Azərbaycanda kimlərə pulsuz evlərin veriləcəyi məlum oldu
Azərbaycanda aztəminatlı ailələrin mənzil sahibi olması uzun müddətdir aktual məsələ olaraq qalır. Lakin Milli Məclisdə Mənzil Məcəlləsinə ediləcək dəyişikliklər bu problemin həllinə yönəlib.
BAKU.WS-in məlumatına görə, dövlət və bələdiyyələrin balansında olan sosial mənzillər aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan şəxslərə uzunmüddətli sosial kirayə müqaviləsi əsasında təqdim ediləcək.
Bu imkanlardan yararlanmaq istəyən şəxslər yaşadıqları bölgənin yerli icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə müraciət edərək sosial mənzil üçün qeydiyyata düşə bilərlər.
Bəs hansı kateqoriyadan olan vətəndaşlar bu mənzilləri ala biləcək?
Bu suala cavab tapmaq üçün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov müraciət etdik. Deputat BAKU.WS-ə bildirdi ki, vətəndaşlarımızın sosial mənzil fondunun istifadəsi ilə bağlı artıq qanunvericiliyə dəyişikliklər edilib, müəyyən dəqiqləşdirmələr həyata keçirilib:
"Qanunvericilikdə məhz müraciət hüququ olan vətəndaşlarımız qeyd olunub. Sosial Mənzil Fonduna müraciət edərək pulsuz mənzil almaq hüququ şəhid ailələri üzvlərinə, birinci və ikinci Qarabağ müharibəsində əlilliyi olan vətəndaşlarımıza, Çernobıl qəzasının aradan qaldırılması ilə bağlı əlilliyi olan vətəndaşlarımıza, eyni zamanda valideynlərini itirmiş vətəndaşlarımıza verilir. Ona görə vətəndaşlarımız, əgər həmin kateqoriyaya daxildirsə, onların Sosial Mənzil Fondundan istifadə etmək imkanları var.
Amma yerli icra hakimiyyəti orqanlarının balansında kommunal mənzillər də var. Kommunal mənzillər mütəmadi olaraq təklif olunur. Lakin bunların sayı məhduddur. Kommunal mənzillər sosial mənzillərdən fərqlidir.
Amma konkret pulsuz təqdim olunan sosial mənzillər və qeyd etdiyimiz kateqoriya üzrə vətəndaşlarımıza təqdim olunur. Həmin vətəndaşlarımızın dövlət vəsaiti hesabına pulsuz olaraq sosial mmənzillərə sahib olmaq imkanı var.
Artıq qeyd olunduğu kimi xeyli sayda vətəndaşlarımız, o cümlədən şəhid ailələri, qazilərimiz həmin mənzillərə sahib olublar və gözlənilir ki, 2025-ci ildə daha çox mənzilin təklif edilməsi mümkün olacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb
Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı
500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA
Yeni "iPhone 18" bu qiymətə satılacaq -Fotolar
Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Sevgilisinə internetdən çiçək sifariş vermək istəyən kişi 33 min pul itirdi
Bu adada doğulan hər uşağa görə dövlət 6 min manat ödəyəcək
Nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı
"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"
Ritualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA