Evliliyin ömrünü uzatmaq üçün hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Evliliyin ömrünü uzatmaq üçün hansı addımlar atılmalıdır? - AÇIQLAMA"Bu gün, təkcə, Azərbaycanda deyil, qlobal miqyasda boşanma problemi müzakirə mövzusudur. Çünki, boşanmaların satatistikasında Azərbaycan cəmiyyətində də heç vaxt olmadığı qədər bir dinamika müşahidə olunur. Yəni, bu artıq hər kəsi düşündürəcək bir haldır. Onu da qeyd edim ki, bununla bağlı səbəblər də çoxdur".

Bunu Sonxeber.az-a sosioloq Üzeyir Şəfiyev danışıb.

O, açıqlamasında qeyd edib ki, evlilikləri uzun müddət davam edən cütlüklərə pul və mükafatların verilməsi heç də uğurlu bir addım deyil:

"O ki, qaldı Rusiyada evliliyi uzun müddət davam edən cütlüklərlə bağlı təklif olunan mükafatlara, mən belə düşünürəm ki, Rusiya ona görə belə bir tədbirə əl atıb ki, orada təbii artım sürətli bir şəkildə enəmə dinamikası ilə müşahidə olunur. Həm müharibədə çox ciddi itkilər var, həm də əhalinin qocalması sürətli şəkildə gedir, çünki, yeni doğulanların sayı azalır və ahılların sayı çoxalır. Bu isə dövlət üçün də əlavə maliyyə yükü deməkdir. Rusiya kimi hər an müharibə vəziyyətində olan ölkələr üçün, əlbəttə ki, bu məsələ çox prioritet olduğuna görə belə motivasiyaedici tədbirlərə əl atırlar. Amma, düşünürəm ki, evlilikləri uzun müddət davam edən cütlüklərə pul və mükafatların verilməsi heç də uğurlu bir addım deyil. Çünki, bu əlavə fəsadlara da şərait yaradır. Belə ki, cütlüklər formal olaraq ailəli olduqlarını göstərib sözügedən mükafatı əldə edə bilərlər. O səbəbdən də Rusiyada təklif olunan bu variant heç də, hər zaman uğurlu deyil. O ki, qaldı ailənin davamlılığı üçün addımların atılmağına, münaqişəli ailələr müvafiq qurumlar tərəfindən qeydə alınsın və onlarla sosial-psixoloji iş aparılsın. Eyni zamanda Azərbaycanda ailə dəyərlərini qorumaq lazımdır, Azərbaycan cəmiyyətinin ağsaqqal, ağbirçək arxetiplərini, ailə ilə bağlı olan ənənələri qorumaq lazımdır. Yaxşı olar ki, ailə problemlərinə televiziya verlişləri yox, bu müvafiq qurumlar məşğul olsun. Ölkəmiz azsaylı ölkələrdəndir ki, burada "Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi" fəaliyyət göstərir. Belə problemlərlə bağlı yerli icra məmurları ilə bərabər onlar işləməlidirlər. Eyni zamanda bölgələrdə də "Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi"nin şatat vahidləri artırılmaldır. Bu addımlar həm boşanmaların sayının, həm də ki, məişət zorakılığı ilə bağlı keyslərin xeyli sayda azaldırılmasına gətirib çıxarda bilər. Gənc ailələrə mənzil şəraitlərini yaxşılaşdırmaq üçün dəstək proqramları hazırlanmalıdır. Eyni zamanda, ümumiyyətlə, ailənin cəmiyyətdə hörmətini qaldırmaq lazımdır".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1048   Tarix: 18 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Jurnalistləri döyənlər qanun qarşısında necə cavab verəcək? - Hücumların arxasında hansı məsuliyyət dayanır? - VƏKİLDƏN AÇIQLAMA

Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa məruz qalması media sahəsində narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Son günlər REAL TV və Space TV-nin əməkdaşlarının, ardınca isə APA TV-nin müxbirinin hücuma məruz qalması bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub

2 noyabr