Bakıda 16 nəfərin ölümünə səbəb olan spirtin MARKASI BİLİNDİ

Bakıda 16 nəfərin ölümünə səbəb olan spirtin MARKASI BİLİNDİ22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfər etil spirtindən zəhərlənərək ölüb.

Sonxeber.az xəbər verir ki, "Qafqazinfo" həmin spirtin hansı marka olduğunu müəyyən edib.

Əldə edilən məlumata görə, bu, "Starlyuks" əmtəə nişanı adı altında satılan gigiyenik vasitədir. O da məlum olub ki, sözügedən markanın lisenziyası belə yoxdur və bu məhsulun apteklərə satışı əldən həyata keçirilir.

Digər maraqlı məlumat ondan ibarətdir ki, 15 nəfərin ölümü ilə bağlı rəsmi xəbər yayıldıqdan sonra, bu və buna bənzər lisenziyası olmayan spirtlərin apteklərdə satışı dayandırılıb. Bu barədə aptek rəhbərləri işçilərə göstəriş verib.

Sabunçu rayonu ərazisində, konkret "Sabunçu bazarı" deyilən yerdə yerləşən apteklərdə ən çox satışı həyata keçirilən texniki spirt isə "Starlyuks"dur. Hansı ki, bunu ən çox alanlar tüfeyli həyat tərzi sürənlərdir. Həmin şəxslər bu spirtə su qataraq onu qəbul edirlər. Baxmayaraq ki, üzərində qəbulunun qadağan olması ilə bağlı məlumat qeyd olunub.

Qeyd edək ki, apteklər bu məhsulu 33-35 qəpiyə alıb müştəriyə 50 qəpiyə satır.

Xatırladaq ki, Sabunçudan sonra eyni səbəbdən daha bir nəfərin - Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən evdə 1964-cü il təvəllüdlü Asif Akşurinin meyiti tapılıb. Məlumata görə, A.Akşurin dostunun evində spirt qəbul edib. Bununla da, son 3 gündə bu məhsulu içərək ölənlərin sayı 16-ya çatıb.

Bakıda 16 nəfərin ölümünə səbəb olan spirtin MARKASI BİLİNDİ17:32

Bakının Sabunçu rayonunda spirtli içkidən zəhərlənərək ölən daha üç nəfərin kimliyi məlum olub.

Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, onlardan ikisi qadın, biri isə kişidir:

1960-cı il təvəllüdlü Murad Aqil oğlu Muradov,

1984-cü il təvəllüdlü Svetlana Aleksandrovna İsakova,

1962-ci il təvəllüdlü Anjelika Həsənağa qızı İskəndərova.

12:10

22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Sonxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, həyata keçirilmiş ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibb eksperti və kriminalistin iştirakı ilə hadisə yerlərinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən daxilə qəbul edilməsi qadağan olunan tərkibində 75 və 95% spirtə malik gigiyenik vasitənin boş şüşələri, qida qalıqları və s. götürülüb, müvafiq ekspertizalar təyin olunmaqla, digər zəruri istintaq hərəkətləri icra edilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

11:48

Bakının bir rayonunda 11 nəfər spirtdən zəhərlənərək ölüb.

Sonxeber.az Lent.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Son üç gündə Sabunçu rayonunda 11 nəfər spirtdən zəhərlənərək ölüb.

Onların etil spirtindən zəhərləndiyi ehtimal olunur.

Faktla bağlı müvafiq ekspertizalar təyin edilib.

Zəhərlənərək ölən şəxslərin siyahısı:

1975-ci il təvəllüdlü Niyaməddin Bəhram oğlu Məhərrəmov

1980-ci il təvəllüdlü Abbas Mirəsgər oğlu Həsənov

1981-ci il təvəllüdlü Elçin Nəsib oğlu Hacıyev

1980-ci il təvəllüdlü İlhamiz Rüstəm oğlu Firuddinzadə

1971-ci il təvəllüdlü Yaşar Əkbər oğlu Şəmmədov

1981-ci il təvəllüdlü Qurban Həmidulla oğlu Rüstəmov

1965-ci il təvəllüdlü Elbrus Nuruş oğlu Fərhadov

1984-cü il təvəllüdlü Aleksey Valeriyeviç Qudzev

1969-cu il təvəllüdlü Oleq Borisoviç Koleks

1980-ci il təvəllüdlü Aleksandr Vladimiroviç Şarop

1979-cu il təvəllüdlü Andrey Kasumov.

