Bu şəxslərin pensiyaları ilə bağlı AÇIQLAMA: 6 aylıq maaş həcmində...

Bu şəxslərin pensiyaları ilə bağlı AÇIQLAMA: 6 aylıq maaş həcmində...Diplomatlara yeni güzəştlər: Pensiyada 6 aylıq maaş həcmində birdəfəlik ödəniş veriləcək
Milli Məclisdə müzakirə olunan "Diplomatik xidmət haqqında" qanun layihəsinə təklif edilən yeni dəyişikliklər ölkənin xarici siyasət idarəçiliyində mühüm mərhələnin əsasını qoyur. Layihəyə əsasən, diplomatlara pensiyaya çıxarkən orta aylıq maaşlarının 6 misli həcmində birdəfəlik ödünişin verilməsi və maaş strukturuna yeni əlavələrin daxil edilməsi nəzərdə tutulur.

Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən siyasətçi, Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, sözügedən dəyişikliklər Azərbaycanın diplomatik xidmət sisteminin institusional inkişafı və peşəkar kadr potensialının gücləndirilməsi baxımından olduqca müsbət addımdır.

Elçin Mirzəbəyli vurğulayıb ki, diplomatik xidmət digər dövlət qulluğu sahələrindən köklü şəkildə fərqlənir və bu peşə sahiblərinin çiyinlərinə böyük məsuliyyət qoyur:

"Diplomatik xidmət yüksək məsuliyyət, xüsusi hazırlıq, xarici ölkələrdə fəaliyyət, ailədən və doğma sosial mühitdən uzun müddət uzaqda qalmaq kimi əlavə yük və məhdudiyyətlərlə müşayiət olunur. Bu baxımdan diplomatlara pensiyaya çıxarkən orta aylıq əməkhaqlarının altı misli həcmində birdəfəlik ödənişin verilməsi onların sosial təminatının yaxşılaşdırılmasına xidmət edən mühüm addımdır. Diplomatların sosial müdafiəsinin gücləndirilməsi həm beynəlxalq praktikaya, həm də dövlət maraqlarına tamamilə uyğun yanaşmadır".

Onun sözlərinə görə, qanun layihəsində maaş strukturuna yeni əlavələrin daxil edilməsi peşənin cəlbediciliyini artıran əsas amillərdən biridir. Müasir dövrdə diplomatiyanın funksiyası vizual olaraq dəyişib və daha çoxşaxəli xarakter alıb:

"Müasir diplomatiya yalnız protokol fəaliyyəti deyil, həm də geosiyasi proseslərin idarə olunmasını tələb edir.

Bu sahə iqtisadi diplomatiya, informasiya təhlükəsizliyi, beynəlxalq hüquq və strateji kommunikasiyalar üzrə yüksək ixtisaslı kadrların fəaliyyətinə söykənir.

Rəqabətqabiliyyətli əməkhaqqı və sosial təminat mexanizmləri peşəkar mütəxəssislərin sistemdə qalmasını təmin edir və beyin axınının qarşısını alır".

Azərbaycanın son illərdə həyata keçirdiyi fəal və çoxşaxəli xarici siyasət xəttinə diqqət çəkən E.Mirzəbəyli, xüsusilə postmünaqişə dövrünün gətirdiyi yeni reallıqları xatırladıb:

•Regionda yaranmış yeni geosiyasi mühit;

•Beynəlxalq təşkilatlarla intensivləşən əməkdaşlıq;

•İqtisadi və enerji diplomatiyasının miqyasının genişlənməsi.

Deputat qeyd edib ki, bütün bu faktorlar diplomatik korpusun üzərinə əlavə vəzifələr qoyur:

"Bu səbəbdən diplomatik xidmətin maddi və sosial təminatının gücləndirilməsi dövlətin xarici siyasət imkanlarının genişləndirilməsi baxımından da strateji əhəmiyyət daşıyır".

Elçin Mirzəbəyli yekunda qeyd edib ki, bu qanun layihəsi sadəcə rəqəmlərdən ibarət sosial dəstək paketi kimi qəbul edilməməlidir:

"Hesab edirəm ki, sözügedən dəyişikliklər yalnız sosial xarakterli tədbir kimi deyil, həm də peşəkar diplomatik korpusun formalaşdırılması, təcrübəli kadrların sistemdə saxlanılması və gənc mütəxəssislərin diplomatik xidmətə cəlb olunması məqsədinə xidmət edən institusional islahat kimi qiymətləndirilməlidir. Uzunmüddətli perspektivdə bu addımlar Azərbaycanın diplomatik xidmətinin səmərəliliyinin artırılmasına ciddi müsbət təsir göstərəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4046   Tarix: 14 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

1 noyabr
.

Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir

31 oktyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

Abramoviçin Bakıdan fotosu - Bu dəfə tək deyil

Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıdadır. "Qafqazinfo" xəbər verir ki, o, paytaxtımızda sevgilisi kimi təqdim edilən ukraynalı model Natalya Qotsiylə birlikdə görüntülənib. -ın məlumatına görə, Abramoviçin Bakıya səfərinin "Baku International Art Festival" (BIAF) ilə əlaqəl

31 oktyabr
.

Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman

31 oktyabr
.

​"Niyə Ağdamda mənə ev düşmür?" dedi - Sahibə Qafarova etiraz etdi

"Ağdamda atamın 6 otaqlı evi olub, amma 5 bacı, 2 qardaşıq və bizə Ağdamda ev düşmür". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. "Həmkarım Bəxtiyar Əliyevə və qardaşlarına da ev düşmür. Niyə? Ağdamda böyü

30 oktyabr
.

Gələn il maaşlar BU QƏDƏR ARTACAQ

2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını

1 noyabr
.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31 oktyabr