Atom bombasının yaradıcısının nəvəsindən nüvə silahı barədə məyusedici proqnoz

Atom bombasının yaradıcısının nəvəsindən nüvə silahı barədə məyusedici proqnoz"Bəşəriyyət heç vaxt nüvə silahından tam xilas ola bilməyəcək".

Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə dünyada ilk atom bombasının yaradıcısı, əfsanəvi fizik Robert Oppenheymerin nəvəsi Çarlz Oppenheymer bəyan edib.

O, Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin tədbirində çıxış edib.

"Düzünü desəm, biz ondan heç vaxt xilas olmayacağıq. Mən qarşıma ondan xilas olmaq məqsədi qoymuşdum. Lakin bu işlə nə qədər çox məşğul oluramsa, bu, mənə o qədər mümkünsüz görünür", - deyə o bildirib.

İxtirası tarixin gedişatını həmişəlik dəyişən alimin nəvəsi hesab edir ki, yaranmış vəziyyətdə aparıcı nüvə dövlətləri - Rusiya, Çin və ABŞ arasında əməkdaşlığın gücləndirilməsinə diqqət yetirmək daha praktikdir. Məhz konstruktiv dialoq, Çarlz Oppenheymerin fikrincə, gələcəkdə qlobal nüvə təhlükəsizliyinin təmin edilməsinin açarı ola bilər.

Qeyd edək ki, Çarlzın babası Robert Oppenheymer tarixə "atom bombasının atası" kimi daxil olub. Onun rəhbərliyi altında məxfi "Manhetten layihəsi" çərçivəsində dünyada ilk nüvə bombası yaradılıb və 1945-ci il iyulun 16-da Nyu-Meksiko ştatındakı poliqonda sınaqdan keçirilib. Bir aydan az müddətdə atom bombaları Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılıb və 200 mindən çox insanın həyatına son qoyub.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1147   Tarix: 04 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qarpız toxumu yemək olarmı? Dietoloqların cavabı təəccübləndirdi

Uşaqlıqdan bəri bir çoxumuz qarpız tumunu udmağın zərərli olduğunu eşitmişik. Lakin dietoloqlar bildirirlər ki, qarpız tumlarını udmaq tamamilə təhlükəsizdir və onlar sağlamlıq üçün bir sıra faydalı xüsusiyyətlərə malikdir. xarici mediaya istinadla xəbər verir ki, ABŞ Milli Qarpızın Təbliği Şurasını

18 iyun
.

Yaponlar niyə kökəlmir? - Kömək edən vərdişlər

Yaponların arıq qalmasının sirri möcüzəvi pəhrizdə deyil, sağlam həyat tərzini əks etdirən gündəlik vərdişlərdə gizlənir. Kiçik porsiyalarla qidalanmaq, balanslı rasiona üstünlük vermək, bol balıq və tərəvəz istehlak etmək, hər gün fiziki aktiv olmaq və şirniyyatdan ölçülü istifadə etmək onlara uzu

14 iyun
.

Niyə paltarları 90°C və ya 40°C-də yumaq düzgün deyil?

İnsanların əksəriyyəti illərdir paltarları 40C, bəzən isə 90C temperaturda yuyaraq bunun daha təmiz nəticə verdiyinə inanır. Lakin gigiyena və sağlamlıq üzrə mütəxəssislər bildirirlər ki, bu yanaşma hər zaman effektiv olmur, hətta geyimlərə və ailə büdcəsinə zərər verə bilər. Həkimlərin sözlərinə görə

17 iyun
.

Medina "Qarabağ"dan getdi

"Qarabağ" Kevin Medina ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klub göstərdiyi xidmətlərə görə futbolçuya təşəkkür edib. Qeyd edək ki, K.Medina 2020-ci ildən "Qarabağ"da çıxış edir. O, Ağdam klubunun heyətində 200-dən çox oyuna çıxıb, 6 dəf

17 iyun
.

Zeytun yağının xarab olduğunu göstərən əlamətlər

Zeytun yağı kulinariyada ən çox istifadə olunan məhsullardan biridir. Salat souslarının hazırlanmasından tutmuş tərəvəzlərin qızardılmasına və hətta çörəklə birlikdə istehlakına qədər geniş istifadə sahəsinə malikdir. Bununla yanaşı, zeytun yağının müxtəlif növləri və keyfiyyət dərəcələri mövcuddur

14 iyun
.

Yaponiyada qeyri-adi şirniyyat: Pişik tüklərini xatırladan şəkər pambığı satışa çıxarılıb - FOTO

Yaponiyanın "Necoichi" markası qeyri-adi şirniyyat istehsalına başlayıb. Bu, üçrəngli pişiklərin daranmış tük topalarını xatırladan şəkər pambığıdır. xəbər verir ki, bu barədə "SoraNews24" portalı məlumat yayıb. Məhsul "dadlı pişik xəzi" mənasını verən "Delicious Ca

16 iyun
.

Orqanizmdə xroniki iltihabı azaldan məhsullar

Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən qida məhsullarını açıqlayıblar. Aparılan tədqiqatlar göstərir ki, xroniki iltihab ürək-damar xəstəlikləri və diabet də daxil olmaqla, bir sıra ciddi problemlərin riskini artırır. "Healthline" portalına istinadən xəbə

17 iyun
.

Beynimiz iki işi eyni anda görə bilir - ABŞ-li alimlərdən yeni kəşf

ABŞ alimləri müəyyən ediblər ki, insan beyni eyni anda iki mürəkkəb tapşırığa diqqət yetirmək, yəni əsl çoxistiqamətli fəaliyyət (multitaskinq) göstərmək xüsusiyyətinə malikdir. xəbər verir ki, bu barədə "knife.media" məlumat yayıb. Əvvəllər alimlər daha çox qısamüddətli perspektivdə məlumatları

14 iyun
.

Nagihana nə içizdirdilər? "Survivor 2026"-da qalmaqal - VİDEO

"Survivor 2026" yarışmasında final üçlüyünə vəsiqə uğrunda keçirilən dörddəbir final duelində Sercan Yıldırım mübarizəni dayandırıb. O, güclü rəqibi Nagihan Karadereye məğlub olaraq yarışma ilə vidalaşıb. xarici mediaya istinadla xəbər verir ki, gərgin keçən qarşılaşmadan sonra böyük məyuslu

18 iyun