İnternet vasitəsi ilə qumar oyunları təşkil edən qardaşlara hökm oxundu
Abşeron Rayon Məhkəməsində qumar oyunlarının təşkili və ya keçirilməsində təqsirləndirilən Zamiq Babayev, qardaşı Samir Babayev və onların qohumları Arif Həsənovun (hər üçünün ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Zamiq Babayev 2 il 6 ay və digərləri isə 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, həmin şəxslər internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunları təşkil edib.
Belə ki, Zamiq Babayev qardaşı Samir Babayev və qohumu Arif Həsənovla birgə 15 yanvar 2023-cü il tarixdə ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən idman mərc, loto və digər qumar oyunlarının şəxsiyyəti istintaqa məlum olmayan təşkilatçıları ilə əlaqə saxlayıb. O, onlardan "1XBet.com", "Fastloto.com" və digər internet saytlarında təşkil edilmiş qanunsuz idman mərc, loto və digər qumar oyunlarının oynanılması üçün istifadə edilə bilən kodlar alaraq öz adına həmin saytlarda istifadəçi hesabı və virtual kassalar yaradıb. Sonra həmin şəxslər mobil telefonlar vasitəsi ilə qeyd edilən saytlardakı hesab və virtual kassalardakı oyun kodlarının müştərilərə pul müqabilində satıblar. Eyni zamanda "İnstagram" sosial şəbəkəsində qumar oyunları və oyun üçün kodlarının satışı ilə bağlı reklam yerləşdirib müraciət edən müştərilərə pul müqabilində satıblar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 413 Tarix: 24 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMaqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda
18 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021