"Avropa Komissiyasının Prezidentinin COP29-da iştirak etməməsi Azərbaycana qarşı soyuq münasibətin nəticəsidir" - DEPUTAT

"Avropa Komissiyasının Prezidentinin COP29-da iştirak etməməsi Azərbaycana qarşı soyuq münasibətin nəticəsidir" - DEPUTATXəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallara müsahibə verib. Müsahibə zamanı Prezident İlham Əliyev bir çox mühüm məsələlərə toxunub. Dövlət başçısı müsahibəsində Avropa Komissiyasının Prezidentinin COP29-da iştirak etməməsi ilə bağlı məsələyə də toxunub. "Bildiyimə görə, bu (COP29), Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq edilmişdi".

COP29-un təşkilat komitəsinin Avropa Komissiyası ilə təmas qurduğunu və qarşı tərəfə Bakıya səfər etmək üçün kifayət qədər vaxtın olduğunu bildirdiyini söyləyən Prezident İlham Əliyev diqqətə çatdırıb: "Ancaq yenə də bu mesaja Avropa Komissiyası tərəfindən əhəmiyyət verilmədi. Əlbəttə bu, COP29-un keçirilməsinə xələl gətirmədi, ancaq COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının iştirak etməməsi çoxsaylı suallar doğurur".

Bununla bağlı Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib ki, Avropa Komissiyasının rəhbəri Von Der Leyen COP29-da iştirakdan son anda imtina etdi:

"Lakin Aİ Komissiyası bundan öncəki COP-larda hər zaman iştirak edib və vacib rol oynayıb. Çünki Aİ iqlim maliyyələşməsində ən böyük donordur. Hətta ABŞ-dan və digər Qərb ölkələrindən belə daha çox maliyyə dəstəyi Aİ-dəndir. Həmçinin "Yaşıl Enerji"yə keçid istiqamətində Aİ aparıcı rola malikdir".

Deputat vurğulayıb ki, Avropa İttifaqında ən vacib struktur Avropa Komissiyasıdır. Bütün ciddi qərarlar Komissiya tərəfindən verilir. Avropa Komissiyası bundan öncəki COP-larda konfransa hər cürə dəstək verirdi. Amma Azərbaycana gələndə Von Der Leyen gəlməkdən imtina etdi. Bu, əlbəttə ki, siyasi səbəblərlə əlaqəlidir. Von Der Leyen qeyri-rəsmi baykot siyasətinin qurbanı oldu. O, hətta, çıxış da edəcəkdi, müvafiq panel sessiyası da olacaqdı. Düzdür, Şarl Mişel gəldi, iştirak etdi. Ancaq Şarl Mişel bu təşkilatda bir nömrəli adam deyil və nəzərə almaq lazımdır ki, o, artıq postundan getmişdi.

Bu məsələyə Avropa İttifaqı ilə münasibətlər kontekstindən baxmaq lazımdı. Bu addım onların Azərbaycana qarşı soyuq münasibətinin nəticəsidir ki, son anda xanım Leyenin COP29-da iştirakı təxirə salındı. Bununla da, Aİ məsələni siyasiləşdirdi. Eyni zamanda, Aİ öz öhdəliklərini də bu mənada yerinə yetirməmiş oldu".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 965   Tarix: 08 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr