Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR

Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏRAzərbaycanda son illər sosial müdafiə tədbirlərinin genişləndirilməsi istiqamətində müxtəlif addımlar atılsa da, minimum pensiya alanlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslər üçün ödənişlərin artırılması məsələsi hələ də aktuallığını qoruyur.

Dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması və məvacib sistemində nəzərdə tutulan dəyişikliklər fonunda sosial həssas qrupların rifahının yaxşılaşdırılması üçün yeni qərarlar verilə bilərmi?

Mövzu ilə bağlı "konkret.az"a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, ölkədə aztəminatlı sosial təbəqənin əməkhaqlarının, pensiyalarının və digər sosial ödənişlərinin artırılması üçün iqtisadi imkanlar mövcuddur.

Onun sözlərinə görə, regionda baş verən hərbi qarşıdurmalar, Körfəz bölgəsindəki gərginlik və İran-ABŞ münasibətlərindəki qarşıdurma dünya bazarında neft qiymətlərinin yüksək səviyyədə qalmasına səbəb olub:

"Hazırda neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulan göstəricidən xeyli yüksəkdir. Bu isə həm neft gəlirlərinin, həm Dövlət Neft Fondunun daxilolmalarının, həm də ümumilikdə büdcə gəlirlərinin artmasına şərait yaradır. Proqnozlaşdırılmayan əlavə gəlirlərin formalaşması büdcəyə yenidən baxılması və sosial xərclərin artırılması imkanlarını genişləndirir".

İqtisadçı hesab edir ki, ilin sonuna qədər minimum əməkhaqqı və minimum pensiya ilə bağlı artımların şahidi olmaq mümkündür:

"Hazırkı iqtisadi vəziyyət həm iri infrastruktur layihələrinin həyata keçirilməsinə, həm də sosial xərclərin artırılmasına imkan verir. Bu baxımdan minimum əməkhaqqı, minimum pensiya, sosial müavinətlər və digər sosial ödənişlərin artırılması üçün əlverişli şərait mövcuddur".

R.Abbasbəyli qeyd edib ki, qanunvericiliyə edilən dəyişikliklər dövlət büdcəsinə il ərzində yenidən baxılması imkanını da genişləndirib:

"Artıq qanunvericilikdə dövlət büdcəsinə ildə ən azı bir dəfə yenidən baxılması mexanizmi nəzərdə tutulur. Bu, həm gəlir proqnozlarının, həm də xərclər üzrə maddələrin yenilənməsinə şərait yaradır. Belə dəyişikliklər çərçivəsində həm infrastruktur layihələrinin maliyyələşdirilməsi, həm də sosial xərclərin artırılması planlaşdırıla bilər. Azərbaycan hökumətinin bunun üçün kifayət qədər maliyyə imkanları var".

Ekspert əlavə edib ki, gələcəkdə saatlıq əməkhaqqı mexanizminin tətbiqi və vahid ştat cədvəlləri üzrə dəyişikliklər də əməkhaqqı, pensiya və sosial yardım məbləğlərinin artırılmasına müsbət təsir göstərəcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 9618   Tarix: 14 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

1 noyabr
.

Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir

31 oktyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

Abramoviçin Bakıdan fotosu - Bu dəfə tək deyil

Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıdadır. "Qafqazinfo" xəbər verir ki, o, paytaxtımızda sevgilisi kimi təqdim edilən ukraynalı model Natalya Qotsiylə birlikdə görüntülənib. -ın məlumatına görə, Abramoviçin Bakıya səfərinin "Baku International Art Festival" (BIAF) ilə əlaqəl

31 oktyabr
.

Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman

31 oktyabr
.

​"Niyə Ağdamda mənə ev düşmür?" dedi - Sahibə Qafarova etiraz etdi

"Ağdamda atamın 6 otaqlı evi olub, amma 5 bacı, 2 qardaşıq və bizə Ağdamda ev düşmür". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. "Həmkarım Bəxtiyar Əliyevə və qardaşlarına da ev düşmür. Niyə? Ağdamda böyü

30 oktyabr
.

Gələn il maaşlar BU QƏDƏR ARTACAQ

2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını

1 noyabr
.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31 oktyabr