Uşaqları təhlükəli internet oyunlarından necə qorunmaq olar? - ARAŞDIRMA

Uşaqları təhlükəli internet oyunlarından necə qorunmaq olar? - ARAŞDIRMAXəbər verdiyimiz kimi 15 yaşlı Ələkbər Rafiq oğlu Şükürlü yaşadığı evdə atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb. Yeniyetmə intihar etməmişdən qabaq məktub yazıb. Həmin məktubda hansısa oyunda Ə.Şükürlüyə vaxt təyin edildiyi və o tarixə qədər özünü öldürməli olduğu qeyd edilib. Təəssüf ki, yeniyetmələri intihar etməyə sövq bu oyunlar artıq məktəblilər üçün təhlükə mənbəyinə çevrilib. Övladlarımızı təhlükəli oyunlardan necə qoruya bilərik?

Bununla bağlı Sonxeber.az-a danışa deputat Müşfiq Cəfərov bildirib ki, bir neçə gün əvvəl yeniyetmənin oyuna görə intahar etməsi xəbəri məni də məyus etdi:

"Ümumiyyətlə son illər yeniyetmələr arasında intihar hadisələri çoxalıb. Düşünürəm ki, bütün bunlar müasir texnologiyanın insanların həyatına sürətli daxil olmasının və nəzarətsiz istifadənin fəsadlarıdır. Xatırladım ki, bir neçə il bundan əvvəl "Mavi balina" oynayıb və oyunun təsiri altında həyatına son qoyan uşaqların sayı da az deyildi. 2019-cu ildə özünü asaraq intihar edən yeniyetmənin valideynləri onun internetdə "Mavi balina" adlı oyun oynadığını bildiriblər.
Azərbaycanda "Uşaqların zərərli informasiyadan qorunması" haqqında qanunda uşaqların təhlükəsizliyi ilə bağlı bütün məsələlər yer alıb. Ölkədə uşaqların internet təhlükəsizliyinin təmin edilməsi məqsədilə silsilə tədbirlər həyata keçirilir. Qeyd edim ki, "Uşaq hüquqları haqqında" qanunun 15-ci maddəsinə əsasən, uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir. Dövlət Komitəsi bu sahədə çox aktivdir. Tərəfimizdən uşaq hüquqlarının müdafiəsi məqsədilə milli qanunvericilik təkmilləşdirilir, maarifləndirici tədbirlər həyata keçirilir, təhlükəsizlik proqram sistemləri yaradılır".

Uşaqları təhlükəli internet oyunlarından necə qorunmaq olar? - ARAŞDIRMADeputat vurğulayıb ki, ümumiyyətlə, uşaqların internet oyunları oynamasına qadağa qoyulmalıdır:

"Bu oyunlar uşaqları cəmiyyətdən, ailədən ayırır, onların sosiallaşmasının qarşısını alır. Həmçinin də asılılıq yaradır ki, bu da gələcəkdə problemlərə gətirib çıxarır. Həmin oyunlar adrenalin yaratdığına görə uşaq böyüdükcə bu maceranı başqa yerlərdə axtarır. Digər tərəfdən də uşaqların təhsil həyatının keyfiyyəti də aşağı düşür.

Düşünürəm ki, valideynlər uşaqları qorumaq sahəsində məsuliyyət hiss etməli və övladlarına limit, məhdudiyyət qoymalıdır. Təəssüf ki, çox vaxt valideyinlər özləri uşaqların əllərinə telefon, planşet verirlər. Bu olmaz. Konstitusiyada da yazılıb ki, övlad üçün məsuliyyəti ilk olaraq valideyn daşıyır. Daha sonra dövlət və digər orqanlar. Valideynin övladına qayğı göstərməsi və onu bütün zərərli təsirlərdən qoruması hüquqi və mənəvi borcudur".

Təhsil eksperti Kamran Əsədov söyləyib ki, son illərdə internetdə yayılan bəzi təhlükəli oyunlar, xüsusilə yeniyetmələr arasında ciddi problemlərə səbəb olmuşdur:

Bu oyunlar şagirdləri zərərli davranışlara və hətta intihara təşviq edir. "Mavi Balina" oyunu 2015-ci ildən etibarən bir çox ölkədə yüzlərlə gəncin intiharına səbəb olmuşdur. Təkcə 2015-ci ilin noyabrından 2016-cı ilin aprelinə qədər Rusiyada 130 gəncin bu oyunun təsiri altında intihar etdiyi bildirilir. Bundan əlavə, 2017-ci ildə Hindistanda və Braziliyada bu cür oyunlarla bağlı intihar hallarının artdığı müşahidə olunub.

