirlərlə həmrəy olduğumu bildirərək seçicilərin ondan tələb etdiyi məsələləri də qeyd edib:

"Aparılan islahatlar nəticəsində rayonların gəlirləri son illərdə xeyli artmışdır. Hazırda 5 rayon istisna olmaqla 62 şəhər və rayonumuzun gəlirləri xərclərini üstələyir. Bu rayonlar artıq dotasiyadan asılı deyillər. Bir çox şəhər və rayonlarımızın, o cümlədən təmsil etdiyim Lerik rayonunun iqtisadi potensialı bu göstəricilərdən çox yüksəkdir.

Bu potensialı üzə çıxarmaq və ölkənin uzunmüddətli dövr üçün iqtisadi artımını təmin etmək üçün infrastruktur layihələrinin həyata keçirilməsinə ehtiyac var. Lerik rayonu ucqar dağ rayonudur. Relyefi, təbiəti və gözəl mənzərələri ilə böyük turizm potensialına malikdir.

2005-ci ildə 56 km-lik Lənkəran-Lerik avtomobil yolunun, 2012-ci ildə 26,5 km-lik Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun, 2018-ci ildə 27 km-lik Piran-Hamarat-Vıjaker avtomobil yolunun, 2019-cu ildə 21 km-lik Lerik-Şinəband-Orand-Nuravud-Zardəbərə yolunun inşa edilməsi, 2018-ci ildə 56 km-lik Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması bu yollar boyu turizm mərkəzlərinin yaradılmasına təkan vermiş, nəticədə bu turizm mərkəzləri və digər iqtisadi subyektlər hesabına Lerik rayonu dotasiya ilə yaşayan rayonlar siyahısından çıxmışdır. Eyni zamanda, bu turizm mərkəzləri rayonda işsiz əhalinin işlə təmin olunmasında mühüm rol oynamışlar.

Lerik rayonunda turizm potensialına görə heç də Lənkəran-Lerik yolu boyu ərazilərdən geri qalmayan bir çox ərazilər də vardır ki, o ərazilərə asfalt örtüklü avtomobil yollarının olmaması o yerlərin böyük turizm potensialından istifadəyə imkan vermir.

Bu ərazilər sırasında, 37,8 km-lik Əliabad-Gürdəsər-Kirəvud-Nücü-Vamazğon, 18 km-lik Piran-Veri Əliabadı-Veri, 10 km-lik 40-cı km-Əliabad, 25 km-lik Piran-Bürsülüm-Bobla, 14 km-lik Lerik-Mastayıl-Livədirqə-Laman avtomobil yollarının tikintisi adı çəkilən ərazilərdə turizmin inkişafına böyük təkan verəcək, bu da öz növbəsində həm büdcə gəlirlərinin artmasına, həm də həmin ərazilərdə yaşayan 30.000 nəfərə yaxın əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına töhfə verəcək.

Qeyd edim ki, adı çəkilən bu yolların layihə-smeta sənədləri bir neçə il bundan əvvəl hazırlanmışdır. Bu yollardan 37,8 km-lik Əliabad-Gürdəsər-Kirəvud-Nücü-Vamazğon avtomobil yolunun 2019-cu ildə tikintisi nəzərdə tutulsa da, bu yolun inşası indiyədək həyata keçirilməmişdir. Hansı ki, bu yol Lerik rayonunu Masallı rayonu ilə birləşdirir. Bu yolun inşası 20-dən çox kənddə iqtisadi həyatı canlandıracaq".

Daha sonra deputat dövlət büdcəsinin infrastruktur təyinatlı layihələrin məliyyələşdirilməsinə yönəldiriləcək xərclərində Lerik rayonunun yol infrastrukturunun yaxşılaşdırılması üçün də vəsaitin nəzərdə tutulmasını və bu məsələnin diqqətdə saxlanılmasını xahiş edib.

Eyni zamanda, deputat vurğulayıb ki, 2013-2017-ci illərdə Lerik rayonunda 30 min əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən 36 km-lik Noda-Şingədulan-Xanəgah avtomobil yolu inşa edilmişdir:

"Lakin bu yolun çəkilişi hələ tam başa çatdırılmadan avtomobil yolunda asfalt qatı sıradan çıxmış və yol dağılmışdır.
Bu yola baxış keçirən mütəxəssislərin verdiyi rəyə görə, yolun inşası zamanı tikinti-norma və qaydalarına əməl edilməmişdir.

