Ermənipərəst QHT-nin ECOSOC statusu ləğv edilməlidir - Ekspert şərhi

Ermənipərəst QHT-nin ECOSOC statusu ləğv edilməlidir - Ekspert şərhiCəsarət Hüseynzadə qeyd edib ki, bu cür hallar ECOSOC-un təcrübəsində kifayət qədər mövcuddur. Adətən, məsləhətçi statusun dayandırılması əsasən hesabat verilməməsi ilə bağlı həyata keçirilir. Lakin digər məsələlərlə bağlı da kifayət qədər presedentlər mövcuddur. Məsələn, 2015-ci ildə Azərbaycan ECOSOC-un QHT komitəsində üzvü olduğu dövrdə, BMT 2 Afrika qeyri-hökumət təşkilatının məsləhətçi statusunu ləğv edərək onların BMT ilə əməkdaşlığının qarşısını aldı. Belə nümunələr kifayət qədərdir.

"Bildirmək istəyirəm ki, ECOSOC-un 1996/31 saylı Qətnaməsinin 57(a) maddəsinə əsasən, əgər bir təşkilat BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə zidd olan fəaliyyət həyata keçirirsə, onun məsləhətçi statusu dayandırıla və ya ləğv edilə bilər. Bu müddəa BMT üzv dövlətlərinin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş addımların ECOSOC statusunun itirilməsinə səbəb ola biləcəyini açıq şəkildə göstərir. Bu da BMT Nizamnaməsinin 2-ci maddəsinə əsaslanır. Buna əsasən, əgər bir QHT üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərirsə, onun məsləhətçi statusunun ləğvi tələb oluna bilər", - deyə C.Hüseynzadə əlavə edib.

Onun sözlərinə görə, CSI təşkilatı özünü insan hüquqları təşkilatı kimi təqdim etsə də, monitorinq nəticəsində məlum olub ki, bu təşkilat əsasən ermənilərin hüquqlarını müdafiə etməyə yönəlib. Eyni zamanda, təşkilatın maliyyələşməsi ilə bağlı heç bir şəffaf məlumat yoxdur, halbuki vətəndaş cəmiyyəti təşkilatlarının maliyyə fəaliyyətləri açıq və şəffaf olmalıdır.

QHT sədri deyib: "Biz bilirik ki, bu təşkilat qeyri-qanuni şəkildə ermənipərəst qüvvələr tərəfindən maliyyələşdirilir. Bundan əlavə, təşkilatın sosial şəbəkə hesablarındakı paylaşımlarının böyük əksəriyyəti Azərbaycan dövlətinə qarşı yönəlib. Təşkilatın idarə heyətinin rəhbəri John Eibner sosial şəbəkələrdə Ruben Vardanyanın təbliğatına aktiv şəkildə dəstək verir. Həmçinin BMT tədbirlərində təşkilatın adından çıxış edənlər arasında Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyanın da olması təşkilatın müstəqil fəaliyyətini şübhə altına alır".

Ekspert bildirib ki, təşkilat təkcə Azərbaycana qarşı deyil, eyni zamanda, Afrika ölkələrinin xəritələrində də öz maraqlarına uyğun dəyişikliklər edib. Bütün bu faktlar və ECOSOC-un 1996/31 saylı Qətnaməsi Christian Solidarity International təşkilatının ECOSOC-dakı xüsusi məşvərətçi statusunun ləğv edilməsi üçün əsas yaradır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 868   Tarix: 25 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslər 5000 manat cərimələnəcək

Yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq ediləcək. Qaynarinfo xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, barəsind

12 iyun
.

Məktəbdə "TikTok"un yaratdığı təhlükələrin qarşısını necə alaq? - AÇIQLAMA

Sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə məktəblilərin bu platformalardan istifadəsi ciddi müzakirə mövzusudur. Xüsusilə "TikTok" kimi qısa video platformaları uşaqlar və yeniyetmələr arasında böyük populyarlıq qazanıb. Bununla yanaşı, təhlükəli çağırışlar, zorakılı

12 iyun
.

Yol polisindən sürücülərə növbəti müraciət

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonları və qeyri-iş günlərində respublikanın avtomobil yollarında nəqliyyat axınının əhəmiyyətli dərəcədə artdığını bildirib. xəbər verir ki, idarə bununla bağlı sürücülərə müraciət edib. "Hərəkət intensivliyinin yüksəlməsi fonunda yol hərəkəti qaydalarını

13 iyun
.

"Hansısa ağılsız hərəkətim evliliyimi bitirə bilər"

"Alyona da, mən də qısqancıq. Alyona buna səbəb yaratmır. Amma məndə buna səbəb yarana bilər". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Emin Ağalarov rusiyalı aparıcı Svetlana Bondarçukun yutub layihəsində deyib. O, xanımı Alyona Qavrilovanın qısqanc olmasından danışıb:. "Məşhuram

13 iyun
.

Nazir məzunlarla "Yallı" oynadı - Video

Elm və təhsil naziri Emin Əmrullayev bu gün Gəncədə "Son zəng" tədbirinə qatılıb. "Qafqazinfo" xəbər verir ki, Məhəmməd Hadi adına 10 nömrəli tam orta ümumtəhsil məktəbindəki tədbirdə iştirak edən nazir məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb. Çıxışlarda

13 iyun
.

İxtisas seçərkən bu səhvləri etməyin - Təhsil ekspertindən mühüm tövsiyələr

"Düzgün ixtisas seçimi sadəcə universitet divarları arasında keçəcək bir neçə ilin deyil, bütöv bir insan ömrünün təyinat nöqtəsidir. Müasir dövrdə bu seçimi edərkən atılacaq ilk və ən doğru addım gəncin fərdi maraqları ilə onun daxili potensialı və real bacarıqları arasında harmoniyanı tapmaqdır

12 iyun
.

Bəzi ərazilərdə yağış yağır, şimşək çaxır

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, düşən yağıntının miqdarı Culfada 23, Daşkəsəndə 12, Naftalanda 11, Ordubadda 9

13 iyun
.

Çimərlikdə bunları etmək qadağandır! - Nazirlikdən çağırış

Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən su hövzələrində təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur. "Qafqazinfo"nun məlumatına görə, qeyd olunanları nəzər

13 iyun
.

Vəhşi heyvan hücumu nəticəsində sağlamlığına ziyan dəyən şəxslər hansı hallarda kompensasiya tələb edə bilər? - AÇIQLAMA

Son illər vəhşi heyvanların yaşayış məntəqələrinə yaxın ərazilərdə görünməsi və insanlara hücum halları daha çox müzakirə olunan mövzulardan birinə çevrilib. Belə hadisələr zamanı insanların necə davranmalı olduğu ilə yanaşı, zərərçəkənlərin hüquqları və kompensasiya alma imkanları da maraq doğurur

12 iyun