Gürcüstan prezidentindən qeyri-qanuni addım: Vəzifəsindən əl çəkməyəcək

Gürcüstan prezidentindən qeyri-qanuni addım: Vəzifəsindən əl çəkməyəcəkGürcüstan Prezidenti Salome Zurabişvili bəyan edib ki, səlahiyyət müddətinin dekabrın 16-da başa çatmasına baxmayaraq, parlament "qeyri-legitim" olduğundan o, dövlət başçısı vəzifəsini tərk etməyəcək.

"Mən sizin prezidentiniz olaraq qalıram, qanuni parlament yoxdur, buna görə də qeyri-legitim parlament yeni prezident seçə bilməyəcək", - Zurabişvili televiziya müraciətində bildirib.

Qeyd edək ki, Gürcüstan parlamenti artıq prezident seçkisini dekabrın 14-nə, andiçmə mərasimini isə dekabrın 29-na təyin edib. Hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyası deputat Mixail Kavelaşvilini prezidentliyə namizəd kimi göstərib.

Gürcüstan prezidenti ilk dəfə olaraq ümumxalq səsverməsi ilə seçilməyəcək. Dövlət başçısı 300 nəfərdən ibarət seçicilər heyəti tərəfindən seçiləcək. Onun tərkibinə Gürcüstan parlamentinin bütün (150) deputatları, Acarıstan və Abxaziya Ali Şuralarının nümayəndələri, həmçinin yerli hakimiyyət orqanlarının deputatları daxil olacaq.

Hazırkı prezident Zurabişvili 2018-ci ildə vətəndaşların birbaşa səsverməsi ilə altı il müddətinə seçilib. Bundan sonra prezident 5 il müddətinə seçiləcək.(oxu.az)


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1262   Tarix: 01 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Quşların qışda donmamasının sirri: Bədən temperaturlarını aşağı salırlar

Quşların qış aylarında açıq havada, hətta sərt şaxtalarda belə gecəni donmadan keçirməsinin səbəbləri məlum olub. Məlum olub ki, bəzi quş növləri soyuqdan qorunmaq üçün həm davranışlarını dəyişir, həm də bədən temperaturunu aşağı salaraq enerjiyə qənaət edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə Norve

10 noyabr
.

G7 sammitinin gündəliyini açıqladı

ABŞ dövlət katibi Marko Rubio Parisdə keçiriləcək "Böyük Yeddilik" (G7) ölkələrinin xarici işlər nazirlərinin görüşündə BMT-də hesabatlılıq məsələlərini və süni intellekt sahəsində innovasiyaların inkişafını müzakirə etməyi planlaşdırır. Amerikalı ali diplomat bu barədə öz rəsmi "X"

9 noyabr
.

Adanada zəlzələ olub

Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib

9 noyabr
.

Şahzadə Uilyam və Keytin formasında tort hazırladı

Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya

8 noyabr
.

Rusiya 4 nəhəng şirkəti cərimələdi - Səbəb bu imiş

Rusiyada "Apple", "Google", "Telegram" və "Wikipedia"a 26,3 milyon rubl cərimə kəsilib. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi şirkət və təşkilatlara qarşı açılan işlər üzrə qərar qəbul edib. Məhkəməni

10 noyabr
.

Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi

Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın Jitomir vilayətində yerləşən Ovruc elektrik yarımstansiyası tamamilə sıradan çıxıb. UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ovruc şəhərinin meri İvan Korud məlumat verib. Merin sözlərinə görə, elektri

8 noyabr
.

Antalyada COP-31-in açılış mərasimi olub - FOTO

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı - COP31 bu gün öz işinə başlayıb. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, konfransın rəsmi açılış mərasimi keçirililib. Gün ərzində iqlim maliyyələşdirilməsi, texniki dəstək, iqli

9 noyabr
.

Əbu-Dabidəki danışıqlar fasilədən sonra bərpa olundu

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başlayıb. xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov məlumat yayıb. "Ukraynanın ilk görüşü Avropa və NATO nümayəndələri ilədir. ABŞ nümayəndələrinin də qoşulacağı gözlənilir", - o bildirib

10 noyabr
.

Merz Aİ-nin büdcəsində Ukraynaya dəstəyin əks olunmasını tələb edib

Almaniya kansleri Fridrix Merz Ukraynaya Avropa İttifaqının (Aİ) dəstəyinin qurumun növbəti yeddiillik büdcəsində tam şəkildə nəzərə alınmalı olduğunu bildirib. xəbər verir ki, bu barədə o, Berlində Macarıstanın Baş naziri Peter Magyarla birgə keçirdiyi mətbuat konfransında danışıb. Merzin sözlərin

10 noyabr