Podratçı təşkilat "Yol tikintinəqliyyatservis" MMC tərəfindən tikintisi həyata keçirilən yolda yaranan qüsurların aradan qaldırılması üçün təşkilata tapşırıqlar verilmiş, yolun qısa vaxt ərzində tikinti norma və qaydalarına uyğun tikilib istifadəyə verilməsi tapşırılmışdır. Lakin yolda heç bir bərpa işləri həyat keçirilməmiş, yol keçilməz halda qalmışdır.
Üzərindən 10 ildən çoxc vaxt keçməsinə baxmayaraq, bu yol indiyədək təhvil alınmamış, podratçı şirkət isə çıxıb getmişdir.

Dövlət büdcəsindən 16,5 milyon manat vəsaitin ayrıldığı bu yolu inşa edən podratçı şirkət tərəfindən tikintinin qısa vaxt ərzində tikinti norma və qaydalarına uyğun tikilib istifadəyə verilməsini təmin etməyi xahiş edirəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 649   Tarix: 26 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qolları olmadığı üçün anasının imtina etdiyi körpənin ayaqlarında da problem var: Körpələr evinə verildi

Bakıda anasının imtina etdiyi körpənin fiziki məhdudiyyətləri yalnız qolları ilə bağlı olmayıb. -ın əldə etdiyi məlumata görə, iyunun 27-də dünyaya gələn körpənin ayaqları da inkişafdan qalıb. Həmçinin uşağın barmaqları bitişikdir. Məlumata görə, körpədə ümumilikdə bir neçə anadangəlmə fiziki məhdudiyyə

10 sentyabr
.

Dövlət bağçalarında yerlərin sayı artırılıb

"Dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib

11 sentyabr
.

700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər (VİDEO)

Avtomobilini satmaq istəyən şəxs dələduzluğun qurbanı olub. Paytaxt sakini Aslan Eyvazoğlu iddia edir ki, avtomobilini 10 min manata satışa çıxardıqdan sonra alıcı beh adı ilə onu aldadıb. Aslan Eyvazoğlu iddia edir ki, avtomobilini Zaur Baxşəliyev və Ayaz Məmmədov vasitəsi ilə Sənan İsayevə satıb. Şikayətç

11 sentyabr
.

Ali təhsilin 3 ilə endirilməsi: zamanın tələbi, yoxsa keyfiyyət üçün yeni sınaq?

Ali təhsil sistemində son illər müzakirəyə çıxarılan ən mühüm məsələlərdən biri bakalavr təhsilinin müddətinin üç ilə endirilməsi ideyasıdır. İlk baxışdan bu yanaşma sadə görünür: tələbə universiteti daha qısa müddətdə bitirir, əmək bazarına daha tez daxil olur və həm ailənin, həm də dövlətin təhsi

11 sentyabr
.

"Təhsil kreditlərinin sosial meyarları müəyyən edilərkən ailənin real gəliri nəzərə alınmalıdır" - DEPUTAT

Valideynin işləməsi heç də həmişə ailənin maddi imkanlı olması demək deyil. Təhsil krediti dəyərləndirilərkən bunu nəzərə almaq lazımdır. xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnarə Akimova parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında deyib. Onun fikrincə, reallığa baxdıqda hər ik

11 sentyabr
.

31° isti... - Sabahın havası

Sentyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq

10 sentyabr
.

Yeni təhsil qanununun qəbulu təklif edilir

Azərbaycanda ali təhsil sahəsində indiyədək qaldırılan və əsaslı hesab olunan məsələlərin nəzərə alınması üçün yeni təhsil qanununun hazırlanmasına ehtiyac var. xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov komitənin bugünkü iclasında çıxışı zamanı deyib. O bildiri

11 sentyabr
.

Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları

Bir gecədə milyonçu olmaq çoxlarının xəyalıdır. Amma böyük cekpotu qazandıqdan sonra daha maraqlı sual ortaya çıxır: bu qədər pulla nə etmək olar?. Dünyanın müxtəlif ölkələrində lotereyada böyük uduş qazanan insanların seçimləri göstərir ki, milyonlarla ölçülən sərvətin taleyi də onun sahibi qədər fərql

10 sentyabr
.

Park Bulvar"da yanğın təhlükəsi yaradan görüntülər: "Çağ Baku" restoranında nə baş verir?

Səbail rayonu, Neftçilər prospekti 42 ünvanında, Dənizkənarı Milli Park ərazisinə yaxın yerləşən "Park Bulvar"da fəaliyyət göstərən "Çağ Baku" restoranı ilə bağlı "Real Azərbaycan"a narahatedici məlumat daxil olub. Mənbənin iddiasına görə, restoranda gənclərin əyləncəs

11 sentyabr