Beynəlxalq araşdırmalara görə, internetdə yayılan təhlükəli oyunlar və sosial mediada yayılan zərərli çağırışlar yeniyetmələrin psixologiyasına ciddi təsir edir. 2022-ci ildə Avropa İttifaqının Daxili İşlər və Təhlükəsizlik Komissiyasının hesabatına əsasən, 14-18 yaş arası yeniyetmələrin 37%-i internetdə zorakılıq, təhdid və psixoloji manipulyasiya ilə qarşılaşıb. Bu manipulyasiyalar arasında intihara çağırış edən oyunlar və "çətinlik çağırışları" (challenge-based games) da yer alır. ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FBI) məlumatlarına əsasən, yeniyetmələrin 28%-i sosial şəbəkələrdə təhlükəli məzmunlarla qarşılaşır. Bunların 11%-i özünü zədələmə və intiharla bağlı məzmunlardır.

Bu cür halların qarşısını almaq üçün valideynlər, müəllimlər və cəmiyyət birgə tədbirlər görməlidir. Valideynlər övladlarının internet fəaliyyətini yaxından izləməli, onların hansı oyunları oynadıqlarını və kimlərlə ünsiyyətdə olduqlarını bilməlidirlər. Xüsusilə, valideynlər internetdə uşaqlar üçün təhlükəsiz məzmun filtrləri tətbiq edən proqramlardan istifadə etməlidir. Aparılan tədqiqatlara görə, valideyn nəzarət proqramlarından istifadə edən ailələrdə uşaqların zərərli məzmuna məruz qalma riski 60%-dən çox azalır.

Uşaqları təhlükəli internet oyunlarından necə qorunmaq olar? - ARAŞDIRMAUşaqların davranışlarında qəfil dəyişikliklər, yuxusuzluq, tənhalıq və ya özünə qapanma kimi əlamətlər müşahidə edildikdə, dərhal müvafiq tədbirlər görülməlidir. Psixoloqların fikrincə, yeniyetmələrdə qəfil emosional dəyişikliklər, həddindən artıq aqressivlik və ya tam təcrid olunma halları varsa, bu, onların internetdə zərərli təsirlərə məruz qaldığını göstərə bilər. Bu hallarda valideynlər uşaqları ilə açıq dialoq qurmalı, onların nə ilə maraqlandığını və sosial mediada hansı məzmunları izlədiyini öyrənməlidirlər".

Ekspert qeyd edib ki, Azərbaycan qanunvericiliyində də uşaqların internetdəki zərərli məzmundan qorunması ilə bağlı müddəalar mövcuddur:

""Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən, uşaqların zərərli informasiyadan qorunması təmin edilməlidir. Bu məqsədlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi fəaliyyət göstərir və zərərli məzmunlu saytların bloklanması üçün tədbirlər görür. Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsinə əsasən, yeniyetmələri intihara təşviq etmək, onların psixologiyasına zərər vurmaq və təhlükəli oyunlar vasitəsilə zorakı məzmuna yönləndirmək cinayət məsuliyyəti yaradır.

Dünya təcrübəsində də bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir. Məsələn, Türkiyədə "Təhlükəsiz İnternet Xidməti" tətbiq olunur ki, bu da valideynlərə uşaqlarının internet istifadəsini nəzarətdə saxlamağa imkan verir. Bundan əlavə, bəzi ölkələrdə məktəblərdə və ictimai yerlərdə internet filtrləmə sistemləri qurulur, uşaqların zərərli məzmuna çıxışı məhdudlaşdırılır. Almaniyada isə məktəblərdə uşaqların internet təhlükəsizliyi ilə bağlı xüsusi dərslər tədris olunur. Bu dərslərdə uşaqlara internetin riskləri, təhlükəli oyunlar və sosial mediada yayılan zərərli məzmunlar barədə məlumat verilir. Böyük Britaniyada "İnternet Təhlükəsizliyi Proqramı" çərçivəsində valideynlər və müəllimlər üçün xüsusi təlimlər keçirilir. ABŞ-da isə "Kibertəhlükəsizlik Maarifləndirmə Proqramı" vasitəsilə yeniyetmələrə internetdə qarşılaşa biləcəkləri təhlükələr haqqında praktiki biliklər verilir.

