Hansı məhsulların beyin hüceyrələrinin məhvinə səbəb olduğu açıqlandı
"Demensiya - yaddaş, analitik qabiliyyətlər, diqqət, məkanda oriyentasiya kimi koqnitiv funksiyaların tədricən azalması ilə xarakterizə olunan simptomlar kompleksidir. Bu xəstəliyə ən çox altsheymer və damar demensiyası (beyində qan dövranının pozulması nəticəsində yaranır) səbəb olur. Demensiya, həmçinin ürək-damar, autoimmun xəstəlikləri, B qrupu vitaminlərinin kəskin çatışmazlığı, kəllə-beyin travmaları fonunda da inkişaf edə bilər".
Oxu.Az-ın "İzvestiya"ya istinadən verdiyi məlumata görə, bu barədə nevroloq Polina Lepilova xəbərdarlıq edib.
Onun sözlərinə görə, düzgün olmayan qidalanma bir-biri ilə əlaqəli xəstəliklərin - ateroskleroz, ürək-damar xəstəlikləri və demensiyanın inkişafına səbəb olur.
"Zərərli qidaların qəbulu qanda yağların balansının pozulmasına, damarların zədələnməsinə, iltihaba və beyin hüceyrələrinə zərər verən sərbəst radikalların əmələ gəlməsinə səbəb olur", - deyə həkim izah edib.
Lepilova bildirib ki, fastfud, qızardılmış qida, yağlı ət, marqarin, kərə yağının qəbulu kimi qida vərdişləri tərkibindəki transyağlar və doymuş yağlar səbəbindən sağlamlığa mənfi təsir göstərir.
"Bu maddələr "pis" xolesterin səviyyəsini artırır ki, bu da zamanla aterosklerozun inkişafına səbəb olur. Belə qidalanma, həmçinin neyronlara zərər verən sərbəst radikalların və iltihabın əmələ gəlməsinə səbəb olur", - deyə həkim qeyd edib.
Mütəxəssis, həmçinin tərkibində yüksək miqdarda duz olan məhsulların (gündə 5 qramdan çox) qəbulunu da risk faktoru kimi qiymətləndirib. Onun sözlərinə görə, belə qidalanma insult və arterial hipertenziyanın inkişafına gətirir, bunlar da öz növbəsində demensiyanın yaranmasına səbəb ola bilər.
"Tərkibində az miqdarda lif ilə (tərəvəz, meyvə, tam taxıl məhsulları) pəhriz də ürək-damar xəstəlikləri riskini özündə daşıyır. Çünki lif ümumi xolesterinin istehsalının, eləcə də şəkərli diabet riskinin azalmasına kömək edir. Spirtli içkilərin qəbulu isə damarların sağlamlığına mənfi təsir göstərir və beyin hüceyrələrinin normal işləməsi üçün zəruri olan B qrupu vitaminlərinin çatışmazlığına səbəb olur", - deyən həkim bütün bu xəstəliklərin demensiya ilə nəticələnə biləcəyini xatırladıb.
Mütəxəssis bildirib ki, əqli sağlamlığın qorunması üçün düzgün qidalanmanın da daxil olduğu kompleks tədbirlərin görülməsi vacibdir.
"Xüsusilə, təzə tərəvəz və meyvələr, tam taxıllar, qoz-fındıq, yağlı balıq növləri, yarma, az yağlı ət növləri və digər faydalı məhsulların qəbulunu nəzərdə tutan Aralıq dənizi pəhrizinə riayət etmək tövsiyə olunur. Belə pəhriz antioksidantlar, faydalı omeqa-3 yağ turşuları və polifenollar kimi iltihabəleyhinə komponentlər hesabına koqnitiv funksiyaları yaxşılaşdırır", - deyə Lepilova sözlərini yekunlaşdırıb.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1450 Tarix: 11 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır
20 oktyabrSağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır
"Ürək sağlamlığı üçün yumurtanı bişirməyin ən faydalı üsulu onu suda qaynatmaqdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Kreyq Basman açıqlamasında bildirib. Mütəxəssis izah edib ki, yumurta tamamilə suda bişirildikdə "pis" xolesterinin səviyyəsini qaldıran əlav
7 oktyabrSu qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan
Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun
26 oktyabrHansı su daha faydalıdır: Soyuq, yoxsa otaq temperaturunda?
Bəziləri buzlu su içməyi xoşlayır, digərləri isə limon dilimi əlavə edilmiş ilıq suyun daha faydalı olduğuna inanır. Bəs suyun temperaturu həqiqətən əhəmiyyətlidirmi?. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb. Magistr dərəcəsi olan qeydiyyatdan keçmiş diyetoloq-nutritionis
6 oktyabrTəbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. Qaynarinfo xəbər veri
7 oktyabrValideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır
Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları
23 oktyabrÜrək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?
Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil
9 oktyabrGecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə
25 oktyabr3 kiçik vərdiş ömrü 9 il uzada bilər
Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin
14 oktyabr