Neçənci mərtəbədə yaşamaq daha münasibdir? – Həkim məsləhəti
Birinci mərtəbələrdə yaşayan insanlar daha çox ağciyər xəstəlikləri və immunitetin zəifləməsi, yuxarı mərtəbələrdə yaşayanlar isə baş ağrıları, qan təzyiqi və ürək ritminin pozulması halları ilə rastlaşır.
Sonxeber.az axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı həkim terapevt Şirin Orayeva hündürmərtəbəli binalarda yaşamaqla bağlı risklərdən danışarkən deyib.
Mütəxəssisin sözlərinə görə, birinci və ikinci mərtəbələrdə yaşamağın təhlükəsi zirzəmiyə yaxınlığıdır, burada göbələk və kif olur. Yolların yaxınlığında avtomobil qazlarının yığılması, həmçinin isti havalarda asfaltdan çıxan toz və buxarlar da zərərlidir.
Yeddinci mərtəbədən yuxarı mərtəbələrə gəlincə, burada sənaye müəssisələrinin tüstüsü və elektromaqnit şüalanması sakinlər üçün təhlükə yaradır.
"25-ci mərtəbə və ondan yuxarı ekstremal hündürlükdə olan mərtəbələrdə yaşamaq yüksək vibrasiya səviyyəsi, atmosfer təzyiqinin dəyişkənliyi və liftin sürətli hərəkəti zamanı yaranan yüklənmələr səbəbindən təhlükəlidir", -Orayeva bildirib.
Həkim qeyd edib ki, tibbi baxımdan birinci və yeddinci mərtəbələr arasında olan aralıq optimal hesab olunur. Bu mərtəbələrdə lift xarab olsa belə, yüksək mərtəbəyə qalxmaq lazım deyil, həyətdə oynayan uşağa nəzarət etmək rahatdır, həmçinin səs-küy, rütubət və çirklənmə daha azdır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2005 Tarix: 01 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qayğanağı yumşaq edən sadə sirr
Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt
4 oktyabrAzərbaycanda ən gənc müəllimin neçə yaşı var?
2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib
4 oktyabrSmartfonların sürətli şarj edilməsinin sirri
Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şar
4 oktyabrKərə yağını uzun müddət təzə saxlamağın yolları
Kərə yağının uzun müddət təzə, dadlı və ətirli qalması üçün onun düzgün saxlanılması vacibdir. Soyuducuda və dondurucuda bəzi sadə qaydalara əməl etməklə məhsulun keyfiyyətini daha uzun müddət qorumaq mümkündür. xarici mediaya istinadən xəbər verir ki, kərə yağı ilk baxışdan xüsusi saxlama şəraiti tələ
11 oktyabrZaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları
8 oktyabrPaltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə
4 oktyabrYüksək təzyiqin daha bir səbəbi məlum oldu
Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio
6 oktyabrPaltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?
Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind
12 oktyabr