"Azərlotereya"nın təşkil etdiyi lotereya oyunlarında böyük uduşlar qazanılıb

"Azərlotereya"nın təşkil etdiyi lotereya oyunlarında böyük uduşlar qazanılıb"Azərlotereya" tarixində ən böyük uduşu - 913.048 manatı Xaçmaz sakini Kamran Məmmədsəidov 2023-cü ildə "4+4" tirajlı lotereyasında udub.

"Azərlotereya" ASC uğurlu fəaliyyəti nəticəsində ölkənin ən böyük vergi ödəyicilərindən biri kimi ölkə iqtisadiyyatına, məşğulluğun artırılmasına, sosial layihələr və idmanın inkişafına töhfə verməyə davam edir.
Şirkətimizin təşkil etdiyi oyunlar arasında tirajlı, ani, elektron, virtual idman və virtual lotereyalar, eləcə də idman mərc oyunları üzrə təxminən 100-ə yaxın şans oyunu var. Oyunlarımız arasında mümkün olan ən böyük uduş 1 milyon manatdır və bu uduş "Super Keno"da udula bilər.
Son 3 ildə çox sayda lotereya oyunlarında böyük uduşlar qazanılıb. "Azərlotereya" tarixində ən böyük uduş 2023-cü ildə 913.048 manat - "4+4" tirajlı lotereyasında udulub. Uduşu qazanan Xaçmaz sakini Kamran Məmmədsəidov olub. Daha sonra eyni lotereya oyununda 530.359 manatlıq cekpotu Saatlıda Sakin Hüseynov qazanıb. Ani lotereyalarımızda ən böyük uduşu – 500.000 manatı "Prestij" lotereyasından qazananlardan biri də Hüseyn Bünyatov olub.
Xüsusi vurğulamaq istərdik ki, 3.000 manatdan yuxarı uduşlar ancaq nağdsız qaydada bank köçürməsi yolu ilə ödənilir və həm şirkətimizdə, həm də müvafiq banklarda uduşları əldə edən şəxslər haqqında bütün məlumatlar saxlanılır.
Habelə, şirkətimizin daxili etik davranış və intizam qaydalarına, üzvü olduğumuz və hər il auditindən keçdiyimiz Dünya Lotereyalar Assosiasiyası (WLA) standartlarına görə şirkət əməkdaşlarının şans oyunlarında iştirakı qadağandır. Şirkətdə buna nəzarət etmək üçün müvafiq mexanizmlər yaradılıb.
Belə ki, "Azərlotereya" öz fəaliyyətini şəffaflıq prinsipi əsasında təşkil edərək hər il maliyyə hesabatlarını "Böyük 4-lük" şirkətlərindən biri ilə audit edir, maliyyə hesabatlarını öz rəsmi veb səhifəsində yerləşdirir. Qanunverciliyin tələblərinə əsasən şirkətin fəaliyyətinə tənzimləyici orqan tərəfindən nəzarət edilir.
Şirkətin prosesləri beynəlxalq standartlara görə qurulub və hər il WLA standartlarına uyğunluyu səlahiyyətləndirilmiş qurumlar tərəfindən audit edilir və sertifikatlandırılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1632   Tarix: 20 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Jurnalistləri döyənlər qanun qarşısında necə cavab verəcək? - Hücumların arxasında hansı məsuliyyət dayanır? - VƏKİLDƏN AÇIQLAMA

Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa məruz qalması media sahəsində narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Son günlər REAL TV və Space TV-nin əməkdaşlarının, ardınca isə APA TV-nin müxbirinin hücuma məruz qalması bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub

2 noyabr