"Azərbaycan Çinlə münasibətlərini davamlı olaraq inkişaf etdirməyə böyük önəm verir" - DEPUTAT

"Azərbaycan Çinlə münasibətlərini davamlı olaraq inkişaf etdirməyə böyük önəm verir" - DEPUTAT"Prezident cənab İlham Əliyev Davosda Çinin CGTN telekanalına verdiyi müsahibədə Azərbaycan həqiqətlərini bir daha dünyaya çatdırdı, eyni zamanda bir çox regional və beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində və ikitərəfli formatda Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında inkişaf edən münasibətlər haqqında geniş məlumat verdi".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı Vasif Qafarov bildirib.

Deputat bildirib ki, dövlət başçısı Azərbaycan ərazilərinin 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığını, bu müddət ərazində beynəlxalq hüququn norma və prinsiplərinin işləmədiyini, nəhayət Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq özünün ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə bərpa edib bölgədə ədaləti və sülhü təmin etdiyini bəyan etdi:

"Məlumdur ki, Çin böyük dövlətdir, böyük əhali sayına və böyük iqtisadiyyata malik bir dövlətdir. Həmçinin, Çin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Bu mənada, Azərbaycan həqiqətlərinin Çin ictimaiyyətinə çatdırılması önəmlidir. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında münasibətlər möhkəm siyasi zəmin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə hörmət üzərində qurulub. Hər iki ölkə beyləlxalq arenada ikili standartlara əsaslanan siyasətə qarşı vahid mövqe nümayiş etdirir və beynəlxalq hüququn aliliyinin təmin edilməsi mövqeyindən çıxış edirlər. Çin Xalq Respublikası Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyi hər zaman dəstəkləyib. Azərbaycan da Tayvanın müstəqilliyini tanımır və "Vahid Çin" siyatətini dəstəkləyir.

Azərbaycan Çinlə münasibətlərini davamlı olaraq inkişaf etdirməyə və iki ölkə arasında tərəfdaşlığın genişləndirilməsinə böyük önəm verir. 2024-cü ildə Azərbaycan və Çin strateji tərəfdaşlıq haqqında Bəyannamə qəbul etdilər və bununla da iki ölkə arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə, strateji tərəfdaşlıq mərhələsinə qədəm qoydu".

Deputat vurğulayıb ki, Azərbaycan şaxələnmiş xarici siyasət aparır:

"Bu günə qədər Azərbaycan ümumilikdə 22 dövlətlə, o cümlədən Avropa İttifaqının üzvü olan 10 dövlətlə strateji tərəfdaşlıq bəyannaməsi, Türkiyə, Özbəkistan və Rusiya ilə isə müttəfiqlik bəyannaməsi imzalayıb. Dövlət başçısının sözləri ilə desək, şaxələnmiş bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır. Hər bir sahədə əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Strateji tərəfdaşlar olan Azərbaycan və Çin arasında əlaqələr dinamik olaraq genişlənir. Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq hər iki ölkənin maraqlarına xidmət edir. Azərbaycanın Çinin aparıcı rol oynadığı Şanxay Əməkdaşlıq Təşkilatı ilə çox yaxşı və dost münasibətləri var. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında statusu müşahidəçi deyil, dialoq üzrə tərəfdaşdır. Çin ilə Avropa arasında Orta Dəhlizdə Azərbaycan mühüm yer tutur. Artıq Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilib. Qarşıdakı illərdə bu yolla 25 milyon ton yükün daşınması gözlənilir.

Həmçinin, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə imzalanan müqavilə Mərkəzi Asiya ilə Azərbaycanı və potensial olaraq Çini enerji kabeli ilə bir-biri ilə bağlayacaq. Digər bir layihə ilə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq. Orta Dəhliz boyu yaşıl enerji üçün dəhliz olan bu layihə növbəti bir bağlantı layihəsidir və onun nəhəng potensialı var. Bütün bunlar, Orta Dəhliz boyu yerləşən ölkələr, o cümlədən Azərbaycan və Çin arasında qarşılıqlı maraq və mənafelərin təmin edilməsi yolunda yeni əməkdaşlıq imkanları açır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1389   Tarix: 15 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr