Dindar məhkumlara xüsusi rejim tətbiq olunması təklifinə münasibət bildirilib
Bu gün istintaq təcridxanalarında məhkumların şəraiti getdikcə yaxşılaşır, kamerada isti-soyuq su, televiziyaya baxmaq şəraiti var.
Sonxeber.az xəbər verir ki, bunu Hüquq və İnsan Haqları İnstitutunda keçirilən "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanuna dair hazırlanmış elmi-praktiki kommentariya layihəsinin müzakirəsi üçün dəyirmi masada Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin sabiq rəisi Malik Ələkbərov deyib.
O bildirib ki, dövlət məhkumların da şəraitinin yaxşılaşdırılmasına vəsait ayırır: "Qadağan olunmuş əşyaların dövriyyəsi cinayət tərkibi sayılır. Təklif edilir ki, biz bu cinayəti həbsdə saxlama yerlərinə şamil edək. Amma bunu etmək məqsədəmüvafiq deyil. Cinayət Məcəlləsinin 317-ci maddəsi ictimai təhlükə ilə bağlıdır. Bu, cəzaçəkmə müəssisəsinin idarəetməsinə mane ola bilər. Bu gün qadağan edilən əşya sayı 9 olsa da, ən çox istifadə edilən telefondur. Şəxsdən istintaq təcridxanasına gələndə ona qadağan olmuş əşya ilə bağlı xəbərdarlıq edilir".
Malik Ələkbərov dindar məhkumlarla bağlı təklifə də münasibət bildirib: "Layihədə onlara Ramazan bayramında xüsusi rejim tətbiq olunması təklif edilir, amma bu da məqsədəuyğun deyil. Çünki o, 4-də durub səhər imsak etsə, rejim pozula bilər. Bu təklifə yenidən baxılmalıdır".
Qeyd edək ki, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə hazırlanan layihədə dindar məhkumlarla bağlı ayrı rejimin tətbiq edilməsi ilə bağlı təklif olduğunu diqqətə çatdırıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1073 Tarix: 06 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Broyler toyuqlarının yumurtasının qiymətində artım müşahidə olunur. Satıcıların bildirdiyinə görə, son bir neçə gündə qiymətlər 5-7 qəpik yüksəlib və hazırda broyler yumurtası 20 qəpiyə satılır. Bundan başqa, kənd yumurtasının qiyməti də 50 qəpiyə qədər bahalaşıb. Bahalaşmanın səbəbi nədir? Ucuzlaşm
21 dekabr"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto
Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda
20 dekabr"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI
Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl
19 dekabrRəşad Dağlı Kərimin dəfninə əklil göndərdi - Foto
Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ötən gün vəfat edən həmkarı Ağakərimin (Kərim Novruzov) dəfninə əklil göndərib. "Qafqazinfo" xəbər verir ki, əklilin üzərində "Rəşad Dağlının adından əziz xatirəsinə" sözləri yer alıb. Mərhum meyxanaçı Maştağa qəbiristanlığında torpağa tapşırılıb
20 dekabrPensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...
"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə
21 dekabrBəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək
Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə
19 dekabrBelə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd
19 dekabr