Qeyd edək ki, bir neçə gün əvvəl Sabunçu rayonunda bir yerdə yeyib-içən 4 dostun da spirtdən zəhərlənərək ölməsi barədə xəbər vermişdik.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2666   Tarix: 24 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Xocalıya hər qayıdış soyqırım qurbanlarının xatirəsinə ehtiramın daha bir nümayişidir" - DEPUTAT

"Otuz ilə yaxın işğal altında qalmış Qarabağ və Şərqi Zəngəzur özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri hər birimizi qürurlandırır. Regionda geosiyasi vəziyyətə liderlik edən Azərbaycan, heç bir yerdən dəstək almadan işğalda

24 fevral
.

"Xocalı soyqırımı Azərbaycan tarixində dərin izlər buraxan və insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir" - DEPUTAT

"İkinci Qarabağ müharibəsində əldə edilən zəfər, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və işğaldan azad edilmiş ərazilərində böyük bərpa-quruculuq işlərinin başlanmasına zəmin yaratdı. Bu müharibə, həm də bir milli həmrəylik və qürur anı oldu. Azad edilmiş torpaqlarda infrastrukturun yenidə

24 fevral
.

"Dəmir qapaq qar yağdığına görə yerindən oynayıb" - AÇIQLAMA

Ötən gün yolda hərəkət edərkən gənc qız ağzı açıq lükün içinə düşüb. Belə ki, hadisə Nərimanov rayonunda baş verib. Ətrafdakı insanların köməkliyi ilə gənc qız düşdüyü lükdən çıxarılıb. Yaşananlar ətrafdakı vətəndaş tərəfindən telefonla qeydə alınıb. Bəs, belə halın bir daha təkarlanmamağı üçün hans

24 fevral
.

Bu ilin yanvar ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 235 nəfər cəlb edilib

2025-ci ilin yanvar ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 235 nəfər cəlb edilib. "Report" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2025-ci ilin yanvar ayının yekunun

23 fevral
.

"Xocalı soyqırımı tək azərbaycanlılara deyil bütün bəşəriyyətə və insanlığa qarşı yönəlmiş cinayətdir" - DEPUTAT

"Xocalı soyqırımı Azərbaycan xalqına qarşı yönəldilmiş ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, Xocalı soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə və insanlığa qarş

24 fevral
.

Sabah bəzi universitetlərdə tədris ənənəvi, bəzilərində isə onlayn APARILACAQ - SİYAHI

Sabah bəzi universitetlərdə tədris ənənəvi, bəzilərində isə onlayn formada aparılacaq. APA-ya istinadən xəbər verir ki, sabahdan Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Türkiyə-Azərbaycan Universiteti, UNEC, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Avrasiya Universitetind

24 fevral
.

Nizaməddin Şəmsizadə vəfat etdi

Professor Nizaməddin Şəmsizadə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb. Xatırladaq ki, Nizaməddin Şəmsizadə komada idi. Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Nizaməddin Şəmsizadə Dövlət Mükafatına layiq görülüb. 2019-cu ildə Bak

24 fevral
.

Qadın evdə doğuş etdi - Körpəsi öldü

Azərbaycanda gənc ana evdə uşaq dünyaya gətirib. -a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınıb. 1996-cı il təvəllüdlü şəhər sakini H.Xəlilova bir neçə gün əvvəl yaşadığı evdə qız övladı dünyaya gətirib. Fevralın 23-də körpə ölüb. Faktla bağlı Abşeron Rayon Prokurorluğ

24 fevral
.

İkinci kurs tələbəsi VƏFAT ETDİ - TƏFƏRRÜAT

Azərbaycanda ikinci kurs tələbəsinin ölüm səbəbi məlum olub. "Report"a istinadən məlumat verir ki, bir neçə gün əvvəl Gəncə şəhər ərazisində "Opel" markalı avtomobilin vurduğu piyada Elcan Əliyev müalicə aldığı xəstəxanada vəfat edib. Qeyd edək ki, o, Gəncədə Azərbaycan Texnologiy

24 fevral