Bəzi ölkələrdə internet provayderləri uşaqların təhlükəsizliyi üçün xüsusi tədbirlər həyata keçirir. Məsələn, Fransada internet provayderləri uşaqlar üçün xüsusi "Safe Mode" rejimi təqdim edir ki, bu da yalnız təhlükəsiz məzmunları açmağa imkan verir. Kanada və Avstraliyada isə valideynlərə uşaqların internetdə keçirdiyi vaxtı izləmək və məhdudlaşdırmaq üçün xüsusi alətlər təqdim edilir.

İnternetdə yayılan təhlükəli oyunlarla mübarizə üçün hüquq-mühafizə orqanları da aktiv fəaliyyət göstərməlidir. Məsələn, Rusiya 2017-ci ildə "Mavi Balina" oyununun yayılmasına qarşı genişmiqyaslı istintaq aparıb və oyunun yaradıcılarını cinayət məsuliyyətinə cəlb edib. Hindistanda hökumət bu tip oyunların ölkədə yayılmasını qadağan edən sərt qanunlar qəbul edib və internet provayderlərinə zərərli məzmunu dərhal bloklamaq səlahiyyəti verib.

Nəticə etibarilə, şagirdləri internetdəki təhlükəli oyunların təsirindən qorumaq üçün valideyn nəzarəti, qanunvericilik tədbirləri və cəmiyyətin maarifləndirilməsi vacibdir. Uşaqların internetdə təhlükəsizliyini təmin etmək üçün həm fərdi, həm də institusional səviyyədə tədbirlər görülməlidir. Valideynlər uşaqlarına internetdə təhlükəsiz davranış qaydalarını öyrətməli, müəllimlər şagirdlərin onlayn fəaliyyətlərinə diqqət yetirməli, hökumət və internet provayderləri isə təhlükəli məzmunları bloklamaq üçün daha təsirli mexanizmlər tətbiq etməlidir. Məktəblərdə internet təhlükəsizliyi mövzusunda mühazirələr təşkil olunmalı və yeniyetmələrə təhlükəli oyunların psixoloji manipulyasiya üsulları haqqında maarifləndirici təlimlər keçirilməlidir. Yalnız bu tədbirlərin birgə həyata keçirilməsi nəticəsində şagirdlər internetdə daha təhlükəsiz bir mühitdə fəaliyyət göstərə bilərlər".

Sosioloq Lalə Mehralı bildirib ki, bu problem əvvəllər də olub:

"Təəssüf ki, bundan sonra da uşaqlar bu cür təhlükəli oyunlarının qurbanları olacaq. İnternet elə bir bataqlıqdır ki, oradan qurtuluş yalnız onun ləğvi ilə mümkündür. Yəni bu cür təhlükələrdən sovuşmaq üçün ən azı 30 il əvvələ qayıtmaq lazımdır. Bundan sonra da inanmıram ki, internet oyunlarından müdafiə sistemi olsun. Çünki biz uşaqlarımızı 24 saat göz həbsində saxlaya və ya nəzarət edə bilmərik.

Uşaqları təhlükəli internet oyunlarından necə qorunmaq olar? - ARAŞDIRMAUşaqlar bir az yaranan boşluqdan istifadə edib yenə də bu oyunları oynayacaqlar. Sadəcə uşaqların intellekt və məlumatlılıq səviyyəsini artırmaq lazımdır ki, təhlükənin böyüklüyünü anlasınlar. Qadağalarla nəisə əldə etmək mümkün deyil. Əksinə bu oyunların oynanılmasının təhlükəsini izah etmək lazımdır. Oyunlardakı gizli məsajları və həyat üçün yaratdığı təhlükəni onlar bilməlidirlər. Uşaqlar oyunlardan şüurlu şəkildə imtina etməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1275   Tarix: 07 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xırdalanda yaşayanlara ŞAD XƏBƏR

Ötən il sentyabrın 15-dən Xırdalan-Sumqayıt xətti üzrə qatarla sərnişin daşımaları müvəqqəti olaraq dayandırılıb. Bu, Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi layihəsi çərçivəsində mövcud dəmir yolu xəttinin altından yeni avtomobil tunelinin inşası ilə bağlıdır. Bəs, tikinti işləri nə yerdədir?

