Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI
Faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən artıq yoxlamalara başlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq AEM-dən məlumat verilib.
Bildirilib ki, məsələ ciddi araşdırılacaq:
"Yoxlama bitəndən sonra nəticəsi barədə ətraflı məlumat veriləcək".
17:41
"Hadisədən xəbərim yox idi. Tibb bacıları otağa daxil olanda çaşıb qaldım. Çevrilib gördüm ki, mənə belə bir sürpriz ediblər. Mən vəziyyəti başa düşənə qədər müəyyən vaxt keçdi. Məni təbrik etmək üçün otağa daxil olanlar da hamısı əməliyyatda iştirak edən tibb bacılarıdır. Onlara mən nə deyə bilərdim ki?"
Bunu Oxu.Az-a sözügedən görüntülərdə yer alan cərrah mama-ginekoloqu Ləman Əliyeva deyib.
O qeyd edib ki, həmin görüntüləri paylaşdığı üçün peşmandır:
"Sadəcə o anda sevincli idik. Bunun mənfi reaksiya ilə qarşılanacağını düşünmədik".
Həkimin sözlərinə görə, baş həkim və direktor onlara xəbərdarlıq edib.
16:12
Azərbaycanda həkim əməliyyat zamanı doğum gününü qeyd edib.
Oxu.Az xəbər verir ki, həkim bu barədə öz "Instagram" hesabında paylaşım edib.
Görüntülərdən məlum olur ki, "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən "sürpriz"lə qarşılaşıb.
Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb.
Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.
Ətraflı videoda:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3077 Tarix: 08 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Relslərin üzərinə düşən 18 yaşlı oğlan imiş - Vəziyyəti açıqlandı
Dünən axşam saatlarında metronun "Ulduz" stansiyasında relsin üzərinə düşərək xəsarət alan sərnişinin vəziyyəti açıqlanıb. TƏBİB-dən -a bildirilib ki, yanvarın 7-də saat 22:44 radələrində 2007-ci il təvəllüdlü oğlan Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub:. "Baş-beynin travması diaqnoz
8 yanvarTəyyarə qəzasından sağ çıxan Nurulla Siracov həyat yoldaşı ilə görüşdü
Aktauda təyyarə qəzasından sonra həyat yoldaşı Müslümat Siracova ilə əlaqə saxlaya bilmədiyini deyən Nurulla Siracov onunla görüşüb. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdən aydın olur ki, N.Siracov həkimlərin müşayiəti ilə klinikada həyat yoldaşına baş çəkib
8 yanvarMüəllimlərin də maaşı artırılacaq?
Müəllimlərin maaşı ilə bağlı suallar yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə digər sahələrdə çalışanlardan fərqli olaraq müəllimlərin niyə diqqətdən kənarda qalmasının səbəbləri soruşulur. Belə sorğular getdikcə kütləviləşir. Görünən odur ki, müəllimlər də 2025-ci ildə maaşların artırılmasını istəyirlər
8 yanvarZaqatalada daha bir azyaşlı ÖLDÜ
Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) daha bir azyaşlı ölümü baş verib. APA-ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində rayonun Danaçı kənd sakini olan 08.10.2022-ci il təvəllüdlü Maxac İsmayıl oğlu Katmayev valideynlərinin köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcil
8 yanvarVəzifəli şəxsi maşın vurub öldürdü
Abşeron rayonunun Xırdalan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, ötən gün axşam saatlarında 49 yaşlı Məmişov Ceyhun Vaqif oğlunu maşın vurub. O, aldığı xəsarətlərdən dünyasını dəyişib. Bildirilib ki, əslən Kəlbəcər rayonundan olan Ceyhun Məmişov İr
8 yanvarZaqatalada yeni doğulan körpə ölüb
Zaqatala yeni doğulan körpə ölümü baş verib. APA-ya istinadən xəbər verir ki, yanvarın 7-də Zaqatala rayonu Gözbarax kənd sakini 1992-ci il təvəllüdlü Xanım Üzeyr qızı Didiyeva dünyaya uşaq gətirmək üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum Şöbəsinə müraciət edib. X.Didiyeva qeysəriyyə əməliyyat
8 yanvar