12 aprel
.

Areq Koçinyan: "Sülh Körpüsü" Bakı və İrəvanın yaxınlaşması üçün işini davam etdirəcək"

"Sülh Körpüsü" təşəbbüsünün iştirakçıları Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi üçün fəaliyyətlərini davam etdirəcəklər". "Report"a istinadla xəbər verir ki, bunu "Sülh Körpüsü" təşəbbüsünün Ermənistan tərəfindən koordinatoru, Ermənistan Şurasını

11 aprel
.

7 yaşlı qız kanalda boğuldu

Tərtər rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 15 radələrində Tərtər şəhər sakini 2019-cu il təvəllüdlü Aylin Zaur qızı Mustafazadə ehtiyatsızlıqdan evin qarşısındakı kanala düşüb. O boğularaq vəfat edib. A.Mustafazadəni

11 aprel
.

Bakıda satılan "dinozavr çiyələyi": TƏCİLİ TƏDBİR GÖRÜLMƏLİDİ - VİDEO

Sosial şəbəkələrdə çiyələyin tez yetişdirilməsi üçün ona kimyəvi qarışıqlar vurulması ilə bağlı görüntülər yayılıb. Bildirilir ki, oxşar üsullardan kartof, soğan, göyərti, pomidor və digər tərəvəzlərin yetişdirilməsində də istifadə olunur. Çiyələklərin həddindən artıq iri, quru və dadsız olması məh

11 aprel
.

Havalar Pasxadan sonra düzələcək - mif, yoxsa...

Coğrafiya üzrə fəlsəfə doktoru: "Son 30 ilin məlumatına əsasən bunu demək mümkündür. Havaların Pasxadan sonra düzəlməsi ilə bağlı fikir cəmiyyətdə geniş yayılmış inaclardan biridir. Xüsusilə yaşlı nəsil arasında tez-tez səslənən bu yanaşma ilk baxışda sadə müşahidəyə əsaslansa da, əslində həm həqiqə

12 aprel
.

Tanınmış pedaqoq Qəmər Quliyevanın 80 yaşı tamam olur

Bu gün, Respublikanln Əməkdar Mədəniyyət işçisi, tanınmış pedaqoq Qəmər xanım Quliyevanın 80 yaşı tamam olur. Ömrünün böyük hissəsini ölkə mədəniyyətinin inkişafına, uşaq və gənclərin musiqi təhsilinə həsr edən Qəmər xanım əmək fəaliyyətinə Səbail rayonundakı Rəşid Behbudov adına 2 saylı musiqi məktəbind

11 aprel
.

Avtoqəzalarda ölənlərin üçdəbiri KƏMƏR BAĞLAMAYANLARDIR - DYP-dən XƏBƏRDARLIQ

Müasir avtomobillər uzun inkişaf yolu keçsələr də, passiv qoruyucu sistemə aid olan təhlükəsizlik kəməri bu gün də sürücü və sərnişinləri mühafizə edən əsas vasitələrdən biridir. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib:. "Dəfələrlə təsdiq olunu

12 aprel
.

Vüsal Aslanov rəisi işdən çıxarıb direktor müavini təyin etdi (FOTO)

"Bakı Metropoliteni" QSC-də kadr dəyişikliyi olub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, QSC-nin Təlim-tədris mərkəzinin rəisi Fərid Hacıağabəyli vəzifəsindən azad olunub. Sədrin digər əmri ilə o, "Bak

10 aprel
.

Hacıqabul sakini itkin düşdü

Hacıqabul rayonunda 51 yaşlı kişi itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Rəncbər kənd sakini, 1975-ci il təvəllüdlü Baxış Absalam oğlu Əsgərov yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Boyu 160 sm, orta bədən quruluşlu B. Əsgərov evdən çıxan zaman əynində qar

10 aprel